Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə41/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

128 


ilə yeni neft və qaz ixracı  kəmərlərinin çəkilməsi  növbəti bir 

amil olaraq Azərbaycanın regionda geosiyasi, geoiqtisadi nüfu-

zunu və tranzit dəyərini artırdı  və  Xəzər hövzəsinin, Mərkəzi 

Asiyanın enerji resurslarının Qərbə  nəqli istiqamətində  əsas 

tranzit ölkələrdən birinə - yeni transmilli yanacaq və nəqliyyat 

dəhlizlərinin dayağına çevirdi. 

 Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına 

çatdırılmasını  nəzərdə tutan layihələrin reallaşması heç də 

asanlıqla başa gəlməyib, müxtəlif beynəlxalq, regional və yerli 

geosiyasi maraqların toqquşması ilə müşahidə olunubdur. 

Lakin Azərbaycanın tam müstəqil geosiyasi, geoiqtisadi və 

təhlükəsizlik siyasəti, prinsipial və  qətiyyətli mövqeyi Asiya 

ilə Avropanı birləşdirən böyük enerji-nəqliyyat layihələrinin 

həyata keçirilməsini mümkün etdi. Hazırda, Bakı-Tbilisi-

Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk kimi illik gücü təx-

minən 70 milyon ton təşkil edən üç neft kəməri, Bakı-Tbilisi-

Ərzurum, Bakı-Astara-İran və Bakı-Rusiya kimi illik gücü təx-

minən 30-40 milyard kub metr olan maye qaz kəmərlərinin 

mövcudluğu Azərbaycanın və  tərəfdaşlarının enerji ixracı sa-

həsindəki geoiqtisadi risklərini, demək olar ki, sıfıra endir-

mişdir. Xəzər qazının Qara dənizin Gürcüstan limanlarına qə-

dər kəmərlərlə, sonra isə  sıxılaraq tankerlərlə Rumıniyaya, 

oradan da Avropa Birliyi ölkələrinə ixrac olunması haqqında 

dövlətlərarası sazişin imzalanması  təkcə Azərbaycanın deyil, 

bütöv Xəzər hövzəsi ölkələrinin qaz ixracı ilə bağlı risklərini 

ciddi  şəkildə azaltmış  və geoiqtisadi etibarlılığını artırmışdır. 

Buna əlavə olaraq “Şahdəniz 2” layihəsinin reallaşdırılması ilə 

yeni kəmərlər- TANAP və TAP vasitəsilə böyük Azərbaycan 

qazının Avropa bazarına çıxarılması perspektivi bu etibarlılığı 

daha da möhkəmləndirmişdir.  

Azərbaycan geosiyasi və geoiqtisadi baxımdan həm də 

Avrasiyanın giriş qapısı,  Şərq-Qərb nəqliyyat-kommunikasiya 

və enerji dəhlizlərinin mərkəzi dövləti hesab olunur. Rusiyadan 



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 129


yan keçməklə Avropa və Asiya ölkələri arasında bağlayıcı 

körpü rolunu icra edən  Trans-Qafqaz nəqliyyat-enerji dəhlizi 

(TRASEKA), strateji Bakı-Tbilisi-Qars dəmir yolu layihələ-

rinin təşəbbüskarı, hərəkətverici qüvvəsi və  əsas təminatçıla-

rından biri məhz Azərbaycandır. Bundan başqa,  Trans-Asiya 

nəqliyyat dəhlizində (Cənubi,  Şərqi və Orta Asiya-İran-Azər-

baycan-Rusiya və  əksinə,  İranın Fars körfəzi vasitəsilə bu öl-

kələri Avropa ilə birləşdirən nəqliyyat-kommunikasiya layihəsi 

- Ə.H.)  əsas bağlayıcı ölkələrdən biri kimi çıxış etməsi Azər-

baycanın mühüm tranzit əhəmiyyətini bir daha təsdiq edir. 

Dünyanın nəqliyyat-kommunikasiya  əlaqələrində  həlledici bir 

vəsiləyə çevrilməsi Azərbaycanın son bir neçə ildə həm daxili, 

həm də regional və beynəlxalq yol-nəqliyyat infrastrukturun-

larının, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəh-

lizləri çərçivəsində çoxsaylı tranzit sistemlərinin müasir tə-

ləblərə uyğun yenidən qurulmasına təkan vermişdir. 2013-cü 

ildə ölkədə yeni nəhəng Gəmiqayırma zavodu istifadəyə veril-

miş, Xəzər donanması müasir gəmilər hesabına gücləndirilmiş, 

yaxın bir neçə ildə isə yükötürmə gücü 20 milyon tona bərabər 

olan Beynəlxalq Dəniz Ticarəti Limanının tikintisinin başa 

çatdırılması nəzərdə tutulmuşdur. Paralel olaraq Heydər Əliyev 

adına Beynəlxalq Hava Limanında yenidənqurma işləri aparıl-

mış, əlavə nəhəng terminallar istifadəyə verilmiş, regionlarda 5 

yeni aeroport tikilmişdir. Ölkənin dəmir yolu infrastrukturunun 

müasirləşdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçi-

rilməyə başlamış, 2015-ci ildə isə  Şərqlə  Qərbi birləşdirəcək 

Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi nəzərdə 

tutulmuşdur. Görülən bütün işlərin başlıca məqsədi  Azərbay-



canın regionun tranzit mərkəzi statusunu möhkəmləndirməklə 

yanaşı, həm də onun nəqliyyat-logistika mərkəzinə çevrilməsini 

təmin etməkdir. Bu isə onu deməyə  əsas verir ki, Almaniya

Niderland, Böyük Britaniya, Çin, Cənubi Koreya, İran və digər 




 

ßËÈ ÙßÑßÍΠ

 

130 


ölkələrdə olduğu kimi, Azərbaycanda da Nəqliyyat Logistika 

Mərkəzinin yaradılacağı gün heç də uzaqda deyil.  

Beləliklə, Avrasiyanın  əsas tranzit ölkələrindən biri ola-

raq, Azərbaycan  Şərq-Qərb ticarət, enerji-yanacaq və  nəqliy-

yat-kommunikasiya  əlaqələrinin mərkəzində dayanır. Bu 

mövqe getdikcə güclənir və ən əsası isə dünyanın əsas qlobal-

laşma və regional inteqrasiya mərkəzləri (Avropa Birliyi, ABŞ, 

Yaponiya, Çin, Cənub-Şərqi Asiya ölkələri və b.) Azərbay-

canın üçüncü minillikdə dünyanın həm alternativ enerji tə-

minatçılarından biri hesab edir, həm də onun əsas tranzit ölkə 

mövqelərinin güclənməsində maraqlı olduqlarını nümayiş etdi-

rir və bu işə ciddi səy göstərirlər. Azərbaycanın tranzit im-

kanları artdıqca, planetar geosiyasi dəyəri də yüksəlir ki, bu da 

onun xarici ölkələrlə geosiyasi tərəfdaşlığını şərtləndirən digər 



əsas amil hesab olunur.  

Azərbaycanın qlobal və regional geosiyasi çəkisini artıran 

ən başlıca amillərdən biri onun bir dövlət olaraq tam forma-

laşması, özünü təmin edən milli iqtisadiyyata, maddi, mənəvi 

və insan resurslarına, milli-vətəndaş birliyinə, əhali tərəfindən 

dəstəklənən milli inkişaf kursuna, güclü ordu və müdafiə po-

tensialına və s. zəruri təsisatlara malik olması  və bütün bun-

lara söykənərək müstəqil daxili və xarici siyasət yürütməsidir

Müstəqillik  əldə edildikdən sonrakı dövrdə milli dövlətin 

iqtisadi, hüquqi və ideoloji əsaslarının, idarəçilik mexanizmi-

nin, daxili və xarici siyasət strategiyasının, təhlükəsizlik kon-

sepsiyasının formalaşdırılması və həyata keçirilməsi prosesi bir 

tərəfdən Ermənistanla hərbi qarşıdurma, digər tərəfdənsə 

Azərbaycanı istiqamətləndirmək, onu təsir altında saxlamaq 

istəyən daxili və xarici güclərlə kəskin mübarizə şəraitində baş 

tutmuşdur. Prezident Heydər  Əliyevin  şəxsi nüfuzu, siyasi 

uzaqgörənliyi, böyük idarəçilik təcrübəsi sayəsində 1993-

2003-cü illəri  əhatə edən birinci on il ərzində bütün milli re-

sursları vahid məqsəd uğrunda səfərbər etmək və Azərbayca-




Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə