Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə56/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 173


baycanın milli iqtisadiyyatına ciddi təkan vermiş  və ölkənin 

müstəqil iqtisadi gələcəyinə təminat yaratmışdır.

81

  

 Tədqiqatçılar hesab edir ki, dünyanın aparıcı ölkələrinin 



və  şirkətlərinin BTC-nin reallaşmasındakı  iştirakı  təkcə Azər-

baycanın deyil, həm də bölgənin enerji resursları ilə  zəngin 

digər ölkələrinin geoiqtisadi gücünü artırmış, bəzi regional 

qüvvələrin geosiyasi təsirlərdən azad etmiş  və beynəlxalq 

aləmdə onların reallaşdırdığı transmilli enerji layihələrinə dəs-

tək olmuşdur. Layihə iştirakçısı olan əksər dövlətlər həm də re-

gionun geosiyasi proseslərinə daha fəal cəlb olunmuş  və ona 

təsir göstərmək imkanı qazanmışdır. Azərbaycan tərəfindən 

davamlı  şəkildə  həyata keçirilən bərabərhüquqlu, qarşılıqlı 

faydalı əməkdaşlıq, bütün tərəflərin ortaq maraqlarının nəzərə 

alınması və s. bu ölkənin xarici müttəfiqlərinin sayının artma-

sını şərtləndirmişdir.  

 Lakin Azərbaycana çoxsaylı müttəfiqlər qazandıran BTC, 

BTƏ  kəmərləri, TRASEKA və s. transmilli layihələr həm də 

onu ciddi geosiyasi təzyiqlərlə üz-üzə qoymuşdur. Burada 

söhbət ilk növbədə regiondakı  əsas geosiyasi oyunçulardan 

olan Rusiya və İrandan gedir. Moskva ilk gündən Rusiya ərazi-

sindən yan keçməklə  Şərq-Qərb nəqliyyat-kommunikasiya və 

enerji ixracı layihələrinə “özünün regiondakı maraqlarına zidd 

təşəbbüs” kimi yanaşmış  və mübarizə aparmışdır. Çünki, əv-

vəlki dövrlərdə davamlı şəkildə Xəzər hövzəsində istehsal olu-

nan enerji resurslarını, neft və qaz marşrutlarını nəzarətdə sax-

layan Rusiya, Xəzəryanı ölkələrin öz milli sərvətlərinə sahib 

çıxması və BTC-nin reallaşmasından sonra əvvəlki gəlirlərinin 

bir qismindən məhrum olmuşdur. Yaxud, TRASEKA-nin yeni-

dən bərpa olunması ilə  bərabər, bu ölkə həm də bölgədə  əsas 

tranzit-daşıma statusunu, region ölkələrinə geosiyasi təsir me-

xanizmlərini itirmişdir. Hətta, BTC və BTƏ neft-qaz kəmərləri 

                                                 

81

 Bax: “Şərq” qəzeti, 20 fevral 2010.-N32. 




 

ßËÈ ÙßÑßÍΠ

 

174 


layihəsini geosiyasi tədqiqatçılar içərisində «Rusiyanın Xəzər-

dəki açıq məğlubiyyəti» adlandıranlar da mövcuddur. Lakin 

rəsmi Bakının tarazlaşdırılmış siyasəti və bölgə ölkələrinin ma-

raqlarının maksimum nəzərə alınması ilə bağlı reallaşdırdığı 

tərəfdaşlıq tədbirləri bu ölkə ilə problemin kəskinləşməsinə və 

açıq münaqişəyə keçməsinə mane oldu. Qərb  şirkətləri ilə 

«Əsrin müqaviləsi»ni imzalayan, BTC və BTƏ-nin reallaşma-

sına nail olan Azərbaycanın, hər üç layihəni özünün maraqla-

rına zərbə kimi qəbul edən Moskva ilə münasibətlərinin kəs-

kinləşməsinə  və tam pozulmasına imkan vermədi və onunla 

ortaq dil tapa bildi.  

 Azərbaycan hazırda beynəlxalq aləmlə iqtisadi, enerji, 

nəqliyyat və s. əlaqələrini heç bir kənar təsirə məruz qalmadan, 

müstəqil  şəkildə reallaşdırmağa çalışır. Bunun üçün ölkə  rəs-

miləri qarşıdan gələn illərdə həm mövcud transmilli nəqliyyat-

kommunikasiya və enerji kəmərlərinin sabit fəaliyyətini, öz 

məhsullarının bu dəhlizlərlə sərbəst ixracını təmin etməli, həm 

də yeni-yeni alternativ bazarların axtarılmasını, kəmərlərin çə-

kilməsini və enerji ixracının  şaxələndirilməsini davam etdir-

məlidir.  



 

Geosiyasi mövqelərin möhkəmləndirilməsi  

taktikasının çevikləşdirilməsi və sistemli təminatı 

  

Azərbaycan Respublikasının bugünkü əsas strateji məna-



feləri və geosiyasi maraqları ilk növbədə onun dövlət suveren-

liyinin qorunub saxlanılmasını, ərazi bütövlüyünün bərpa edil-

məsini, əhalisinin həyat şəraitinin yaxşılaşdırılması və təhlükə-

sizliyinin təmin olunmasını, ölkə daxilində dayanıqlı siyasi və 

liberal iqtisadi sistemin formalaşdırılması və inkişafını, sosial-

iqtisadi tərəqqinin davam etdirilməsini, xarici aləmlə ortaq 

maraqların tapılması və uzlaşdırılmasını, ölkənin milli maraq-

larının təminatı ilə bağlı qazanılmış beynəlxalq dəstəyin get-


 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 175


dikcə artırılması  və s. vəzifələrin reallaşmasını  tələb edir. Bu 

məsələlər Azərbaycanın bir dövlət kimi mövcudluğunu, Xəzər-

Qara dəniz hövzəsi və  Cənubi Qafqazdakı mövqelərinin güc-

lənməsini şərtləndirən əsas strateji vəzifələr hesab olunur. 

Müstəqillik əldə etdikdən sonra Azərbaycan diplomatiya-

sının bütün səyləri planetin mürəkkəb siyasi münasibətlər sis-

temində ölkənin müharibədən çıxarılmasına, pozulmuş  ərazi 

bütövlüyünün bərpa olunmasına, milli, regional və beynəlxalq 

maraqlarının təmin edilməsinə, xarici aləmlə dinc əməkdaşlıq 

mühitinin yaradılmasına yönəlmişdir. Prezident Heydər Əliye-

vin diplomatik məharəti, Azərbaycanın mühüm coğrafi mövqe-

yi, zəngin təbii ehtiyatları, dünya üçün kəsb etdiyi geosiyasi 

önəm və s. həmin vəzifələri həll etməyə  şərait yaratmışdır. 

Azərbaycanın Avrasiyadakı  əhəmiyyətli strateji mövqeyi və 

geosiyasi dəyəri məşhur dünya politoloqları, aparıcı  tədqiqat 

mərkəzləri tərəfindən də etiraf olunmuşdur. Politoloq Z.Bjezin-

ski bildirmişdir ki, «Müstəqil Azərbaycan Qərbin Xəzər hövzə-

sinin və Orta Asiyanın zəngin enerji resurslarına çıxışı üçün 

dəhliz ola bilər. Və  əksinə, asılı Azərbaycan Orta Asiyanın 

dünyadan təcrid edilməsi deməkdir».

82

 

Digər tərəfdən, bir çox mütəxəssislər hesab edirlər ki, 



Azərbaycanın dünyadakı geosiyasi mövqeyinə müsbət təsir 

edən amillərdən biri, bəzi hallarda onun mövqeyinin digər 

region ölkələrininki ilə üst-üstə düşməməsidir. Lakin bu geosi-

yasi uyğunsuzluq mövcud milli resursların bölüşdürülməsi və 

ortaq maraqlar naminə reallaşdırılan “kompromis siyasət” va-

sitəsilə aradan qaldırılır. Azərbaycanın dünyanın mühüm trans-

milli geosiyasi və geoiqtisadi maraqların kəsişmə nöqtəsində 

yerləşməsi və ölkə  rəhbərliyinin indiyə  qədər bu üstünlükdən 

məharətlə istifadə etməsi region ölkələri ilə yaranan ziddiyyətli 

                                                 

82

 Bax: Бжезинский З.K. Великая шахматная доска. Господства Америки 



и его геостратегические императивы.  М., 1998.s. 232-234. 


Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə