Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə64/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 197


mütəxəssislər deyil, həm də dövlət rəsmiləri öz narahatlığını 

açıq şəkildə nümayiş etdirməyə başlamışlar ki, bu da çox ciddi 

geosiyasi narahatlığın birbaşa göstəricisi hesab oluna bilər. 

Məsələn, Azərbaycan prezidenti İlham  Əliyev 2009-cu ildə 

Nazirlər Kabinetinin toplantısında çıxışı zamanı bildirmişdir 

ki, son iki ildə Azərbaycan Avropa İttifaqı ölkələrinə bazar 

qiymətləri ilə qaz nəqlini həyata keçirə bilmir:  “Bunun  əsas 

səbəbi ondan ibarətdir ki, bu vaxta qədər Türkiyə ilə Azərbay-

can arasında qaz ixracının tranzit məsələləri həll olunmayıb... 

Azərbaycan uzun illərdir, Türkiyəyə qazı dünya qiymətinin 

üçdə birinə, 30 faizinə satır. Bu, heç bir məntiqə sığmayan mə-

sələdir... Eyni zamanda, Azərbaycan “Şahdəniz” qaz yatağının 

ikinci hissəsinin işlənməsinə başlaya bilmir... Biz süni şəkildə 

yaradılmış  səbəblər üzündən buna nail ola bilmirik. Həm 

qiymət real deyil və Azərbaycan təklif olunan qiymətlə heç 

kimə öz qazını sata bilməz, həm də tarif haqları ədalətli deyil 

və bizi qane etmir”.

87

  



Göründüyü kimi, Azərbaycan Prezidenti Türkiyə ilə tran-

zit məsələlərinin həll olunmamasını, bu ölkə  tərəfindən qəbul 

edilməsi mümkün olmayan şərtlərin irəli sürülməsini və s. 

qeyri-normal məsələləri enerji sahəsində neçə illərdir ki, trans-

milli dünya ilə reallaşdırılan və perspektivdə reallaşdırılacaq 

layihənin pozulmasına gətirib çıxara biləcəyi təhlükəsindən 

bəhs edir. Problemdən çıxış yolu isə, müvafiq olaraq yeni-yeni 

alternativ yolların tapılması və enerji ixracının şaxələndirilməsi 

ilə əlaqələndirilir.  

Hazırda Azərbaycan və dünya mütəxəssisləri bölgənin 

zəngin neft və qaz məhsullarının daha etibarlı və səmərəli nəqli 

üçün bir neçə yeni alternativ yollar təklif edir. Bunlardan biri 

Rusiya marşrutudur. 2009-cu ilin oktyabrında ARDNŞ və Ru-

                                                 

87

 Bax: “Azərbaycan” qəzeti, 17 oktyabr 2009. 




 

ßËÈ ÙßÑßÍΠ

 

198 


siyanın “Qazprom” şirkəti arasında qaz alqı-satqısı ilə əlaqədar 

imzalanmış müqaviləyə əsasən 2010-cu ildən bazar qiymətləri 

ilə Rusiyaya ildə 500 milyon kub. metr və daha artıq qaz ixra-

cına başlanmışdır. Perspektivdə bu həcmin Azərbaycanın im-

kanlarına uyğun olaraq artırılması nəzərdə tutulmuşdur. İkinci 

marşurut İran istiqamətində fəaliyyət göstərən Astara-İran xət-

tidir. Mütəxəssislərin fikrinə görə, bir sıra texniki məsələlərin 

həllindən sonra bu marşrutla  İrana kifayət qədər  əlavə qaz 

satışı həyata keçirilə bilər. Üçüncüsü, Azərbaycan qazı AQRİ 

layihəsi  əsasında Qara dəniz limanlarından yeni texnologiya 

əsasında (sıxılma və xüsusi gəmilərlə daşıma) Avropa İttifaqı 

ölkələrinə  çıxarıla bilər. Sonuncu məsələdə Rumıniya və Uk-

rayna ilə danışıqlar başlanıb və  gələcəkdə müvafiq razılaş-

malar əldə ediləcəyinə ümid bəslənir. Təbii ki, digər variantlar 

da nəzərdən keçirilə bilər.  

Azərbaycanın üç neft ixracı  kəmərinin olması, prinsipcə 

nəql məsələlərində alternativliyi təmin edir. Lakin burada da 

bütün nüanslar, reallıqlar və proqnozlar nəzərə alınmalı, hər iki 

istiqamət üzrə yeni marşrutların geoiqtisadi və geosiyasi əsas-

landırılması təmin edilməlidir.  

Tariflər məsələsinə gəldikdə, neft müqavilələri və BTC-yə 

dair sazişlərin imzalandığı illərlə müqayisədə, hal-hazırda və-

ziyyət tam dəyişmişdir. Azərbaycan haqlı olaraq Türkiyəyə 

ucuz qaz satışından imtina edir və tariflərə yenidən baxılmasını 

tələb edir. Eyni zamanda, BTC-yə dair sazişlər imzalanan za-

man Azərbaycanın kəmərdən  əldə edəcəyi tranzit gəlir payını 

Gürcüstana güzəştə getməsi məsələsinə yenidən qayıtmaq,  ən 

azından mütəmadi olaraq rəsmi Tbilisinin bu haqda yaddaşının 

itməsinə imkan verməmək lazımdır. Rusiya və İrana bazar qiy-

mətinə qaz ixracına başlanması və gələcəkdə bu istiqamətlərdə 

mövcud olan perspektivlər, ixrac və tarif məsələsində Azərbay-



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 199


cana Gürcüstan və Türkiyə ilə daha inamla danışmağa və milli 

maraqlarını təmin etməyə əlavə imkan yaradır.  

Beləliklə, düzgün dəyərləndiriləcəyi təqdirdə, bütün bu 

reallıqların, imkan və geosiyasi perspektivlərin bölgədə  və 

dünyada Azərbaycana  əlavə geosiyasi üstünlüklər qazandıra-

cağı şübhəsizdir. Bu gün dövlət müstəqilliyi möhkəmlənmiş və 

hərtərəfli inkişaf edən Azərbaycan həm özünün daxili məsələ-

lərini uğurla həll etmək iqtidarındadır, həm də regionda, bey-

nəlxalq aləmdə geosiyasi, geoiqtisadi və s. maraqlarını qoru-

mağa, öz prinsipial mövqeyini müdafiə etməyə qadirdir. Artıq 

dünyanın  əksər geosiyasi güc mərkəzləri Azərbaycanla bəra-

bərhüquqlu əməkdaşlığa üstünlük verir və yerləşdiyi regionun 

bütün transmilli məsələlərinin həllində onun rəyini nəzərə alır-

lar. Bəhs olunan geosiyasi vəziyyət və imkanlar Ermənistan-

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də Azər-

baycanın mövqeyini gücləndirir ki, bu da ölkənin gələcək 

inkişafı haqqında optimist ovqat yaradır. 

 

Ermənilərin zaman-zaman Azərbaycanlılara qarşı 

törətdiyi soyqırımı siyasətinin ifşa edilməsi və dünyada 

səmərəli təbliğat işinin qurulması 

  

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaq-



larını geri qaytarmasından sonra da ölkə  rəsmiləri qarşısında 

dayanan mühüm geosiyasi və hərbi-geostrateji vəzifələrdən bi-

ri azərbaycanlılara qarşı əsrlərlə reallaşdırılan soyqırımı faktla-

rının, Xocalı faciəsinin və s. kimi hadisələrin dünya birliyinə 

çatdırılması, beynəlxalq ictimaiyyət tərəfindən bu tarixi həqi-

qətlərin qəbul edilməsi istiqamətində sistemli və daimi iş apa-

rılması, soyqırımı cinayətlərinin səbəbkarlarının beynəlxalq 

ictimaiyyət qarşısında ifşa olunması, müasir Ermənistan dövlə-

tinin Cənubi Qafqazda yürütdüyü qonşulara qarşı ərazi iddiası 



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə