Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə17/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

52 


strateji niyyətlər güdürdülər. Lakin o dövrdə  həm ingilislərin 

Azərbaycanda sosial dayaqları mövcud deyildi, həm müharibə 

cəbhəsindəki mövcud hərbi-siyasi vəziyyət onlara Bakıya 

çoxsaylı qoşun yeritməyə imkan vermirdi, həm də Azərbaycan 

xalqının kəskin nifrətini qazanmış Sentrokaspi hökumətinin 

onları  dəvət etməsi onların Bakını  əldə saxlamasını qeyri 

mümkün edirdi. 

 Qafqaz  İslam Ordusunun Bakını azad etmək üçün hərbi 

əməliyyatlara başlaması Osmanlının müttəfiqi olan Almaniya-

nın özü tərəfindən də narazılıqla qarşılandı. Müttəfiqlər ara-

sında Bakı  məsələsində ciddi fikir ayrılığı  və  kəskin ixtilaflar 

var idi. Bu məsələdə  əslində Almaniya ilə Osmanlı  nəinki 

müttəfiq deyildilər, həm də rəqib kimi görünürdülər. Bu özünü 

təkcə iki ölkə arasındakı, Almaniya-Rusiya diplomatik yazış-

malarda deyil, onların hər üçünün ayrı-ayrılıqdakı konkret 

fəaliyyətində  də aydın göstərirdi. Azərbaycan üçün belə  çətin 

və mürəkkəb bir şəraitdə Almaniya ilə sovet Rusiyası arasında 

1918-ci il avqustun 27-də Brest-Litovskdə sülh müqaviləsi və 

ona  əlavə olaraq Azərbaycan və Bakı ilə bağlı xüsusi saziş 

imzalandı.

10

  

8 fəsildən, 17 maddədən ibarət olan bu müqavilənin 14-cü 



maddəsi bilavasitə Azərbaycana aid idi. Bu maddədə Almani-

yanın Qafqazda Gürcüstanın hüdudlarından kənarda hərbi 

əməliyyatlarda hər hansı üçüncü bir dövlətə heç bir yardım 

göstərməyəcəyi bildirilirdi. Sənəddə Almaniyanın Qafqazda 

üçüncü dövlətin hərbi qüvvələrinin Kür çayının mənsəbindən 

Petropavlovsk kəndinə,  Şamaxı  qəzasının sərhədləri boyunca 

Əyrioba kəndinə  qədər, Bakı,  Şamaxı  və Quba qəzaları 

                                                 

10

 Русско-германский  добавочный  договор  к  Мирному  договору  между 



Россией,  с  одной  стороны,  и  Германией,  Австро-Венгрией,  Болгарией  и 

Турцией – с  другой. 27 августа 1918 г.-  Документы  внешней  политики 

СССР, T.I, с. 437-445.  



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 53


boyunca, Bakı  qəzasının  şimal sərhədlərindən dənizə  qədər 

olan əraziyə keçməməsi üçün təsir göstərəcəyi vurğulanırdı.  

Almaniya bu müqaviləni imzalayarkən Avstriya-Macarıs-

tanın mənafeyini nəzərə almadan sovet Rusiyası ilə separat 

razılığa gəldi, Osmanlıya qarşı qeyri-səmimi və  xəyanətkar 

mövqe nümayiş etdirdi. Sazişdə adı çəkilməyən üçüncü dövlət 

dedikdə, Osmanlı imperatoluğu nəzərdə tutulurdu. Bakıya 

Osmanlı qoşunlarının buraxılmaması  məsələsində sovet 

Rusiyası ilə Almaniya birmənalı müttəfiq idi. 

Brest-Litovsk müqaviləsi Azərbaycanın ərazi bütövlüyünə 

qarşı yönəlmişdi və onu təhlükə altına alırdı. Azərbaycan 

hökuməti ölkənin əleyhinə yönəlmiş bu sazişə qarşı diplomatik 

mübarizəyə başladı.  İstanbulda olan Azərbaycan nümayən-

dələrinin Tələt Paşa tərəfindən qəbulu zamanı Bakı  məsələsi 

ilə bağlı Almaniyanın tutduğu mövqe müzakirə edildi. Görüşdə 

Bakının tezliklə azad olunmasının vacibliyi vurğulandı. Bu 

danışıqlar çox vaxt keçmədən öz təsirini göstərdi. Berlinə səfər 

edən Tələt Paşa Almaniyadan təcili olaraq həmin sazişin 

Azərbaycanla bağlı hissəsinin ləğv olunmasını tələb etdi.  

Azərbaycan hökuməti də  sərt diplomatik addımlar atdı. 

Sentyabrın 12-də İstanbulda Azərbaycan nümayəndələri Alma-

niyanın Osmanlı dövlətindəki səfirliyinə Azərbaycan höku-

mətinin etiraz notasını təqdim etdilər. Notada tarixi, etnoqrafik, 

coğrafi və iqtisadi faktlarla Bakının Azərbaycanın ayrılmaz 

hissəsi olduğu göstərilirdi. Qeyd edilirdi ki, “Azərbaycan 

əhalisi Bakını geriyə qaytarmaq arzusundan heç bir zaman əl 

çəkə bilməz. Bu məsələ Azərbaycan üçün yalnız ərazi məsələsi 

deyil, o, indi xalq üçün ölüm-dirim məsələsinə çevrilmişdir”. 

Sənəddə Rusiya və digər dövlətlər üçün Bakının yalnız iqtisadi 

baxımdan faydalı olduğu vurğulanırdı. Göstərilirdi ki, Bakı 

Azərbaycanın siyasi, ictimai, elmi, mədəni və ideoloji mərkəzi, 

təbii, tarixi paytaxtdır. 




 

ßËÈ ÙßÑßÍΠ

 

54 


 Bu  zaman  müharibə  cəbhəsində  və beynəlxalq aləmdə 

mühüm dəyişikliklərin baş verməsini, regionda Böyük Brita-

niyanın fəallığının artması  və s. yeni amilləri  nəzərə alan 

Almaniya Azərbaycana qarşı  ədalətsiz mövqeyindən  əl çəkdi. 

Almaniya hökuməti 27 avqust sazişini imzalamaqla Bakı 

məsələsində səhvə yol verdiyini başa düşdü.  

Bu dövrdə Azərbaycan hökuməti ilə Osmanlı Türkiyəsi 

arasında diplomatik əlaqələr daha da inkişaf etməyə başladı. 

1918-ci il sentyabrında Sultan VI Mehmetin İstanbulda 

Azərbaycan nümayəndələri, oktyabr ayında isə Azərbaycanın 

İstanbuldakı fövqəladə  səlahiyyətli nümayəndəsi  Əlimərdan 

bəy Topçubaşov ilə görüşündə tərəflər Osmanlı və Azərbaycan 

türkləri arasında qardaşlıq münasibətlərinin mövcud olduğunu 

bildirdilər. Sultan VI Mehmet Ə. Topçubaşova xitabən qeyd 

etdi: “Əmin ola bilərsiniz ki, Osmanlı türkləri heç vaxt sizdən 

köməyini əsirgəməyəcəkdir”.  

Bütün bu görüşlərin müsbət nəticələri özünü çox da göz-

lətmədi. Osmanlı hökuməti Azərbaycana  əlavə  hərbi hissələr 

və  hərbi yardım göndərdi. Sentyabrın 15-də Bakı  şəhəri azad 

edildi. Yadelli qüvvələr  şəhəri tərk edərək qaçdılar. Azərbay-

canın türk qoşunları  tərəfindən azad edilməsi Azərbaycan-

Türkiyə danışıqlarının səmərəli nəticəsi və iki qardaş ölkənin 

silahlı qüvvələrinin birgə müttəfiqliyinin nümunəsi idi. 

Bakının azad edilməsi sadəcə bir şəhərin xilası deyildi. Bu 

regionda yeni bir geosiyasi vəziyyətin yaranması demək idi. 

Azərbaycan hökuməti təbii-tarixi paytaxtına köçdü. Xəzər 

üzərində nəzarət əldə etdi. Bununla da Azərbaycanın təsiri həm 

Şimali Qafqaz üzərində artdı, həm də Türküstana gedən yola 

nəzarət qazandı. Bakının azad edilməsi Azərbaycan hökumə-

tinin daxili siyasətinə mühüm təsir göstərdiyi kimi, xarici 

siyasət sahəsində də onun fəallaşmasına təkan verdi.  

Almaniya və Avstriya-Macarıstan nümayəndə heyətləri 

Bakıya səfərlər etməyə başladılar. Məhz milli hökumətin 



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə