Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə27/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

82 


belə hesab edirdi ki, Azərbaycanda Türkiyənin müttəfiqi kimi 

çıxış edən bolşevik Rusiyasının xəttini davam etdirən bir 

rejimin qurulması qorxulu deyildir. Azərbaycan xalqı isə istiq-

lal savaşında türk xalqının məğlub olmasını istəmirdi. Türk 

xalqına yardım edən istənilən qüvvəyə rəğbət bəsləyirdi. Belə 

bir qüvvə isə bolşevik Rusiyası idi. 

Beləliklə, rus bolşevikləri bölgənin gələcək mübahisəsiz 

hakimi halına gəldilər. Bu zamandan etibarən türk millətçilə-

rinin dəstəyi ilə bölgəni başdan-başa sovetləşdirmə planı  çər-

çivəsində inkişafın istiqamətlərini müəyyənləşdirdilər.18 1920-

ci il aprelin 28-də sovet ordusu türklərin köməyi ilə Azərbay-

canı  işğal etdi.

19 

Mustafa Kamal Paşa 1920-ci il iyulun 8-də 



TBMM-də etdiyi nitqində deyirdi ki, biz bolşeviklərlə  əlaqə 

yaratmağa nail olduq. Son zamanlar bizim onlarla münasibət-

lərimiz az və ya çox real və möhkəm əsas qazandı. Biz sovet 

respublikası ilə rəsmi yazışma qurduq. Bu yazışmanın məzmu-

nu sizə  məlum olduğu kimi tamamilə  uğurlu gedir. Sovet 

respublikası bizə ehtiyac duyduğumuz istənilən maddi yardımı 

etməyi vəd verib. Əgər biz indiyədək bu maddi yardımdan is-

tifadə edə bilməmişiksə, buna görə nə biz, nə də sovet respub-

likası günahkardır. Səbəb görünür, son vaxtlaradək Qafqazda 

olan anlaşılmazlıqlarla bağlıdır. Bu anlaşmazlıqlar indi tama-

milə ləğv olunmağa yaxındır.

20 


 

Bir müddət sonra, avqustun 14-də Atatürk deyirdi: “Başda 

ingilislər olmaqla, Antanta dövlətləri əllərində olan bütün vasi-

                                                 

18

 Bülent Gökay. Bolşevizm ile emperyalizm arasında Türkiye (1918-1923).  



İstanbul, Agora Kitaplığı, 2006, s.110- 111. 

19

 Salahi R. Sonyel. Türk kurtuluş savaşı ve dış politika. I. Mondros 



bırakışmasından Böyük Millet Meclisi’ nin açılışına kadar, s.182. 

20

 Из  речи  Мустафы  Кемал-Паши  в  Великом  Национальном  Собрании 



Турции 8 июля 1920 г. - Журн. “Международная жизнь”, M., 1963, N: 11, 

с. 148. 



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 83


tə və qüvvələri ilə bizi yox etmək, əzmək üçün çalışdıqları hal-

da, o biri tərəfdən də  əzilən bütün insanlığı qurtarmaq məq-

sədilə çalışan bolşeviklər, məzlum millətimizə əl uzatmaq üçün 

sərvətlərini, qüvvə və qüdrətlərini sərf etmişlər. Fəqət, bolşevik 

cümhuriyyəti, həm özlərinin yaşamaları  və varlıqlarının önə-

mini artırmaq, həm də Antanta dövlətlərinin zülm pəncəsindən 

qurtulduqları təqdirdə, ən qüdrətli yardımçı və tərəfdar olacaq 

millətimizin birlik və bərabərlik əlini tutmaq üçün bizə kömək 

etdi.  Əfəndilər, etdikləri yardım X və XI ordularını açıqdan 

açığa Qafqaza, Şərq cəbhəsinə parçalamaq oldu. Bu ordular 

bizim istiqamətimiz, təsirimiz və xidmətimiz sayəsində asan-

lıqla Şimali Qafqazı keçib Azərbaycana gəldilər”.

21

 

Bu hadisə əlaqədar olaraq RSFSR xalq xarici işlər komis-

sarı G.Çiçerin sonralar, 1924-cü il aprelin 28-də Moskvada 

Zaqafqaziya tələblərinin toplantısında etdiyi nitqində deyirdi 

ki, Anatanta imperializmi Asiyada xalqları  əzib möhkəmlən-

mək istərkən tarixin təkərini Bakıdakı inqilabi çevriliş döndər-

di. Bu çevrilişə gənc Türkiyənin milli hərəkatı kömək etdi.

22 


Beləliklə, Azərbaycanın dövlət müstəqillyinə son qoyuldu. 

Xalq Cümhuriyyəti hökuməti buraxıldı  və onun yerində 

Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı. Bu sadəcə 

dövlət müstəqilliyınin süquta uğraması demək deyildi, həm də 

Azərbaycanın və Cənubi Qafqazın yeni geosiyasi vəziyyətinin 

başlanğıcı idi. Artıq Rusiya, Türkiyə  və  İran arasında bufer 

dövləti rolunu oynayan müstəqil Azərbaycan dövləti mövcud 

                                                 

21

 Sitat  götürülmüşdür: Baykara H. Azərbaycan istiqlal mübarizəsi tarixi. B., 



Azərnəşr, 1992, s. 264; Из выступления Мустафы Кемал-Паши в ВНСТ в 

связи с запросом о положении на восточном фронте. 14 августа 1920 г.- 

Журн. “Международная жизнь”, M., 1963, N: 11, с. 148-149. 

22

 Газ. “Бакинский  рабочий”, 1924, 14 мая, N: 107 (1130);  Qasımlı M. 



Azerbaycan türklerinin milli mücadele tarihi. 1920-1945. İstanbul, 2006, s. 92. 


 

ßËÈ ÙßÑßÍΠ

 

84 


deyildi və həmin ölkələrlə sərhədlərə Rusiya bilavasitə nəzarət 

etmək imkanı qazanırdı.  

Azərbaycanın işğalı ilə  Cənubi Qafqazda yeni geosiyasi 

dəyişiklər üçün ilk addımlar atıldı. Bir qədər sonra Azərbaycan 

torpaqlarında yaradılan Ermənistan Türkiyəyə olan torpaq 

iddialarından əl çəkdiyini bəyan edən hökumətlə əvəz edildi və 

sovetləşdirildi. 1921-ci ilin əvvəllərində isə  Cənubi Qafqazın 

son müstəqil dövləti də bolşeviklərin əlinə keçir və beləliklə də 

Cənubi Qafqazda müstəqil dövlətlərin mövcudluğuna son 

qoyulur.  

 Rusiya  Cənubi Qafqazın  əsas ölkəsi olan Azərbaycana, 

onun təbii sərvətlərinə,  əlverişli coğrafi mövqelərinə yiyələn-

məklə böyük bir dövlətə çevrilmək istiqamətində səylərini ar-

tırırdı. Artıq İran və Türkiyə zəif və kiçik Azərbaycan, Gürcüs-

tan və Ermənistan ilə deyil, ağır vəziyyətdə olmasına baxma-

yaraq, güclənməkdə olan Rusiya ilə qonşuya çevrildilər. Bu isə 

nəinki regionda, o cümlədən dünyada gedən geosiyasi proses-

lərə ciddi təsir edən faktorlardan birinə çevrildi. Beləliklə, 

Rusiya-Türkiyə müttəfiqliyi qərb ölkələri üçün mənfi nəticələr 

doğursa da, ən ağır zərbə Azərbaycan və Gürcüstana dəydi. 

 Rus-türk  müttəfiqliyinin yaranması bütün ziddiyyətlərinə 

baxmayaraq, onların hər ikisinin maraqlarına uyğun idi və son-

rakı illərdə  həm Rusiyaya, həm də Türkiyə Cümhuriyyətinə 

uğur qazandırdı. Cənubi Qafqazın böyük və güclü, zəngin təbii 

sərvətləri,  əlverişli coğrafi-strateji mövqeyi olan ölkəsi Azər-

baycana yiyələnməklə Rusiya daha da gücləndi. O ki, qaldı 

Türkiyəyə, bu dövlət bir tərəfdən keçmiş Antanta ölkələrinə 

qarşı istiqlal müharibəsində özünə ciddi müttəfiq qazandı. Di-

gər tərəfdən isə elə həmin Antantanın və Rusiyanın dəstəyi ilə 

Türkiyə  ərazisində dövlət yaratmaq istəyən “erməni məsələ-

sini” həll etdi. Bu isə təkcə Cənubi Qafqazda deyil, o cümlədən 



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə