Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə11/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 33


yolları axtaran xalqlar və onların milli liderləri rus imperiya-

sının dağıntıları altından daha az itki ilə çıxmağa və xalqlarının 

gələcək inkişafını müstəqil şəkildə qurmağa çalışırdılar. 

Hakimiyyətə  gələn bolşeviklər “Sülh haqqında dekret” 

adlı xüsusi bəyanatla çıxış edərək, hər iki cəbhədə döyüşən 

tərəflərə, müharibəyə  cəlb olunmuş dövlət və xalqlara barışıq 

təklif edir ki, bu da o dövrün beynəlxalq münasibətlərində yeni 

vəziyyətin başlanğıcından xəbər verirdi. 

 Bolşeviklərin Rusiyanı müharibədən çıxarması onun keç-

miş müttəfiqləri ilə münasibətlərini kəskinləşdirdi. Antanta öl-

kələri Rusiyanın müharibəni davam etdirməsini təkid edirdilər. 

Onların düşüncələrinə görə, Rusiyadakı yeni hakimiyyətin mü-

haribəni davam etdirməsi bir tərəfdən Almaniya bloku ölkə-

lərinin hərbi  əməliyyatlarda üstünlük qazanmasının qarşısını 

alar, digər tərəfdən isə yerli inqilabi şəraiti zəiflədə, monarxiya 

hakimiyyətinin bərpasına şərait yarada bilərdi. Bolşeviklər isə 

əksinə, “proletariatın vətəni yoxdur, sinfi marağı var” şüarı ilə 

tam fərqli fəaliyyət nümayiş etdirərək dünya xalqlarını kapi-

talizm quruluşuna qarşı sinfi mübarizəyə çağırırdılar. 

Bolşevik hakimiyyəti üçün iqtisadi, siyasi və hərbi-strateji 

cəhətdən  ən  əhəmiyyətli regionlardan biri Cənubi Qafqaz idi. 

Cənubi Qafqazda Bakı iqtisadi, hərbi-strateji, geosiyasi baxım-

dan xüsusi bir yer tuturdu. Bakı nefti artıq müharibədə qələbə-

nin taleyinə  təsir edən ciddi amilə çevrilmişdi. Ona görə  də 

bolşeviklər Bakı üzərində  nəzarətin itirilməsinə yol vermək 

istəmirdilər. 1917-ci ilin noyabrında bolşeviklər erməni-daşnak 

qüvvələrinin yaxından köməyi ilə Bakıda hakimiyyəti  ələ ke-

çirdilər. Onların Bakıda hakimiyyətə gəlməsi Antanta ölkələri 

içərisində ciddi narazılıq və həyacan yaratdı.  

 Rusiyanın keçmiş müttəfiqləri isə dağılmış imperiyanın 

bərpası, düşmən dövlətlərin Cənubi Qafqaza daxil olmasının 

qarşısını almaq və antibolşevik niyyətli konkret tədbirlər həya-

ta keçirməyə başlayırlar. Tiflisdə  fəaliyyət göstərən Böyük 



 

ßËÈ ÙßÑßÍΠ

 

34 


Britaniya, ABŞ  və Fransa nümayəndəliklərinin tövsiyəsi, ma-

liyyə dəstəyi və iştirakı ilə azərbaycanlı, gürcü və erməni siyasi 

partiyalarının toplantısında Cənubi Qafqazda yaranmış  vəziy-

yətin aradan qaldırılması  və regionun idarə edilməsi üçün 

Zaqafqaziya (Transqafqaz) Komissarlığının yaradılması qərara 

alınır. Komissarlıq öz fəaliyyətində  əsasən anti-bolşevik təd-

birlərinə üstünlük versə də, bütövlükdə Rusiyanın parçalanma-

sının  əleyhinə  çıxış edir və kecmiş imperatoluğun bərpasına 

çalışırdı. Müttəfiqlərin təsiri və digər amillər ucbatından bu 

qurum həm də Almaniya bloku ölkələrinin  əleyhinə  çıxış 

edirdi. Baxmayaraq ki, bütün siyasi partiyalar Komissarlığın 

anti-alman mövqeyini dəstəkləmirdilər. 

 Komissarlığın tərkibinə daxil olan partiyalar arasında 

mövcud olan ziddiyyətlər və region ətrafında cərəyan edən 

mürəkkəb proseslər Cənubi Qafqazda yeni gesoyasi vəziyyətin 

yaranacağından xəbər verirdi. Azərbaycanlı, gürcü və erməni 

siyasi partiyalarını bolşevizmə qarşı ümumi mövqe birləşdirsə 

də, bu qurumun xarici siyasət məsələlərinə onların baxışları 

bir-birindən kifayət qədər fərqlənirdi. Bu sahədəki fikir ayrı-

lıqları milli fraksiyalar arasındakı anlaşılmazlıqları, ixtilafları 

daha da dərinləşdirirdi. 

 Azərbaycanlı nümayəndələr xarici dövlətlərlə  əlaqələrin 

yaradılması məsələsində hökumətin tam müstəqilliyini nəzərdə 

tutan bəyannamə  qəbul olunmasını  məqsədəuyğun sayırdılar 

ki, bu onların yaxın gələcəkdə  həyata keçirmək istədikləri 

niyyətlərindən xəbər verirdi.  

Gürcü fraksiyası yalnız bir sıra daxili məsələlərin həll 

edilməsi ilə kifayətlənməyi lazım bilirdi. Onlar xarici siyasət 

məsələlərinə münasibətdə ehtiyatlı mövqe tuturdular. 

Erməni milli fraksiyasının isə Rusiyadan ayrılmaq və mü-

haribə aparan tərəflərlə sülh məsələsində yekdil fikri yox idi. 

Onlar yaranmış vəziyyətə uyğun olaraq daha çox çevik hərəkət 




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 35


etməyə  və anti-türk qüvvələrin köməkliyi ilə öz milli dövlət-

lərini yaratmağa çalışırdılar. 

Belə yanaşma  əslində Transqafqaz Komissarlığının uzun 

müddət fəaliyyət göstərməsinin mümkün olmayacağından və 

Cənubi Qafqazın daha ciddi geosiyasi dəyişikliklər ərəfəsində 

olmasından xəbər verirdi. 

 Gənc sovet hakimiyyəti isə sözdə çarizmin “xalqlar həbs-

xanası” siyasətinin prinsiplərindən imtina etdiyini bildirsə  də, 

faktiki olaraq imperiya çərçivəsində sosialist rejimi yaratmağa, 

Cənubi Qafqazın əlverişli geostrateji mövqeyə malik Bakı kimi 

şəhərlərini əldə saxlamağa, bu ərazidə yaşayan azərbaycanlıla-

rın türklərə olan meyilini və müstəqillik  əzmini qırmağa can 

atırdı. Lenin və onun silahdaşları müsəlmanlara etibar etmə-

diyini nümayiş etdirərək, Bakıda və Azərbaycanın digər ərazi-

lərində silahlı ermənilərə meydan verərək azərbaycanlılara qar-

şı  qəddar milli siyasət yeridirdi. Bu mövqeni bolşeviklərin 

yaratdığı Bakı Sovetinin və onların ixtiyarında olan silahlı 

qüvvələrin azərbaycalılara qarşı düşmən münasibət sərgiləməsi 

açıq nümayiş etdirirdi. 

Petroqraddakı bolşevik hökumətinin sülh təkliflərini An-

tanta ölkələri qəbul etmədikdə onlar Almaniya bloku ilə Brest-

Litovskda danışıqlara başladılar. Brest-Litovskda Almaniya, 

Avstriya-Macarıstan, Türkiyə və Bolqarıstanla atəşkəs haqqın-

da sənəd imzalaması ilə dünyada və bölgədə  əsaslı geosiyasi 

dəyişikliklərin başlanğıcı qoyuldu.  

Transqafqaz Komissarlığının xarici siyasət sahəsində ilk 

addımı  həmin dövrdə Osmanlı imperatorluğu ilə  Cənubi Qaf-

qaz məsələləri ilə bağlı danışıqlara başlamaq qərarına gəlməsi 

və bu istiqamətdə fəallıq nümayiş etdirməsi oldu. Bu qurumun 

qərarına əsasən, 1917-ci il dekabrın 5-də Ərzincanda Osmanlı 

dövləti nümayəndələri ilə 14 maddədən ibarət barışıq müqa-

viləsi imzalandı. Ərzincan barışığına Rusiya tərəfdən bolşevik 

hakimiyyəti deyil, rus ordusunun komandanlığı imza atdı.  



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə