Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə20/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 61


Parisə getmək üçün viza almaq məsələsində müxtəlif 

səbəblər və bəhanələrlə əngəl törədərək fransızlar Azərbaycan 

nümayəndə heyətini üç ay İstanbulda gözləməyə məcbur etdi-

lər. Böyük çətinliklərə  və süni maneələrə baxmayaraq, Azər-

baycan hökumətinin Paris sülh konfransında öz nümayəndə-

lərinin iştirak etmələri üçün göstərdiyi səylər nəticəsini verdi. 

Nəhayət, nümayəndə heyəti Fransaya yola düşdü. Azərbaycan 

nümayəndə heyətinə viza verilməsi məsələsinə  və  səfər xərc-

lərinə ABŞ hökuməti yardım etdi. Lakin nümayəndə heyətinin 

üzvlərinin heç də hamısı viza ala bilmədi. Onların bəzisi 

İstanbulda ingilislər tərəfindən həbs edilərək Paris səfərindən 

yayındırıldı. Böyük çətinliklərlə Parisə  gələn Topçubaşov 

başda olmaqla nümayəndə heyəti gərgin fəaliyyətə başladı. 

Azərbaycanın müstəqilliyi məsələsi ilk dəfə olaraq 1919-

cu il mayın 2-də ABŞ prezidenti V. Vilsonun təşəbbüsü ilə 

ABŞ, Böyük Britaniya, Fransa və İtaliya hökumət başçılarının 

təmsil olunduğu Dördlər Şurasının iclasında müzakirə edildi

11



V. Vilson Azərbaycan Respublikasından olan nümayəndələrin 

Versal sülh konfransına buraxılmasının məqsədəuyğun olduğu-

nu qeyd edərək, Topçubaşovu Azərbaycan nümayəndə heyə-

tinin başçısı kimi qəbul etməyin tərəfdarı olduğunu bildirdi.  

Azərbaycan nümayəndə heyəti Fransaya gəldiyi ilk gün-

dən etibarən Azərbaycanın siyasi, iqtisadi və hərbi vəziyyəti ilə 

bağlı  məsələləri Avropa dövlətlərinin bu ölkədəki diplomatik 

nümayəndələrinin diqqətinə çatdırmaq üçün fəaliyyətə başladı. 

Mayın 23-də onlarla ingilis nümayəndə heyətinin üzvü Luiz 

Mallet arasında görüş keçirildi. Bu görüş Britaniya –Azər-

baycan əlaqələrində böyük əhəmiyyətli bir hadisə idi. 

                                                 

11

 Notes of Meeting Held at President Wilson’ s House in the Place des Etats-



Unis, Paris, on Friday, May 2, 1919, at 11 a.m.- Papers Relating to the Foreign 

Relations of the United States. The Paris Peace Confenrence. Volume V. 

Washington, United States Government Printing Office, 1946, p. 407. 



 

ßËÈ ÙßÑßÍΠ

 

62 


 Mayın 28-də Ə.M.Topçubaşovun ABŞ nümayəndə heyə-

tinin üzvü Q.Morqentau ilə görüşündə isə ABŞ-ın Azərbaycan 

hökumətinə maliyyə yardımı göstərməsinin mümkünlüyü 

məsələləri müzakirə olundu.  

Azərbaycan nümayəndə heyətinin üzvləri üçün ən mühüm 

hadisə onların mayın 28-də ABŞ Prezidenti V.Vilson tərəfin-

dən qəbul edilməsi idi. Nümayəndə heyətinin rəhbəri Ə.Topçu-

başov görüşdə prezident V.Vilsona müraciət edərək Azər-

baycanın Millətlər Cəmiyyətinə üzv qəbul ediləcəyinə və ABŞ 

tərəfindən Azərbaycana yardım göstəriləcəyinə ümid etdiyini 

bildirdi. O, Avropa və Amerika mətbuatında Azərbaycan 

haqqında qərəzli və saxtalaşdırılmış yazılar dərc edildiyini əsas 

gətirərək bu konfransda əsl həqiqətlər haqqında məlumat 

vermək üçün imkan yaranacağını qeyd etdi. Azərbaycan sülh 

nümayəndə heyətinin başçısı azərbaycanlı, gürcü, erməni və 

dağlılardan ibarət konfederasiya yaratmağın mümkün olduğu-

nu vurğuladı və Qafqaz Azərbaycan Respublikası nümayəndə-

lərinin memorandumunu V.Vilsona təqdim etdi. Bu memo-

randumda Azərbaycanın istiqlaliyyətinin  əldə etməsi tarixi, 

milli hökumətin gördüyü işlər, parlamentin yaradılması  və s. 

mühüm məsələlər öz əksini tapmışdı.  

Azərbaycan nümayəndə heyəti V.Vilsonla görüşdə bir 

neçə  bənddən ibarət tələblər də irəli sürmüşdü. Burada ABŞ 

prezidentindən onların yerinə yetirilməsinə köməklik göstər-

məsi xahiş olunurdu. Həmin tələblərdə Azərbaycanın müstəqil-

liyinin tanınması, Vilson prinsiplərinin Azərbaycan Respub-

likasına da aid edilməsi, Azərbaycan nümayəndələrinin sülh 

konfransına buraxılması, Azərbaycanın Millətlər Cəmiyyətinə 

üzv  qəbul edilməsi, ABŞ-ın Azərbaycana hərbi yardım göstər-

məsi, ABŞ  və Azərbaycan Respublikası arasında diplomatik 

münasibətlərin yaradılması və s. məsələlər irəli sürülürdü. 

Tədqiqatçıların fikrinə görə Azərbaycan nümayəndə heyə-

tinin V. Vilsona təqdim etdikləri tələblər tam reallığa  əsas-



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 63


lanırdı və öz müstəqil dövlətinin tanmasını və  sivil beynəlxalq 

münasibətlər sistemində qatılmasını  nəzərdə tutaraq xoş bir 

məqsədi sənəd idi. Lakin bütün cəhdlərə baxmayaraq Azər-

baycan tərəfinin bu ədalətli tələbləri nə V.Vilson, nə də ki, sülh 

müqaviləsində  həlledici mövqeyə malik digər  əsas dövlətlər 

tərəfindən qəbul edildi. Paris sülh konfransı Azərbaycanın isti-

qlaliyyətinin tanınması məsələsini açıq saxladı. Belə bir möv-

qenin tutulması da səbəbsiz deyildi. ABŞ və onun müttəfiqləri 

dünyanı kiçik hissələrə bölmək niyyətində deyildilər.Yaranmış 

şəraitdə onlar imperiyaların maraqlarını əsas götürərək Cənubi 

Qafqazda yeni müstəqil dövlətlərin yaradılması və ondan irəli 

gələn geosiyasi vəziyyətə hazır deyildilər. Bu da  o dövrün bir 

çox geosiyasi, geostrateji və iqtisadi maraqları  və müttəfiq-

lərarası münasibətlərə təsir göstərən digər məsələlərlə bağlı idi. 

ABŞ-ın Cənubi Qafqaza dair geosiyasi niyyətləri hələ ki, 

kifayət qədər aydın deyildi. 

Bununla belə, V.Vilson Azərbaycanın və digər siyasilərin 

Ümumi Qafqaz Federasiyası yaratmaq ideyasına nikbin 

yanaşaraq bu niyyəti təqdir edir və yaradılacağı  təqdirdə belə 

qurumun Millətlər Cəmiyyətinin dəstəyi ilə  hər hansı bir 

dövlətin köməyinə arxalana biləcəyini real sayırdı.  

 V.Vilson  Azərbaycan nümayəndələrinə irəli sürdükləri 

tələblərini sülh konfransının katibliyinə təqdim etməyi tövsiyə 

etdi. 14 bölmədən ibarət olan və özündə mühüm tarixi, siyasi 

və diplomatik məsələləri  əks etdirən “Qafqaz Azərbaycanı 

Respublikasının nümayəndəliyinin Paris sülh konfransına 

memorandumu” adlı bu fundamental sənəd böyük əhəmiyyət 

daşıyırdı. Memorandum Cənubi Qafqazdakı  vəziyyəti, Azər-

baycanın ictimai, siyasi, hüquqi və beynəlxalq məsələlərə 

yanaşması  və mövqeyini əks etdirir, onun əhalisi,  ərazisi və 

sərhədləri ilə bağlı məsələləri əhatə edirdi.  

Memorandumda Azərbaycan Respublikası hökumətinin 

nəzarətində olan mübahisəsiz ərazinin 94.137,38 kv.km olduğu 



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə