Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə12/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

36 


Müqaviləyənin maddələri sülh müqaviləsi imzalanana qə-

dər tərəflərin hər biri üçün məcburi xarakter daşıyırdı. Barışıq 

müqaviləsində digər məsələlərlə yanaşı, qeyd olunurdu ki, 

Rusiya Respublikası ilə Almaniya blokunun ölkələri arasında 

ümumi barışıq sazişi imzalanacağı  təqdirdə onun maddələri 

Qafqaz cəbhəsi üçün məcburi olmalıdır. Beləliklə, barışıq şərt-

lərinə əsasən Cənubi Qafqaz Rusiyanın tərkib hissəsi kimi qə-

bul edilirdi. Atəşkəs haqqında sazişin imzalanması ilə barışıq 

müqaviləsinə  əlavə olaraq demarkasiya xətti haqqında akt da 

daxil edilmişdi. Barışığın imzalanmasına azərbaycanlı, gürcü 

və erməni siyasi partiyalarının münasibəti birmənalı deyildi. 

Ərzincan barışığından sonra rusların Qafqaz cəbhəsi da-

ğıldı. Rusiyada və müharibə  cəbhəsində yaranmış  vəziyyətlə 

əlaqədar rus ordusu öz mövqelərindən geri çəkildi. Onunla 

birlikdə rus ordusu tərkibində fəaliyyət göstərən erməni silahlı 

dəstələri də Anadoluda dinc türk əhaliyə qarşı törətdikləri küt-

ləvi qırğınlara görə məsuliyyətdən yaxa qurtara bilməyəcəklə-

rindən qorxaraq Cənubi Qafqaza (əsasən Bakıya və digər Azər-

baycan  ərazilərinə) döğru hərəkət etdilər. Dağılmış rus ordu 

hissələri öz silah və sursatını erməni silahlı  dəstələrinə verir-

dilər.  

Ərzincan barışığından sonra Osmanlı imperatopluğunun 

Cənubi Qafqaz siyasətində yeni bir mərhələ başladı. Türk or-

dusunun bu ərazilərə daxil olması üçün əlverişli şərait yarandı. 

Osmanlı komandanlığının  Şərqə doğru hərəkət planlarını  hə-

yata keçirmək üçün əlverişli keçid-tranzit rayon olan Cənubi 

Qafqazdan istifadə etmək istəkləri ciddi nəticələrə gətirdi. 

Qeyd edildiyi kimi, müharibənin son mərhələsində neftə 

və digər yanacaq məhsullarına tələbatın artması Bakı neftinə 

yiyələnmək uğrunda hərbi  əməliyyatların aparılmasını  şiddət-

ləndirdi. Antanta ölkələri Mesopotamiya cəbhəsində Türkiyə-

nin panislamçı siyasətinə qarşı etnik ərəb millətçiliyini qızış-

dırdı. Türkiyə üçün bu regionda artıq panislamizm şüarları ilə 



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 37


hərəkət etmək, hərbi əməliyyatlarda uğur qazanmaq və Mosul 

neftini  əldə saxlamaq mümkün deyildi. Ona görə  də Osmanlı 

imperatoluğu və onların alman müttəfiqləri Cənubi Qafqaz 

istiqamətində hərəkət etməyə qərar verirlər.  

Osmanlı imperatoluğunun bu istiqamətdə hərəkəti bir sıra 

amillərlə  şərtlənmişdi. Hər  şeydən  əvvəl, Azərbaycan nefti 

hərbi  əməliyyatların aparılmasında  əsaslı rol oynayırdı. Onun 

Antanta ölkələri tərəfindən tutulması, Xəzər üzərində müttəfiq-

lərin nəzarət qazanması, Mərkəzi Asiyaya gedən yola sahib 

olmaları Almaniya və Osmanlının məğlubiyyətini bilavasitə 

sürətləndirirdi. Almaniya bloku ölkələrindən Cənubi Qafqaza 

ən yaxın olanı və regionu daha mükəmməl tanıyanı türklər idi.  

İkincisi, Cənubi Qafqaz istiqamətində Osmanlı ordu 

hissələrinin hərəkəti üçün milli və sosial baza baxımından heç 

bir ciddi problem yox idi. Regionun əhalisinin böyük əksəriy-

yətini azərbaycanlılar, digər türkdilli xalqlar və müsəman 

əhalisi təşkil edirdi. Onlar uzun illər boyu çarizmin zülmündən 

əziyyət çəkmişdilər və öz azadlıqları yolunda Türkiyəyə, türk-

lüyün və islamın mərkəzi olan Osmanlıya xilaskar kimi ya-

naşırdılar. Türklərin özü də bu faktordan xüsusi istifadə edərək 

bu xalqların nümayəndələri hesabına özlərinin günü-gündən 

zəifləyən və seyrələn Qafqaz İslam ordusunun sıralarını dol-

durdu. Belə bir şəraitdə, başda Şaumyan olmaqla bolşevik-daş-

nak ünsürləri türk ordusunun Qafqazda güclənən hücumlarının 

qarşısını almaq, azərbaycanlıların istiqlala gedən yolunu bağla-

maq üçün Cənubi Qafqazın türk və müsəlman  əhalisinə qarşı 

ermənilərin vasitəsilə  təzyiq və  təqibləri artırır, dinc əhalini 

qorxutmaq məqsədilə kütləvi qırğınlar təşkil edirdi. Bakıdakı 

sovet hakimiyyətinin silahlı qüvvələri zəif olduğundan o, rus 

cəbhəsindən tərxis olunmuş silahlı erməni-daşnak hissələrinin 

gücündən istifadə edir və onlara arxalanırdı. Bolşeviklər başda 

Lenin olmaqla formal olaraq “xalqların öz müqəddəratını təyin 

etmə hüququnu” tanısalar da, hakimiyyətlərini keçmiş impera-



 

ßËÈ ÙßÑßÍΠ

 

38 


torluğun bütün ərazilərində, xüsusən neftlə  zəngin, geosiyasi 

cəhətdən  əhəmiyyətli məkanda yerləşmiş Azərbaycanda qoru-

yub saxlamaq üçün hər cürə  rəzalətə, hətta yeri gəlsə yerli 

azərbaycanlıları məhv etməyə belə hazır idi və buna ciddi cəhd 

göstərirdi.  

Daşnak silahlı  dəstələri və bolşevik hakimiyyəti azərbay-

canlıları ilk növbədə Abşeron yarımadasından sıxışdırıb 

çıxarmağa, Osmanlı ordularını Bakıya buraxmamağa və bu 

şəhəri nəyin bahasına olursa-olsun öz nəzarətində saxlamağa 

çalışırdı. Odur ki, buna qədər azərbaycanlı, türk və müsəlman-

lara qarşı Anadolu və Cənubi Azərbaycanda törədilmiş kütləvi 

məhvetmə kompaniyası, həmin dövrdən başlayaraq daha 

amansızlıqla Bakıda, Qubada, Zəngəzur və İrəvan quberniyala-

rında, Borçalı və Şimali Azərbaycanın digər müxtəlif bölgələ-

rində həyata keçirilməyə başlandı. Bu qırğınlar regionda gedən 

geosiyasi proseslərə və əhalinin etnik tərkibinə ciddi təsir edən 

mühüm amillərdən idi. Transqafqaz Komissarlığı bu qırğın-

ların qarşısını ala bilmədi və əslində almaq istəmədi. Milli si-

yasət nəinki bütün Qafqaz regionunda, həmçinin Komissarlığın 

daxilində belə düzgün qoyulmur və millətlərarası münasibətlər 

qızışdırılır, xüsusən də yerli müsəlman  əhaliyə qarşı ayrıseç-

kilik aşkar  şəkildə  həyata keçirilirdi. Odur ki, belə  şəraitdə 

Osmanlı imperiyası  həm də  Cənubi Qafqazın türk və müsəl-

man əhalisini qorumaq baxımından xüsusi mənəvi məsuliyyət 

daşıyırdı. 

Türkiyə istisna olmaqla Birinci dünya müharibəsində işti-

rak edən tərəfləri,  əlbəttə, yerli azərbaycanlıların taleyi deyil, 

daha çox Bakı və onun nefti maraqlandırırdı. Odur ki, indiyə-

dək Yaxın və Orta Şərqdə - Mosul nefti uğrunda müharibədə 

iştirak edən tərəflər arasında aparılan geostrateji döyüşlərə 

1918-ci ilin ortalarından zəngin neft yataqları olan Bakı  və 

Cənubi Qafqazın digər müvafiq əraziləri (məsələn Bakı-Batum 




Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə