Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə18/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 55


fəallığı və Osmanlının dəstəyi nəticəsində Almaniya hökuməti 

27 avqust tarixli müqaviləyə  əlavənin hüquqi qüvvəsini itir-

diyini bildirdi, Azərbaycan Xalq Cümhuriyyətini müstəqil 

dövlət kimi tanıyacağına və tezliklə Bakıda konsulluq aça-

cağına söz verdi.  

Bu dövrdə milli hökumət dünyada və regionda gedən 

ictimai-siyasi proseslərə mühüm təsir göstərən Avropa döv-

lətlərində Azərbaycan nümayəndəliklərini yaratmağı  əsas 

vəzifələrindən biri hesab edirdi. Lakin Bakının azad edilməsi 

ilə barışa bilməyən sovet Rusiyasının təzyiqləri artırdı. 

Bolşevik hökuməti türk ordusunun Bakıdan çıxmasını  tələb 

edirdi. Bununla bağlı rus və türk nümayənədlərinin Berlində 

keçirilən görüşlərində Osmanlı hökumətinin siyasi-diplomatik 

xadimləri Bakını  tərk etməyəcəklərini, edəcəkləri təqdirdə isə 

şəhəri öz sahibi olan azərbaycanlılara verəcəyini bəyan etdilər. 

 

 



§1.5. Müharibənin başa çatmasından sonra Cənubi 

Qafqazda geosiyasi vəziyyətin dəyişməsi və Xalq 

Cümhuriyyəti hökumətinin diplomatik manevrləri  

  

Birinci dünya müharibəsinin başa çatması  ərəfəsində  hər 



şey Osmanlı imperiyası  və onun müttəfiqlərinin istəyinin 

əksinə gedirdi. Onların bir-birinin ardınca müharibədə ciddi 

məğlubiyyətə  uğraması  Cənubi Qafqazda da vəziyyətə ciddi 

təsir göstərərək yeni geosiyasi şərait yaranmağa başlandı. 

Oktyabrın 30-da Osmanlı nümayəndələrinin Mondros limanın-

da ingilis komandanlığı ilə öz məğlubiyyətlərini etiraf edərək 

imzaladıqları sazişdən sonra Cənubi Qafqaza yenidən Böyük 

Britaniya qüvvələrinin gəlişi imkanı yarandı. Barışığın şərtləri 

Azərbaycan dövləti və onun gələcək geosiyasi maraqlarının 

təmin olunması üçün tam mənfi perspektivlərdən xəbər verirdi. 

Müqavilənin 11-ci maddəsində Osmanlı ordusunun tezliklə 



 

ßËÈ ÙßÑßÍΠ

 

56 


Azərbaycanı  və Transqafqazı  tərk etməsi nəzərdə tutulurdu. 

Azərbaycandakı türk ordusu hissələrinin bir həftədən gec 

olmayaraq Bakını, bir aydan sonra isə bütün Azərbaycanı tərk 

etmələri haqqında  şərt qoyulurdu. Müqavilənin 15-ci maddə-

sinə görə, Osmanlının  əlində olan Cənubi Qafqaz dəmiryolu 

müttəfiq qüvvələrin nəzarətinə keçməli idi. Həmçinin, bu 

müqavilə müttəfiqlərin Batum şəhərini və limanları tutmasına 

da əsas yaradırdı. Belə vəziyyət Azərbaycan hökumətinin ciddi 

narazılığına səbəb oldu. Hakimiyyət etiraz əlaməti olaraq 

müttəfiq dövlətlərə nota göndərdi. 

Yaranmış  ağır vəziyyətdən çıxmaq üçün nəyin bahasına 

olursa-olsun, böyük dövlətlərlə, müharibədə qalib gəlmiş ABŞ, 

İngiltərə, Fransa və s. ilə diplomatik danışıqları davam etdir-

mək və Azərbaycanın müstəqilliyinin tanınmasına, onun bey-

nəlxalq vəziyyətinin yaxşılaşdırılmasına nail olmaq yönündə 

mühüm tədbirlər görmək vacib idi.  

 Mondros  barışığı Azərbaycan Respublikasının müstəqil-

liyinin dünyanın aparıcı dövlətləri tərəfindən tanınması  məsə-

ləsinə  də böyük maneçilik törədirdi. Lakin bu problemlərə 

baxmayaraq, Azərbaycan hökuməti milli dövlətin tanınması 

yönündə cidd-cəhdlə çalışırdı. Bu məqsədlə noyabrın 10-da 

Baş nazir Fətəli Xan Xoyski və xarici işlər naziri vəzifəsini 

icra edən Adil xan Ziyadxan ABŞ-ın prezidenti Vudro Vilsona 

müraciətlərində Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil-

ilyinin dünya dövlətləri tərəfindən tanınmasına köməklik 

göstərilməsini xahiş etdilər. ABŞ prezidentinə müraciət səbəb-

siz deyildi. Bu dövrdə ABŞ dünyada gedən ictimai-siyasi 

proseslərə mühüm təsir göstərən dövlətə çevrilmişdi. V. Vilson 

müharibədən sonrakı dövrdə dövlətlərarası münasibətlərdə  və 

yeni dünya quruluşunun yaranması ilə bağlı  məsələlərdə 

modern və liberal yanaşmanın banisi hesab edilirdi.  

Azərbaycan hökuməti bu dövrdə çevik hərəkət edərək, 

Ənzəlidə yerləşmiş  və Bakıya gəlmək üçün hazırlanan ingilis 



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 57


ordusunun başçısı general V. Tomson ilə görüşüb danışıqlar 

aparmaqdan  ötrü nümayəndə heyəti göndərdi. Tomson Azər-

baycanın müstəqilliyinə müxtəlif motivlərin təsiri altında 

soyuq yanaşdı. Azərbaycan hökumətinin sosial dayağının ol-

madığını  və Osmanlı intriqaları  nəticəsində yaradıldığını 

bildirdi. Azərbaycan nümayəndələrinin israrından sonra isə 

gəlib vəziyyəti yerində öyrənəcəyini söylədi.  

Tomson Azərbaycana gəlməzdən əvvəl türk ordusu Bakını 

tərk etdi. Yerli əhali türk ordusunu böyük hörmətlə yola saldı. 

Azərbaycanın müxtəlif  şəhərlərində türk əsgərlərinin  şərəfinə 

ziyafətlər verildi. 

Azərbaycan Milli Şurasının noyabrın 16-da keçirilən 

iclasında Azərbaycanın müstəqilliyini tanımaq barədə bütün 

dünya dövlətlərinə yeni müraciət qəbul edildi. Eyni zamanda 

general Tomsona da müraciət qəbul olundu. Nazirlər  Şurası 

sədrinin general Tomsona göndərdiyi teleqramda bildirilirdi: 

“Hökumət əmindir ki, müttəfiq ordunun Azərbaycana gəlməsi 

Azərbaycan hökumətinin daxili işlərinə qarışmadığı surətdə 

istiqlaliyyətimizə  və  məmləkətimizin təmamiyyətinə  xəta 

toxunmaz”. General Tomson cavab teleqramında Azərbaycan 

hökuməti ilə əməkdaşlığa hazır olduğunu qeyd etdi. O sonrakı 

çıxışlarında da Böyük Britaniya komandanlığının Azərbaycan 

hökumətinə və onun Baş nazirinə böyük ehtiram göstərdiyini, 

yeni koalisiyalı hökumət təşkil olunana qədər hazırkı höku-

mətin Azərbaycanda yeganə qanuni hökumət olaraq qaldığını 

vurğulayırdı.  Əslində, Tomsonun bu mövqeni tutması Azər-

baycan hökumətinin onunla diplomatik danışıqları  uğurla və 

məharətlə aparmasından irəli gəlirdi.  

Noyabrın 17-də general Tomson başda olmaqla müttəfiq-

lər adından ingilis ordu hissələri gəmilərlə Bakıya gəldi. Tom-

son Bakıda ciddi nizam-intizam ilə və qayda qanunla qarşılan-

dı. Ölkədə real hakimiyyətin Azərbaycan hökuməti olduğuna 




Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə