Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə23/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

70 


sında qarşılıqlı razılaşmaya nail olunur və Parisdən Bakıya 

xeyli avadanlıq göndərilməsi təmin olunur. 

 Azərbaycan hökuməti xarici dövlətlərlə müəyyən iqtisadi 

və ticarət əlaqələri yaratmaqla və bu əlaqələri genişləndirməklə 

yanaşı, həm də müstəqilliyin tanınması üçün özünün ciddi 

diplomatik səylərini davam etdirirdi.  

 Özlərinin dövlət müstəqilliyini qəbul etdirmək məqsədilə 

Fransaya toplaşmış respublikalarla birgə, Azərbaycan tərəfi də 

oktyabrın 5-də Paris sülh konfransının sədri, Fransa hökuməti-

nin başçısı Jorj Klemansoya ölkənin müstəqilliyinin tanınması 

məsələsinin sülh danışıqlarına çıxarılmasını  və ona dəstək 

verilməsini xahiş edən nota ilə müraciət etdi. Notada müs-

təqilliyini yenicə əldə etmiş bütün respublikaların, o cümlədən 

də Azərbaycanın böyük dəstəyə ehtiyacı olduğu vurğulanır və 

onların milli istiqlaliyyətini tanımağın vacibliyi geyd edilirdi. 

Sənəddə vurğulanırdı ki, “bizim dövlətlərimizin məsələlərinin 

beynəlxalq həlli bundan sonra yubadılmamalıdır və rus məsə-

ləsindən asılı olmayaraq həll edilməlidir. Bunu dünyada gələ-

cək sülhün, humanizmin və tərəqqinin mənafeyi tələb edir”. Bu 

notada qaldırılmış  məsələlər və Azərbaycan-Gürcüstan nüma-

yəndələrinin birgə müraciəti nəzərə alınaraq, oktyabrın 29-da 

Fransa müstəmləkə liqasının xarici siyasət bölməsində “Trans-

qafqaz məsələsini” müzakirəyə çıxarır.  

1919-cu ilin dekabr ayında Fransadakı Azərbaycan nüma-

yəndələri “Azərbaycan Respublikasının Millətlər Cəmiyyətinə 

qəbul edilməsi barədə” Memorandum hazırlayıb qurumun ka-

tibliyinə təqdim etdi. Oxşar sənədi Gürcüstan tərəfi də Millət-

lər Cəmiyyətinə göndərdi. Bu qurum tərəfindən hər iki res-

publikanın müraciətlərinə baxıldı. Çili nümayəndəsi Antonio 

Qunetsin sədrliyi ilə xüsusi komissiya yaradıldı. Araşdırma-

lardan sonra komissiya belə bir qərara gəldi ki, Cənubi Qafqaz 

respublikaları de-yure tanınmadığı və öz aralarındakı mübahi-




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 71


səlı  ərazi məsələlərini tam həll etmədiyi üçün (ermənilərin 

iddiası  əsasında – Ə.H.) onların Millətlər Cəmiyyətinə  qəbul 

edilməsi müvəqqəti olaraq dayandırılsın.  

 

 



§1.6. Azərbaycan Xalq Cümhuriyyətinin  

iflası və onun geosiyasi nəticələri 

 

Azərbaycan dövləti bütün dünada öz müstəqilliyinin ta-



nınması üçün hərtərəfli diplomatik səylər göstərildiyi bu cəhd-

lərin öz müsbət nəticələrini verməyə başladığı bir vaxtda 

bolşevik Rusiyasının getdikcə güclənməsi Cənubi Qafqazda da 

geosiyasi vəziyyəti getdikcə çətinləşdirirdi. RSFSR xalq xarici 

işlər komissarı Georgi Çiçerinin Azərbaycan və Gürcüstan 

hökumətlərinə müraciət edərək Avropa ölkələrinin dəstəklə-

dikləri Denikinin könüllü ordusuna qarşı birgə mübarizə 

aparmaq üçün hərbi saziş bağlamağı təklif edirdi. Bu müraciət 

artıq Sovet Rusiyasının mövqelərinin gücləndiyini və  Qərb 

ölkələrinin tədricən bu ölkə daxilindəki  əksinqilabi qüvvələri 

dəstəkləməkdən çəkindiklərini göstərirdi. 

Rusiyanın Cənubi Qafqaza xüsusi diqqət yetirməsi səbəb-

siz deyildi. İmperiyanın dağılması və bolşevik inqilabı nəticə-

sində bu regionu itirməklə Rusiya dünyada zəifləmiş  və 

kiçilmişdi. Cənubi Qafqaz üzərində  təsir qazanmadan Rusiya 

dünyada böyük və aparıcı dövlət ola bilmirdi. Bundan başqa, 

zəngin neft mənbələri və əlverişli strateji mövqeləri olan Azər-

baycan üzərində  nəzarət  əldə etmədən Proletariat diktaturası 

hökumətini qurmaq və onun müdafiəsini təşkil etmək xeyli 

çətin idi. Ona görə  də Rusiyanın ilk hədəfi Azərbaycana və 

Bakıya sahib olmaq idi.  



 

ßËÈ ÙßÑßÍΠ

 

72 


 Sovet  Rusiyası Azərbaycana qarşı ardıcıl təzyiqlər gös-

tərməsi vəziyyətin mürəkkəbliyindən xəbər verirdi. Rusiyanın 

notaları münasibətləri daha da gərginləşdirirdi. Azərbaycan 

hökuməti də bu notaları cavabsız qoymur, mütəmadi olaraq 

onlara öz münasibətini bildirirdi. 1920-ci yanvarın 6-da Nəsib 

bəy Yusifbəylinin sədrliyi altında Azərbaycan Dövlət Müdafiə 

Komitəsinin iclasında sovet Rusiyasının Azərbaycan və Gür-

cüstan ilə hərbi saziş bağlamaq təklifi müzakirə edildi. Müza-

kirələrin sonunda qəbul edilən qərarda Azərbaycan Respub-

likasının müstəqil dövlət olaraq sovet Rusiyası ilə qarşılıqlı 

münasibətlər yaratmaq üçün danışıqlar aparmağa hazır olduğu 

bildirildi.  

Yanvarın 14-də xarici işlər naziri Fətəli xan Xoyski Çiçe-

rinə cavab notasında qeyd edirdi: “Azərbaycan Respublika-

sının gələcəkdə bitərəf dövlət olmaq istəməsinə baxmayaraq

öz azadlığının və müstəqilliyinin hər cür xarici qəsdlərdən mü-

dafiə edilməsində tamamilə yekdildir. Buna görə də Azərbay-

can hökuməti Azərbaycan xalqının müstəqilliyinə  qəsd etdi-

yinə görə həmişə Denikinlə qızğın mübarizə aparmış və bunun 

müvəffəqiyyətli olması  məqsədilə qonşu gürcü hökuməti ilə 

hərbi müdafiə ittifaqı bağlamışdı. Azərbaycan hökuməti tərə-

findən qəbul edilmiş yuxarıda qeyd edilən xarici siyasətin isti-

qaməti ona Azərbaycan və digər xalqlar arasında mehriban 

münasibətlərin qurulmasına imkan verir. Buna əsasən, Azər-

baycan hökuməti danışıqlar yolu ilə hər iki dövlətini müstəqil-

liyi prinsiplərindən irəli gələn rus və Azərbaycan xalqları ara-

sında mehriban qonşuluq münasibətləri yaratmağa hazırdır”.  

Antanta ölkələri həmin vaxt bolşevik Rusiyasının Cənubi 

Qafqazda yarada biləcəyi təhlükənin coğrafi miqyasının geniş-

lənəcəyini nəzərə alaraq fəal xarici siyasət kursu müəyyən et-

mək qərarına gəldilər. Bu məqsədlə, yanvarın 10-da Böyük 



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə