Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə28/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 85


Yaxın və Orta Şərqdə, müsəlman dünyasında yeni geosiyasi 

vəziyyətin yaranmasına ciddi təsir edən faktorlardan biri oldu. 

 Rusiya  qüvvə toplayaraq sovetləşdirdiyi ölkələri 1922-ci 

ildə vahid bir dövlət olan Sovet Sosialist Respublikaları İttifaqı 

adlı sosialist imperiyası bayrağı altında birləşdirdi və Avrasi-

yanın  ən  əlverişli strateji mövqelərinə, geniş quru və  dəniz 

sərhədlərinə yiyələnərək, dünyanın ən böyük bir ölkəsinə çev-

rildi. Sovet dövlətinin dünya siyasətində geosiyasi mövqeləri 

gücləndi. Bu isə Qərb ölkələrdə yeni narahatlıq yaratdı. 

Türk xalqı istiqlal savaşında qalib gələrək 1923-cü ildə 

Türkiyə Cümhuriyyətini qurdu. Az sonra isə Qərb ölkələri bol-

şevizmin və Rusiyanın yayılması  təhlükəsi qarşısında qalaraq 

özləri üçün Türkiyənin  əhəmiyyətini yenidən dəyərləndirdilər 

və onunla yaxınlaşmağa başladılar.  

Beləliklə, Birinci dünya müharibəsinin son mərhələsində 

qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin yerində yaradıl-

mış Azərbaycan SSR 70 ildən çox bir müddət  ərzində SSRİ 

tərkibində mövcud oldu və öz müstəqilliyi haqqında yenidən 

ayağa qalxmaq üçün məqam gözlədi və 1991-ci ildə SSRİ-nin 

dağılması belə bir fürsəti yaratdı. Sosiaizm sisteminin və 

SSRİ-nin süqutu bütün dünyanın, o cümlədən Azərbaycanın 

geosiyasi vəziyyətinə əsaslı təsir etdi və onun müstəqillik şans-

larını yenidən ortaya qoydu. Dünyada yaradılmış yeni geosi-

yasi  şərait Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilmə-

sini gündəmə gətirdi ki, xalqımız da bu imkandan istifadə etdi. 

Yenidən bərpa edilmiş  və Azərbaycan Respublikası adlandı-

rılan bu dövlət özünü Azərbaycan Xaql Cümhuriyyətinin 

varisi, yürütdüyü siyasəti isə onun demokratik və dünyəvilik 

kursunun davamı elan etdi. 

 



 

ßËÈ ÙßÑßÍΠ

 

86 


Təkrar və məşğələ sualları: 

 

1. Azərbaycanın Birinci Dünya müharibəsinə  qədərki 

geosiyasi vəziyyəti və  mərkəzləşmiş Azərbaycan dövlətinin 

yaranması haqqında nə bilirsiniz? Sonrakı dövrdə Rusiya, 

Türkiyə  və  İran dövlətlərinin Azərbaycan uğrunda apardəğı 

mübarizələri və onun geosiyasi nəticələrini  şərh edin. Çar 

Rusiyasının Qafqaz və Azərbaycan siyasətinin əsas məqsədləri 

haqqında danışın.  

 

2. Birinci dünya müharibəsi dövründə  Cənubi Qafqazda 



geosiyasi vəziyyət və xarici dövlətlərin Azərbaycandakı 

fəaliyyəti haqqında nə biilrsiniz? Rusiya inqilabının və onların 

milli siyasətinin Cənubi Qafqazın geosiyasi vəziyyətinə  təsiri 

və Azərbaycandakı proseslər haqqında danışın. Müvəqqəti 

hökumətlərin, siyasi və hərbi qüvvələrin Bakı və Azərbaycanı 

ələ keçirmək cəhdlərini və Osmanlı ordusunun Azərbaycana 

gəlişinin geosiyasi nəticələrini şərh edin.  

 

3. Transqafqaz hakimiyyətinin dağılması, Azərbaycanın 



müstəqilliyinin elan edilməsi və onun Cənubi Qafqazın geo-

siyasi vəziyyətinə təsiri haqqında nə bilirsiniz? 

 

4. Azərbaycan Xalq Cümhuriyyətinin geosiyasi vəziyyə-



tini və xarici siyasətini xarakterizə edin və qiymətləndirin (əra-

zisi, əhalisi, milil və sosial vəziyyəti, sərhəd və əhali təhlükə-

sizliyi, Bakı  şəhərinin geri alınması  və s.). Xarici dövlətlərin 

AXC-yə  və Azərbaycanın müstəqilliyinə ilkin münasibəti 

haqqında danışın Rusiya, Almaniya, Türkiyə,  İngiltərə  və 

ABŞ-ın Cənubi Qafqaz siyasəti haqqında nə deyə bilərsiniz? 

 



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 87


5. Birinci Dünya müharibəsinin başa çatmasından sonrakı 

geosiyasi vəziyyət və AXC hökumətinin diplomatik fəaliyyəti 

haqqında nə bilirsiniz? 

 

6.Türkiyənin müttəfiqlərinin məğlubiyyətinin Cənubi Qaf-



qaz və Azərbaycandakı geosiyasi vəziyyətə təsiri və AXC hö-

kumətinin yeni manevrlərini şərh edin və qiymətləndirin. Paris 

sülh konfransında xarici dövlətlərdən Azərbaycanın müstəqil-

liyinə münasibəti necə olmuşdur? 

 

7. Bolşeviklərin Cənubi Qafqazda yenidən fəallaşmasının 



səbəbləri və geosiyasi nəticələri haqqında nə deyə bilərsiniz? 

Rus-türk yaxınlaşmasının Cənubi Qafqazın sonrakı geosiyasi 

vəziyyəti və Azərbaycanın müstəqilliyinə təsirini şərh edin və 

qiymətləndirin. 

 

8. AXC-nin iflasının səbəb və nəticələri, xarici dövlətlərin 



mövqeyi və bütün bunların Cənubi Qafqazdakı sonrakı geo-

siyasi proseslərə təsiri haqqında nə bilirsiniz? 

 



 

ßËÈ ÙßÑßÍΠ

 

88 


l fəsildə istifadə edilmiş mənbə və ədəbiyyatlar  

 

Azərbaycan dilində:  

 

1.  Azərbaycan Cümhuriyyəti (1918-1920). Bakı, Elm, 1998. 

336 s. 

2.  Azərbaycan Respublikası Prezidentinin İşlər  İdarəsi 



yanında Siyasi Partiyalar və  İctimai Hərəkatlar Dövlət 

Arxivi, f. 277, siy. 2, bağ. 1, iş 9. 

3.  Azərbaycan Respublikası Dövlət Tarix Arxivi, f.202, 

siy.1, iş 25, 71. 

4.  Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA), f. 970, 

siy.1, iş 1. 

5.  Azərbaycan tarixi sənədlər və  nəşrlər üzrə. Akad. 

Z.M.Bünyadovun redaktəsi ilə. B., Elm, 1990. 

6.   Baykara H. Azərbaycan istiqlal mübarizəsi tarixi. B., 

Azərnəşr, 1992. 278 s.  

7.  Daniel Yergin. Neft fəlsəfəsi. I cild. Bakı, Zəkioğlu 

nəşriyyatı, 2006. 865 s. 

8.  Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti. B., 1993. 301 s. 

9.  Fərzəlibəyli Ş.F. Azərbaycan və Osmanlı imperiyası (XV-

XVI əsrlər). B., 1999. 241 s. 

10.  Həsənov  Ə.M. Müasir beynəlxalq münasibətlər və 

Azərbaycanın xarici siyasəti. Dərslik. Bakı, Azərbaycan 

Nəşriyyatı, 2005. 752 s. 

11.  Həsənov C.P. Azərbaycan beynəlxalq münasibətlər 

sistemində (1918-1920). Bakı, Azərnəşr, 1993. 362 s. 

12.  Qasımlı M.C. Xarici dövlətlər və Azərbaycan (aprel işğa-

lından SSRİ-nin yaradılmasına qədər). Bakı, Qanun nəş-

riyyatı, 1998. 300 s. 

13.  Qasımlı M.C. Azərbaycan-Türkiyə diplomatik-siyasi mü-

nasibətləri(Aprel 1920- dekabr 1922). Bakı, 1998. 130 s.  



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə