Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə48/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 149


matlarının sayına görə  də Azərbaycan  əksər postsovet və 

Cənubi Qafqaz ölkələrindən üstün mövqedədir.

66

  

 Xaricdə yaşayan və ölkənin xarici siyasət resursu kimi 



dəyərləndirilən soydaşlara gəldikdə, Cənubi Azərbaycanda, 

Gürcüstan, Rusiya (Dərbənd vilayəti) və başqa ölkələrdəki ta-

rixi vətənlərində yaşayan təxminən 30-35 milyon azərbaycanlı 

ilə yanaşı, dünyada yaşayan digər soydaşlar da ana Vətənlə 

əlaqələrini kəsməmiş (bunların sayı təxminən 2 milyona yaxın-

dır) və Azərbaycan üçün potensial investisiya mənbəyi hesab 

olunurlar. Məhz ikincilər (uzaq xaricdə yaşayanlar) Azərbay-

candakı yaxınları ilə mütəmadi  əlaqə yaradır, onların maddi 

problemlərinin həllində  iştirak edir, yaşadıqları ölkələrdə 

qazandığı pulların bir qismini öz doğma şəhər və rayonlarında 

müxtəlif işlərə yönəldirlər. Odur ki, bu qəbildən olan azərbay-

canlılar Azərbaycanın həm daxili, həm də qlobal inkişafında, 

onun sabit və təhlükəsiz yaşamasında, problemlərinin həllində 

daha çox maraqlıdırlar. Bu da Azərbaycan dövlətinə yürütdüyü 

xarici siyasətdə  həmin insanlardan öz əhali resursu kimi 

istifadə etmək imkanı yaradır. 

Azərbaycanın planetar və regional geosiyasi təsirinə həll-

edici təsir göstərən  əsas amillərdən biri də  ölkənin mövcud 



hərbi-geostrateji potensialı, regional və beynəlxalq təhlükə-

sizlik blokları ilə münasibətləri və  təhlükəsizlik siyasəti hesab 

olunur. Azərbaycan malik olduğu hərbi-geostrateji potensia-

lına, bu sahədəki əsas göstəricilərinə və milli resurslarına görə 

də Cənubi Qafqazın lider dövləti hesab olunur. Baxmayaraq ki, 

ATƏT-in “Avropada adi Silahlı Qüvvələr haqqında” müqavi-

lənin cinah sazişi ilə (bu müqavilə 15 may 1992-ci ildə Azər-

baycanın o zamankı müdafiə  naziri  R.  Qazıyev tərəfindən 

                                                 

66 

Azərbaycanın xarici ölkələrdə 85 diplomatik təsisatı - 57 səfirliyi, 5 daimi 



nümayəndəliyi, 9 baş konsulluğu, 7 fəxri konsulluğu və 7 təmsilçiliyi fəaliyyət 

göstərir ki, onlarda işləyən diplomat və xidmətçilərin sayı hazırda1000 nəfərə 

yaxındır. 



 

ßËÈ ÙßÑßÍΠ

 

150 


Rusiyanın təzyiqi nəticəsində imzalanmışdır) Cənubi Qafqazda 

Azərbaycanın, Gürcüstan və Ermənistanın hərbi texnika kvo-

tası  bərabərləşdirilmiş  və Azərbaycanın milli hüquqları açıq 

şəkildə pozulmuşdur. Həm ərazisinin həcmi, həm də əhalisinin 

sayı  nəzərə alınmadan, o zaman Azərbaycana Gürcüstan və 

Ermənistanla bərabər miqdarda ağır hərbi texnika kvotası ve-

rilmişdir.

67

 Azərbaycanın  əhalisinin sayına müvafiq olaraq, 



milli ordusunun say tərkibi, hərbi-texniki hazırlığı və silahlan-

ma keyfiyyəti də  həm Gürcüstandan, həm də Ermənistandan 

yüksəkdir. Bundan başqa, ordu quruculuğuna yönəltdiyi ümu-

mi büdcə  xərclərinə görə  də  Cənubi Qafqazın lider ölkəsi 

Azərbaycan hesab olunur.

68

  



Avroatlantik təhlükəsizlik strukturlarına inteqrasiya xətti 

götürməsi Azərbaycanı dünyanın və regionun təhlükəsizlik 

maraqlarında ciddi bir aktora çevirmiş və transmilli hərbi-stra-

teji maraqların mərkəzinə  çıxarmışdır. 1994-cü ildə NATO-

nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulmaqla Azər-

baycan özünün regional və milli təhlükəsizlik maraqlarını  tə-

min edəcəyinə  və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 

münaqişəsinin həllinə nail olacağına çox ümid bəsləyirdi. Eyni 

zamanda, bu proqrama qoşulmaqda Azərbaycanın  əsas məq-

sədi həm də öz müstəqilliyinə və sərhədlərinin təhlükəsizliyinə 

əlavə zəmanət almaq, Xəzər dənizinin ona məxsus sektorunda 

həyata keçirdiyi neft-qaz layihələrinin və dünya bazarlarına 

                                                 

67

Sazişə görə onların hər biri 220 tank, 220 zirehli döyüş maşını, 285 top və 



100 hərbi təyyarə saxlaya bilərlər. Əgər, ərazisinin həcmi və əhalisinin sayına 

müvafiq bölgü aparılsa idi (qalan bütün ATƏT üzvü olan dövlətlərdə bölgü 

məhz bu prinsiplərlə aparılıb) o zaman Azərbaycanın hərbi texnika və silah 

kvotası tank üzrə müvafiq olaraq 565, ZDM üzrə 860, top üzrə 566 ədəd və s. 

silahlar üzrə də indikindən üç dəfə çox olmalı idi. – Ə.H.  

68 

2010-cu ildən başlayaraq Azərbaycanın dövlət büdcəsində hərbi xərclər üçün 

3 milyard manatdan artıq vəsait nəzərdə tutulur. Bu, orta hesabla Ermənistanın 

dövlət büdcəsindən 1.5 dəfə çoxdur. – Ə.H. 




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 151


çəkilən transmilli kəmərlərin təhlükəsizliyini təmin etməkdən 

ibarət idi.  

NATO-ya, yaxud KTMT-yə üzvlük məsələsinə  gəlincə, 

Azərbaycan Cənubi Qafqazda və Avrasiya məkanında bir-biri 

ilə toqquşan geosiyasi maraqların (əsasən Rusiya və ABŞ 

başda olmaqla NATO və KTMT-nin) mövcud olduğunu nəzərə 

alaraq, həmişə tarazlı siyasət aparmağa üstünlük vermişdir. 

Mütəxəssislər hesab edir ki, bu sahədə Azərbaycanın həyata 

keçirdiyi siyasət Cənubi Qafqazın mövcud reallığına tam 

adekvat idi. Çünki “Rusiya Bakını  hərbi cəhətdən birbaşa 

nəzarətdə saxlaya bilməsə də, Ermənistanla müvafiq əməkdaş-

lığı gücləndirmək və  rəsmi olaraq Dağlıq Qarabağ münaqi-

şəsindəki davranışını Ermənistanın xeyrinə  dəyişməklə Azər-

baycanın milli təhlükəsizliyinə  və  hərbi-strateji maraqlarına 

ciddi təhlükə yarada bilərdi”.

69

  



Beləliklə, göründüyü kimi Azərbaycan təkcə Avropa Bir-

liyinin enerji təminatı  və  təhlükəsizliyi baxımından və “Qon-

şuluq siyasəti”nin əsas fiqurantlarından biri kimi deyil, həm də 

dünyanın müxtəlif bölgələrində - Əfqanıstanda,  İraqda, Bal-

kanlarda və s. həyata keçirdiyi sülhyaratma proseslərində bir-

başa iştirakı, NATO-nun qeyri-hərbi ehtiyatlarla təchizatı, təh-

lükəsiz hava dəhlizinin təqdim olunması və s. fəaliyyəti ilə də 

Qərbin etibarlı tərəfdaşı hesab olunur.

70

 

Beləliklə, yuxarıda göstərilən amillər  əsasında, hazırda 



Azərbaycanın əksər xarici və region ölkələri ilə yaxşı tərəfdaş-

lıq və  əməkdaşlıq münasibətləri vardır. Azərbaycan ABŞ  və 

Avropa Birliyi ilə yanaşı, Xəzər-Qara dəniz hövzəsi, Orta 

Asiya, Yaxın  Şərq, 2012-ci ildə Qoşulmama Hərəkatına üzv 

olduqdan sonra isə bir sıra Cənubi Amerika və Afrika ölkələri 

                                                 

69

 Rayner  Fraytaq-Virminqhaus.  Azərbaycanın xarici və  təhlükəsizlik siyasəti 



// “Azerbaijan Focus” jurnalı, №1, 2009, s. 107.  

70

 



Bax: Aleksandros Petersen. Azərbaycanın Avroatlantik baxışları 

//Azərbaycan focus, №2, yanvar-mart 2010.s.197. 




Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə