Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə15/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

46 


Azərbaycan Milli Şurası bir sıra amillərin təsiri altında 

İrəvanı paytaxt olaraq Ermənistana güzəştə getdi.

8

 Şura erməni 



və Azərbaycan xalqı arasında milli sülhün yaranacağına, ermə-

nilərin ondan sonra guya ərazi iddiaları irəli sürməyəcəyinə 

ümid edirdi. Digər tərəfdən, ermənilər artıq İrəvanı işgal etmiş-

dilər və onun azad edilməsi qanlı müharibə vasitəsilə mümkün 

idi.  İrəvanın paytaxt kimi güzəştə gedilməsinə bir çox xarici 

amillər də təsir edirdi. Türklər də həmin vaxtda bütün dünyada 

antitürk fəaliyyəti sərgiləyən və Anadolunun bir çox strateji 

məntəqələrini tələb edən erməniləri sakitləşdirmək, bu ərazilər-

də sabitlik yaradılmasını təmin etmək, müttəfiqlərin ermənilər-

lə bağlı ərazi və digər təzminat tələblərini önləmək məqsədilə 

Azərbaycan hökumətinə  İrəvanı ermənilərə güzəştə getməyi 

tövsiyə edirdilər. Əlbəttə, Türkiyə bu işi Azərbəycanın müstə-

qilliyinin qorunub saxlanması məqsədilə etdiyini bəyan edirdi. 

Beləliklə, 1918-ci ildən sonra Cənubi Qafqazda yeni geo-

siyasi vəziyyət yarandı. Osmanlı ilə Rusiya və Orta Asianın 

müsəlman-türk  əhalisi arasında bufer dövlətlər  əmələ  gəldi. 

Bufer dövlətlərin yaradılması ilə Rusiya və Osmanlı artıq bir-

biriləri ilə birbaşa sərhəd qonşusu deyildilər.  

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına dünya-

nın böyük ölkələrinin münasibəti birmənalı olmadı. Belə ya-

naşma həmin ölkələrin Xəzər regionunda ciddi geosiyasi və 

geoiqtisadi maraqlarından doğurdu.  

Bolşevik Rusiyası sona qədər Azərbaycanın müstəqilliyini 

tanımadı. Xüsusən, 1918-ci ilin mart ayında Bakıda azərbay-

canlılara, müsəlmanlara qarşı törədilən dəhşətli soyqırımlardan 

sonra möhkəmlənmiş Bakı Xalq Komissarları hökumətinin 

köməyi ilə bütün Cənubi Qafqazı yenidən öz nəzarəti altına 

                                                 

8

 Протокол № 3. Заседания Мусульманского  Национального Совета, сос-



тоявшегося 29 мая 1918 г.  В  город  Тифлис  во  дворце.- Azərbaycan Res-

publikası Dövlət Arxivi (ARDA) ,  f. 970, siy. 1, iş 1, v. 51-52. 




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 47


almağa səylər edirdi. Bolşevik hökuməti Bakı neftinin digər bir 

ölkənin əlinə keçməsinə imkan vermək istəmirdi. 

Bolşevik çevrilişi nəticəsində müharibədən çıxdıqdan və 

Cənubi Qafqazda yeni müstəqil dövlətlər yarandıqdan sonra 

Rusiya dünyada böyük dövlət statusunu itirmişdi. Xüsusən, 

zəngin təbii sərvətləri və nefti olan Azərbaycanın itirilməsi Ru-

siyanın mövqelərini sarsıtmışdı. İmperiyanın dağılması nəticə-

sində  Xəzər donanmasının 40%-i Azərbaycanda qalmışdı. 

Rusiya isti dənizlərə gedən əlverişli və strateji Qara dəniz yol-

larını da itirmişdi. Çarizmin siyasətini tənqid etməsinə və onun 

dövlət idarəçilik sistemini dağıtmasına baxmayaraq, bolşevik-

lər keçmiş imperatorluğun  ərazilərinin bərpa edilməsinə çalı-

şırdılar. Onların fikrincə, Bakı neftinə yiyələnmək Rusiyanın 

böyük dövlət statusunu özünə qaytarması üçün çox vacib şərt 

idi. Rusiya regionda köçürmə siyasəti nəticəsində yerləşdirdiyi 

rus icmasına, xristian xalqlara və xüsusən də ermənilərə 

arxalanırdı. Cənubi Qafqazda hökm sürən hər hansı qarışıqlıq 

və milli münaqişə bolşevik Rusiyasının maraqlarına uyğun idi 

və dərhal belə hallardan stifadə olunurdu. 

Osmanlı imperatorluğunun mövqeləri isə regionda möh-

kəmlənirdi. Buna çoxlu- dini, etnik və s. amillər təsir edirdi. 

Osmanlı  Cənubi Qafqazda sabitliyin olmasında və  ətrafında 

kiçik və  zəif dövlətlərin yaranmasında maraqlı idi. Bütün bu 

proseslərdə Osmanlı regionda çoxluq təşkil edən türk- mü-

səlman əhaliyə arxalanırdı. 

Almaniya regionda müəyyən rol oynamaq istəyirdi. Onun 

siyasətində arxalandığı qüvvə çarizm tərəfindən müxtəlif dövr-

lərdə köçürülərək bu yerlərə yerləşdirilən alman koloniyaları 

və gürcülər idi. Almaniyanın Azərbaycanda neft və digər təbii 

sərvətlərə yiyələnmək maraqları da var idi. Osmanlı ilə müttə-

fiq olmalarına baxmayaraq, Bakı  məsələsində Almaniya ilə 

Osmanlı arasında dərin ziddiyyətlər yaranmışdı. Almaniya ki-




 

ßËÈ ÙßÑßÍΠ

 

48 


min vasitəsilə olursa-olsun Bakı neftindən pay almağa çalı-

şırdı. 


Yeni müstəqil dövlətlərin yaradılması Antanta ölkələrini 

də  hərəkətə keçirmişdi. Onlar nə regionun Osmanlının təsiri 

altına düşməsində, nə də ki, sovet Rusiyasının nəzarətində qal-

masında maraqlı deyildilər və  hər vəchlə türk hücumlarının 

qarşısını almağa çalışırdılar. İngilislər Bakı neftinə sahib olma-

ğa, Xəzər üzərində nəzarət qazanmağa və Orta Asiyaya gedən 

yola yiyələnməyə, Şimali Qafqazda gedən antisovet hərəkatını 

gücləndirməklə Rusiyada devrilmiş rejimi bərpa etməyə  cəhd 

edirdilər. Lakin onların bu niyyətlərini reallaşdırmağa kömək 

edən güclü qüvvə regionda mövcud deyildi. Onlar da əsasən 

çarizmin müstəmləkəçilik siyasəti gedişində  Cənubi Qafqaza 

yerləşdirdiyi xalqlara ümid edirdilər. 



 

 

§1.4. Azərbaycan Xalq Cümhuriyyətinin geosiyasi 

fəaliyyəti və xarici dövlətlərin Cənubi Qafqaz siyasəti 

 

Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən eti-



barən fəal xarici siyasət xətti həyata keçirməyə başladı. Azər-

baycanın Xarici İşlər Nazirliyi Osmanlı hökumətinin Xarici 

İşlər Nazirliyinə Azərbaycan Milli Şurasının və  Fətəli xan 

Xoyskinin başçılıq etdiyi hökumət kabinəsinin yaradılması 

haqqında məlumat verdi.  

Azərbaycan hökuməti may ayının 30-da Xalq Cümhuriy-

yətinin yaranması ilə bağlı  məlumatı radioteleqramla bütün 

ölkələrin xarici işlər nazirliklərinə göndərdi. Ölkənin müvəq-

qəti paytaxtının Gəncə olduğu bildirildi. 

Yenicə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cüm-

huriyyəti dövlətinin beynəlxalq münasibətlər sisteminə qoşul-

ması prosesi asan deyildi. Ona mane olan bir sıra daxili və 

xarici problemlər mövcud idi. Hətta bunu nəzərə alaraq, xarici 



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə