Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə19/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

58 


əmin oldu. Azərbaycan hökuməti ilə  əməkdaşlıq etməyə 

başladı. 

Milli  Şura Avropa dövlətləri ilə beynəlxalq  əlaqələrin 

yaradılmasında demokratik prinsiplərin göstərə biləcəyi təsiri 

də nəzərə alırdı. Azərbaycanda parlament üsul-idarəsinin təsis 

edilməsi Avropa dövlətləri ilə  əlaqələrin yaradılmasında mü-

hüm addım ola bilərdi. Bu məqsədlə Milli Şuranın noyabrın 

16-dakı iclasında parlament üsul-idarəsinin yaradılması  məsə-

ləsinə baxıldı. Noyabrın 19-da seçki qanunu qəbul edildi.  

Dekabrın 7-də parlamentin ilk iclasının keçirilməsi Azər-

baycan Respublikasının istər daxili, istərsə  də xarici siyasət 

sahəsində mühüm hadisə oldu. İclasda hökumətin başçısı Fətəli 

xan Xoyski hesabat xarakterli məruzə ilə  çıxış etdi. Milli 

hökumətin daxili və xarici siyasətinin xüsusiyyətləri və qarşıda 

dayanan vəzifələr haqqında məlumat verdi. O, xarici siyasət 

sahəsi ilə bağlı çıxış edərkən Azərbaycanın ətrafında yaranmış 

beynəlxalq vəziyyətə aydınlıq gətirməyə çalışırdı. Xoyski 

vaxtilə türk qoşunlarının Bakıda olması, Mondros barışığından 

sonra isə müttəfiqlərin Bakıya gəlməsi məsələlərinə hökumətin 

münasibətini bildirdi.  

Dekabrın 26-da yeni hökumət kabinəsi yaradıldı. Bu hadi-

sədən iki gün sonra müttəfiqlərin Bakıdakı nümayəndəsi 

general Tomson Azərbaycan hökumətini tanıdığını bəyan etdi. 

Bəyanatda bütün Azərbaycan ərazisində koalisiyalı hökumətin 

yeganə qanuni hakimiyyət olduğu və müttəfiq hərbi qüvvələrin 

komandanlığının bu hökumətə  hərtərəfli yardım göstərəcəyi 

bildirilirdi. Balkanlarda və Qafqazdakı Böyük Britaniya qoşun-

larının baş komandanı, general Corc Miln də  İngiltərənin 

Azərbaycan hökumətini bu ölkənin  ərazisində yeganə qanuni 

hakimiyyət kimi tanıdığını  bəyan etdi. Azərbaycan hakimiy-

yətinin qanuni olması barədə belə  bəyanatların verilməsi 

Cümhuriyyət hökumətinin diplomatik uğuru idi. Bununla eyni 




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 59


zamanda Azərbaycana düşmən olan ölkələrə bir xəbərdarlıq 

edilirdi. 

 Beləliklə, Mondros barışığından sonra uğursuzluqla üzlə-

şən Azərbaycan hökuməti Bakıya gəlmiş müttəfiq qoşunların 

komandanlığı ilə diplomatik münasibətlər qurmağı bacardı. 

Ardıcıl diplomatik təşəbbüslərin və danışıqların nəticəsində 

müttəfiq qoşunların komandanlığı Azərbaycan hökumətini de-

fakto tanıdı, onunla əməkdaşlıq etməyə başladı və ölkə ərazi-

sində qayda-qanun yaradılması üçün öz səylərini göstərdi. 

Hətta, Milli hökumətə qarşı mütəmadi təxribatlar törədən və 

qiyam qaldıran erməni-daşnak silahlı qüvvələrinə ciddi xəbər-

darlıq etdi.  

Hökumətin qarşısında Azərbaycanın beynəlxalq vəziyyə-

tinə  və geosiaysətinə  həlledici təsir göstərə biləcək Paris sülh 

konfransına hazırlıq və bu mötəbər tədbirdə  iştirak edəcək 

nümayəndə heyətini təşkil etmək kimi mühüm vəzifə daya-

nırdı. Azərbaycan hökuməti hələ 1918-ci ilin noyabrında 

general V. Tomsonla danışıqlar zamanı Azərbaycanın beynəl-

xalq sülh konfransında iştirak edəcəyinə  təminat almışdı. Bö-

yük Britaniya komandanlığı Azərbaycana dair bütün müba-

hisəli  ərazi məsələlərinin sülh konfransının qərarları  əsasında 

ədalətili həll ediləcəyinə müəyyən vədlər verirdi. Azərbayca-

nın  İstanbuldakı nümayəndəsi  Ə.Topçubaşov sülh konfran-

sında Cənubi Qafqaz respublikalarının vahid nümayəndəliklə 

iştirak etməsini nəzərdə tutaraq, dekabrın 16-da Azərbaycan 

Xalq Cümhuriyyəti Nazirlər  Şurasının sədrinə  məktubunda 

qeyd edirdi ki, yaranmış tarixi şəraitdə Qafqaz xalqlarının 

dövlət müstəqilliyinin tanınmasının yeganə yolu azərbaycanlı-

ların, gürcülərin və ermənilərin razılaşdırılmış birgə addım 

atmalarından keçir: “Bu xalqların milli siyasi ideallarında hər 

hansı  fərq olursa-olsun, indi onların hamısının müstəqilliyi 

sülh konfransında birgə işlərdən və birgə çıxışlardan asılıdır.” 




 

ßËÈ ÙßÑßÍΠ

 

60 


Bəhs olunan məqsədlə  hər üç xalqın nümayəndələrinin 

iştirakı ilə Transqafqaz konfederativ nümayəndəliyinin yaradıl-

masını nəzərdə tutan memorandum hazırlanması qərara alınır. 

Sənəd Fransa, Böyük Britaniya, ABŞ,  İtaliya, Yunanıstan və 

Yaponiyanın diplomatik nümayəndəliklərinə  təqdim edilir. 

Lakin birgə nümayəndəlik yaratmaq ideyasının böyük döv-

lətlər arasında gedən geosiyasi mübarizə  və  Cənubi Qafqaz 

xalqları arasındakı qızışdırılan düşmənçilik nəticəsində reallaş-

dırmaq mümkün olmadı. Gərgin münasibətlərin yaranmasına 

başlıca səbəb rusların təhriki ilə erməni siyasi və hərbi dairələ-

rinin Azərbaycana və Gürcüstana qarşı  əsasız  ərazi iddiaları 

irəli sürmələri, qatı antitürk düşməçiliyi nümayiş etdirməsi ilə 

bağlı idi. 

Azərbaycan Milli Şurası dövlət müstəqilliyinin tanıdılma-

sında və qorunub saxlanılmasında Paris sülh konfransının 

mühüm rol oynayacağını nəzərə alıraq noyabrın 28-də “Bütün 

Azərbaycan  əhalisinə” müraciət qəbul etdi. Bu müraciətdə 

müstəqilliyin tanınması  və zalqın milli dövlət arzularının 

reallaşmasında Paris sülh konfransının gələcək roluna böyük 

ümid bəsləndiyi qeyd olunurdu.  

Dekabrın 26-da təşkil olunan üçüncü hökumət kabinəsi 

parlamentin Ağsaqqallar Şurası ilə birlikdə Paris sülh konfran-

sında iştirak edəcək Azərbaycan nümayəndə heyətini seçdi. 

Nümayəndə heyətinin sədri Xarici işlər naziri Ə.Topçubaşov, 

onun müavini isə hökumət üzvü M.Hacınski təyin edildi. Paris 

konfransına əsasən dövlət və hökumət başçıları dəvət olundu-

ğundan və Topçubaşovun özü o zaman İstanbulda olduğundan, 

onun iştirakı olmadan iclasda o, həm də Azərbaycan parlamen-

tinin sədri seçilərək sülh nümayəndə heyətinin rəhbəri təyin 

edildi. Topçubaşovun nümayəndə heyətinə  sədr seçilməsi sə-

bəbsiz deyildi. O, bir neçə xarici dili və beynəlxalq hüquq 

məsələlərini mükəmməl bilirdi, kifayət qədər tanınmışdı, nüfuz 

sahibi idi. 



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə