Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə49/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

152 


ilə yaxşı münasibətlər qurmuş və onlarla tərəfdaşlıq əlaqələrini 

inkişaf etdirir. Azərbaycan Qara-Xəzər dənizi hövzələri və Cə-

nubi Qafqaz ölkələri icərisində geosiyasi və geoiqtisadi riskləri 

ən minimum olan və “etibarlı tərəfdaş” imici qazanmış ölkələr 

sırasında lider mövqelərdən birini tutur. Ətraf ölkələrdən onun 

yalnız işğalçı Ermənistanla Dağlıq Qarabağla bağlı münaqişəsi 

və problemləri mövcuddur. Xəzər hövzəsi ölkələri içərisində 

Türkmənistan və  İranla Xəzər dənizindəki sektor bölgüsü və 

bəzi yataqların mənsubiyyəti ilə bağlı müəyyən problemlər 

yaşansa da, hazırda bu ölkələr arasında bütün digər sahələr 

üzrə dostluq və tərəfdaşlıq münasibətləri hökm sürür.  

Azərbaycanın  əlverişli coğrafi durumu, müstəqil siyasəti

iqtisadi potensialı, maddi və mənəvi resursları və digər amillər 

onun regional mərkəz statusuna yüksəltmiş və beləliklə, geosi-

yasi dəyərini daha da artırmışdır. Azərbaycan bölgədə iqtisa-

di, sosial, humanitar və digər sahələrdə reallaşdırılan bütün la-

yihələrin  əsas təşəbbüskarı  və  mərkəzi fiqurudur. Ekspertlər 

müstəqillik dövründə  həyata keçirilmiş transmilli neft və qaz, 

nəqliyyat-kommunikasiya layihələrini, son 10 ildə ölkə iqtisa-

diyyatının dinamik inkişafını əsas gətirərək 2013-cü ilin apre-

lində Dünya İqtisadi Forumunun məhz Bakıda keçirilməsini 

dünya birliyinin Azərbaycanın iqtisadi gücünə verdiyi qiymət 

kimi səciyyələndirirlər. Bununla yanaşı, Azərbaycan Ümum-

dünya Mədəniyyətlərarası Dialoq Forumunun, Beynəlxalq 

Humanitar Forumunun təşəbbüskarı  və  təşkilatçısı kimi çıxış 

edərək həm də dünyada mədəniyyətlərarası  və sivilizasiyala-

rarası dialoqun güclənməsinə öz dəyərli töhfələrinin verir. 

Təsadüfi deyil ki, bu gün ekspertlər Bakını “Humanitar Davos” 

adlandırırlar. Azərbaycan məscidin, kilsənin və sinaqoqun heç 

bir qısqanclıq, narahatlıq olmadan yan-yana fəaliyyət göstər-

diyi, çoxsaylı milli və etnik azlıqların sülh və  əmin-amanlıq 

şəraitində yaşadığı ən nadir tolerantlıq məkanı – multikultura-




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 153


lizm mərkəzi kimi bütün dünyada tanınır və qəbul edilir. 2012-

ci ildə “Eurovision” mahnı müsabiqəsini, çoxsaylı beynəlxalq 

idman yarışlarını yüksək səviyyədə  təşkil edən Azərbaycan 

artıq 2015-ci ildə l Avropa Oyunlarını keçirməyə hazırlaşır.  

Azərbaycanın xarici aləmlə  tərəfdaşlıq münasibətlərinə 

mənfi təsir göstərən və geosiyasi dəyərini aşağı salan bəzi 

amillər də mövcuddur. Tədqiqatçılar bu sıraya ilk növbədə Er-

mənistanla münaqişənin və Dağlıq Qarabağ probleminin 20 

ildən bəri həll olunmamasını aid edirlər. Ümumiyyətlə, müstə-

qilliyə qovuşduğu andan Azərbaycanın milli inkişafı yolunda 

rastlaşdığı  ən mühüm problem də  məhz Ermənistan-Azərbay-

can, Dağlıq Qarabağ münaqişəsi olmuşdur. Müstəqilliyin ilk 

illərində bu problem ölkənin bölgədə  və dünyada kəsb etdiyi 

geosiyasi  əhəmiyyəti ciddi surətdə azaldaraq, beynəlxalq in-

vestisiya qurumlarının ölkəyə davamlı kapital qoyuluşu siya-

sətinə uzun müddət ciddi mənfi təsir göstərmişdir. 

 Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həm 

də bütövlükdə regionun iqtisadi, siyasi tərəfdaşlıq mühitinə, 

sülhün və təhlükəsizliyin təmin olunmasına maneçilik törədən 

başlıca amildir. Bu münaqişə  həmçinin regionda transmilli 

enerji, nəqliyyat və  dəhliz infrastrukturlarının təhlükəsizliyinə 

təhdid yaradır. Mütəxəssislər hesab edirlər ki, münaqişənin 

həllində heç bir irəliləyişin olmaması bir tərəfdən Azərbaycan 

ictimaiyyətini anti-qərb  əhval ruhiyyəsində kökləyir, digər tə-

rəfdən isə Avrasiyanın təhlükəsizlik sisteminə, tərəfdaşlıq 

mühitinə mənfi təsir edir.

71

  



Azərbaycanın geosiyasi xarakteristikasına mənfi təsir gös-

tərən amillər sırasına, mütəxəssislər həm də ölkə daxilində iq-

tisadi inkişaf sahəsində sona çatdırılmamış bəzi milli layihələri 

                                                 

71

 Michael Cohen. The effect of oil revenues on transition economics: the case 

of Azerbaijan // “Geopolitics of energy” Journal, №6, June 2006  




 

ßËÈ ÙßÑßÍΠ

 

154 


- iqtisadi liberallaşama və özəl sektorun inkişafı prinsiplərinin 

dünya standartlarından qismən geri qalmasını, sərbəst iqtisadi, 

biznes və rəqabət mühitinin hələ də tam bərqərar olmamasını, 

ölkədaxili bəzi hüquqi, siyasi, iqtisadi və digər problemləri və 

s. aid edirlər. Bununla yanaşı hesab olunur ki, son illər vətən-

daş cəmiyyəti və bazar iqtisadiyyatı quruculuğu sahəsində isla-

hatların dərinləşdirilməsi, korrupsiyaya, inhisarçılığa, hüquq 

pozuntularına qarşı mübarizənin gücləndirilməsi, bu məqsədlə 

hüquqi, institutsional, inzibati və digər tədbirlərin intensivləş-

dirilməsi mövcud problemlərin  əsasən aradan qaldırılmasına 

artıq öz müsbət təsirini göstərir.  

 Azərbaycan iqtisadiyyatı müasir dünya miqyasında hələ 

ki, özünün enerji və xammal resursları, müəyyən qədər kənd 

təsərrüfatı və ərzaq məhsulları ilə təmsil olunur. Xarici kapital 

qoyuluşunun həcminə görə Azərbaycan  ən qabaqcıl ölkələr 

sırasında olsa da, investisiyaların böyük bir qismi neft-qaz, 

enerji, nəqliyyat- kommunikasiya layihələrinə yönəldilmişdir. 

Əksər neft ölkələrində olduğu kimi, Azərbaycanın da mühüm 

iqtisadi göstəricilərinin və ümumiyyətlə iqtisadiyyatının əsası-

nı neft-qaz sənayesi, enerji resurslarının istehsalı və satışı təş-

kil edir. Hazırda, ölkə büdcəsinin böyük qismini enerji resurs-

larının istehsalı və satışından gələn gəlirlər, yaxud bu sahədən 

daxil olan vergilər təşkil edir. Bununla yanaşı, qeyd olunmalı-

dır ki, son illər sənayeləşmə prosesinin sürətlənməsi, həm da-

xili bazarın ehtiyaclarının ödənilməsinə, həm də ixraca hesab-

lanmış orta və böyük istehsal müəssisələrinin yaradılması, 

emal sektorunun güclənməsi, kənd təsərrüfatının inkişafı sahə-

sində atılmış mühüm addımlar, yeni torpaq sahələrinin dövriy-

yəyə buraxılması  və iri fermer təsərrüfatlarının yaradılması, 

turizm, xidmət infrastrukturunun yenidən qurulması və inkişaf 

etdirilməsi, nəqliyyat infrastrukturunun müasir tələblərə uyğun 



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə