Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə25/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

76 


tədbirləri və milli ordunun ehtiyacları haqqında memorandum 

hazırlayaraq, onu müttəfiq dövlətlərin hərbi ekspertlər şurasına 

göndərdi. Memorandumda Azərbaycanın dövlət təhlükəsizli-

yini möhkəmləndirmək üçün ölkəyə  hərbi, iqtisadi və siyasi 

yardım göstərilməsi xahiş edilirdi.  

Həmin dövrdə bir-birinin ardınca Avropa dövlətlərinin 

Bakıda konsulluqları  fəaliyyətə başlayırdı. Azərbaycan höku-

məti ilə ABŞ, Böyük Britaniya və  İtaliya arasında iqtisadi 

əlaqələrin qurulması yönündə mühüm işlər görüldü.  

Azərbaycan dövləti  Şərq ilə  Qərb arasında etibarlı körpü 

funksiyasını oynamaq üçün ciddi addımlar atırdı. Avropa ölkə-

ləri ailəsinə daxil olmaqdan otrü vacib tədbirlər həyata 

keçirilirdi.  

 1920-ci il martın 20-də Azərbaycan Respublikası ilə İran 

arasında dostluq haqqında müqavilənin imzalanması ilə iki 

ölkə arasında diplomatik münasibətlər yaradıldı. Bu Azərbay-

canın xarici siyasətinin böyük uğurlarından biri idi. Müqavi-

lənin birinci maddəsinə görə, İran hökuməti Azərbaycan Res-

publikasının müstəqilliyini de-yure tanıdığını  bəyan edirdi. 

Məhz hər iki dövlət arasındakı  əlaqələrin möhkəmlənməsi 

sayəsində az bir müddət ərzində Tehranda Azərbaycan səfirliyi 

fəaliyyətə başladı. Eyni zamanda, Təbriz, Rəşt, Məşhəd, Xoy 

və Əhərdə Azərbaycanın konsulluqları yaradıldı.   

1920-ci il aprelin 15-də Azərbaycan parlamentində Avro-

pa dövlətlərinə və ABŞ-da diplomatik nümayəndəliklər açmaq 

haqqında qanun layihəsi müzakirəyə çıxarıldı və aprelin 19-da 

keçirilən iclasda Böyük Britaniya, Fransa, İtaliya, ABŞ, İsveç-

rə, Polşa, Almaniya və Rusiyada diplomatik nümayəndəliklər 

təsis etmək haqqında qanun qəbul edildi.  

Azərbaycan hökumətinin 1920-ci ilin aprel böhranına qə-

dərki dövrdə xarici siyasət sahəsində apardığı ciddi işlər xal-



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 77


qımızın milli istiqlaliyyətinin tanınmasında mühüm rol oynadı. 

Həyata keçirilən xarici siyasət xətti dünyada Azərbaycanın 

sivil, demokratik respublika kimi tanınmasına ciddi təsir gös-

tərdi. Böyük çətinliklər hesabına müstəqil dövlətin yaradılması 

və onun daxili, xarici siyasət fəaliyyətinin qurulması Azərbay-

canın dövlətçilik ənənələrinin bərpa olunması və dirçəldilməsi 

istiqamətində də ciddi addımlar oldu.  

Lakin bolşevik Rusyası  Cənubi Qafqazda yaranmış yeni 

geosiyasi dəyişiklikləri və Azərbaycanın dövlət müstəqilliyini 

heç cür qəbul edə bilmirdi və etmək fikrində də deyildi. Bu da 

səbəbsiz deyildi. Bolşevik hakimiyyəti formal olaraq çarizmin 

xarici siyasət niyyətlərindən imtina etdiyini bəyan etsə  də, 

klassik alman geosiyasətçilərinin “dövlət canlı orqanizmdir” 

kimi məşhur geosiyasi nəzəriyyələrindən çıxış edərək sovet 

Rusiyasının  ərazilərini keçmiş imperiya sərhədlərində  bərpa 

etməyə çalışırdı ki, buna da bir qədər sonra nail oldular. 

Rusiyanın böyük dövlət olmasının yolu ilk növbədə  Cənubi 

Qafqazdan, onun açar ölkəsi olan Azərbaycana yiyələnməkdən 

keçirdi. Lenin bolşevik hakimiyyətinə  nəyin bahasına olursa-

olsun Azərbaycanın istiqlalına son qoymağı, Bakı neftinə, 

Azərbaycanın  əlverişli streteji mövqelərinə  və  zəngin təbii 

sərvətlərinə yiyələnməyi tövsiyə edirdi.  

1920-ci ilin əvvəllərindən başlayaraq Azərbaycanın  ətra-

fında bolşeviklərin planlarının reallaşmasından ötrü əlverişli 

beynəlxalq şərait yaranmağa başlayır. Keçmiş Antanta ölkələ-

rinin bir qisminin bolşevizmi beşiyində boğmaq və Türkiyənin 

keçmiş mülklərinə sahib olmaq istəkləri yaxın keçmişədək bir-

biri ilə düşmən olan Türkiyə ilə bolşevik Rusiyasının yaxın-

laşması ilə iflasa uğradı. Birinci dünya müharibəsində məğlub 

olan Türkiyədə bu zaman iki hakimiyyətlilik mövcud idi. 

Bunlardan biri paytaxtı  İstanbul olan Osmanlı hakimiyyəti, 



 

ßËÈ ÙßÑßÍΠ

 

78 


digəri isə 1920-ci il aprelin 23-də Ankarada qurulan Türkiyə 

Böyük Millət Məclisi hökumətinin başçılıq etdiyi istiqlal 

hakimiyyəti idi. Türkiyə üçün çox ağır bir vəziyyət yaranmışdı. 

Türk xalqının istiqlal savaşında onu müdafiə edən və yardım 

göstərən ölkə yox idi.  Bu zaman Daşnak Ermənistanı Anadolu 

torpaqlarına sahib olmaq və bu ərazilərdə öz müstəqil dövlətini 

yaratmaq üğrunda Türkiyəyə qarşı şərqdə ikinci bir cəbhə aç-

mışdı. Türkiyə həm qərbdə, həm də şərqdə hərbi əməliyyatlar 

aparmaq məcburiyyətində qalmışdı. Belə bir şəraitdə TBMM 

hökumətinin başçısı Mustafa Kamal Atatürk o zaman “Anado-

luda gözü olmayan” bolşeviklərlə bir müqavilə imzalamağı 

vacib sayırdı.

14  

O, aprelin 26-da sovet hökumətinə ümumi 



düşmənə qarşı mübarizədə müttəfiqlik barədə müraciət etdi.

15

 

Bununla bağlı olaraq türk tarixçisi Səlahəddin Tansel “1919-

1923-cü illər Atatürk və qurtuluş savaşı” adlı  əsərində yazır: 

“Mustafa Kamal 1920-ci il aprelin 26-da Rusiyanın ümumi 

siyasətini nəzərə alaraq sovetlərə bir məktub göndərdi və 

siyasi, hərbi ittifaqda əməkdaşlıq edə biləcəklərini, hər iki 

                                                 

14

  Atatürk’ün Tanım, Telqraf ve Beyannameleri. IV.  Ankara, 1964,  s. 162;  



Salahi R. Sonyel. Türk kurtuluş savaşı ve dış politika. I. Mondros bırakışma-

sından Böyük Millet Meclisi’nin açılışına kadar. Ankara, Türk Tarih Kurumu 

Basımevi, 1987, s.174; Qasımlı M. Azərbaycan-Türkiyə diplomatik-siyasi 

münasibətləri (aprel 1920-ci il-dekabr 1922-ci il). B., 1998, s. 26-27. 

15

 Mehmet Gönlübol, Cem Sar. Atatürk ve Türkiyenin dış politikası (1919-



1938). Ankara, Atatürk Araştırma Merkezi, 1997, s.16; Ömer Göksel İşyar. 

Bölgesel ve global güvenlik çıkarları bağlamında Sovyet-Rus dış politikaları 

ve Karabag sorunu. İstanbul, ALFA, 2004, s. 341; Письмо Мустафы Кемал-

Паши от имени ВНС Турции В.И.Ленину с предложением установления 

дипломатических отношений между РСФСР и Турцией. 26 апреля 1920 г. 

Архив Внешней Политики Российской Федерации, фонд 132, оп.3, папка 

2,  дело 1, лист 11; Из  письма  Письмо  Мустафы  Кемал-Паши  от  имени 

ВНС  Турции  В.И.Ленину  с  предложением  установления  дипломатичес-

ких  отношений  между  РСФСР  и  Турцией. 26 апреля 1920 г. – Журн. 

“Международная жизнь.”, M., 1963, N: 11, c. 147-148. 




Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə