Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə67/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 209


Avrasiyanın müasir geosiyasi əhəmiyyəti, bölgədə həyata 

keçirilən transmilli, regional və lokal geosiyasət haqqında Ziya 

Gökalpdan, Mustafa Kamal Atatürkdən üzü bəri çoxsaylı türk 

siyasətşünasları  və Türkiyə  rəsmiləri də  bəhs etmiş, bununla 

bağlı çoxsaylı  əsərlər yazmışlar. Xüsusilə, son zamanlar Tür-

kiyə Cümhuriyyətində Avrasiyanı öyrənmək və bölgədə həyata 

keçirilən siyasətin tədqiq olunması yönündə mühüm işlər gö-

rülmüşdür.

96  

Əksər tədqiqatçılar və politoloqlar Avrasiyanı 



müasir dünyanın  ən  əhəmiyyətli geosiyasi bölgəsi hesab edə-

rək, Türkiyənin öz geosiyasi fəaliyyətini bu regionda güclən-

dirməsini, Xəzər-Qara dəniz hövzəsində, Cənubi Qafqaz və 

Orta Asiyada reallaşdırılan transmilli layihələrdə yaxından işti-

rak etməsini vacib saymışlar. Göründüyü kimi, Avrasiya geosi-

yasi, geoiqtisadi və geostrateji əhəmiyyətinə görə bütün dövr-

lərdə dünyanın aparıcı dövlətlərinin, geosiyasi güc mərkəzləri-

nin və regional təşkilatların diqqətini daim özünə cəlb etmiş və 

etməkdədir.  

 XX  əsrin sonlarına yaxın SSRİ-nin və dünya sosializm 

sisteminin süqutundan sonra fərqli ideoloji düşərgələri təmsil 

edən mütəxəssislər Avrasiyanın artan regional geosiyasi əhə-

miyyətindən, bölgədəki vəziyyətə təsir göstərən geosiyasi ma-

raqlar sistemindən, yeni minillikdə transmilli, regional və lokal 

milli maraqların kəsişmə nöqtəsinə və mübarizə hədəfinə çev-

rilməsindən bəhs edərək, geniş müzakirələr aparmağa başla-

mışlar. 

                                                 

96 

Suat İlhan. Türklerin Jeopolitiği ve Avrasiyaçılık. Ankara.2005; Mert Bilgin. 



Avrasiya Enerji savaşları. İstanbul, 2005; Kaynak M. Büyük Ortadoğu projesi 

ve Türkiye üzerine stratejik analizler. İstanbul, 2005; Arslan Bulut. Küresel 

Haclı Seferi. Ankara.2005; 21 Yüzyılında dünya düzeni və yönetişim. Istanbul, 

2005; Ahmet Davutoğlu. Stratejik Derinlik. Türkiye,nin uluslararası konumu. 

Ankara, 2008; Bügünden yarına Türk dünyasında Stratejik bakış.  İstanbul, 

2008; Avrasyada Türk jeopolitiği.Ankara, 2009; Celalettin Yavuz. Jeopolitik 

ve Strateji // http:www.turksam.orq və s. 



 

ßËÈ ÙßÑßÍΠ

 

210 


§ 1.2. Avrasiyanın regional geosiyasi vəziyyətinə təsir 

göstərən fərqli maraqlar sistemi: transmilli, regional və 

milli hədəflər haqqında 

  

SSRİ-nin süquta uğraması ilə geosiyasi, geoiqtisadi və 



hərbi-geostrateji  əhəmiyyətinə görə Avrasiya bölgəsi  əksər 

transmilli güclərin, böyük dünya dövlətlərinin və digər beynəl-

xalq aktorların xüsusi diqqətini çəkməyə başladı. Mütəxəssis-

lər bunu hər şeydən əvvəl, bölgənin uzun müddət qapalı məkan 

kimi yalnız Sovet İttifaqının təsir dairəsinə daxil olması  və 

başqa maraqlı tərəflərin bu əhəmiyyətli geosiyasi məkana mü-

daxiləsinin qeyri-mümkünlüyü ilə bağlayırlar. Onların fikrinə 

görə, SSRİ-nin süqutu Avropa ilə Asiyanın qovşağında yerlə-



şən, əlverişli və unikal coğrafi imkanları olan Avrasiyanı cəlb-

edici transmilli bir amilə çevirdi və beynəlxalq şirkətləri, Qərb 

ölkələrini qloballaşan dünyanın iqtisadi və ticarət ehtiyaclarına 

uyğun olaraq, bu məkandan ilk növbədə Şərq-Qərb əlaqələrin-

də əsas nəqliyyat-kommunikasiya dəhlizi kimi istifadə etməyə 

ruhlandırdı.  



 Avrasiya həm də XXI əsrin əsas alternativ enerji və digər 

transmilli layihələrinin həyata keçirildiyi region hesab olunur



Təbii xammal mənbələri ilə  zənginliyi,  əmək resurslarının 

geniş potensialı, dünya enerji və xammal ehtiyatlarının böyük 

bir qisminə malik olması və s. Avrasiyanın geosiyasi, geoiqti-

sadi və geostrateji əhəmiyyətini getdikcə ciddi şəkildə artırır. 

Xüsusən, yeni dövrdə dünyada enerji ehtiyaclarının getdikcə 

artması regionun zəngin təbii və mineral qaynaqlara malik olan 

Orta Asiya, Cənubi Qafqaz və Xəzər-Qara dəniz hövzəsi kimi 

ərazilərinin planetin əhəmiyyətli və  cəlbedici məkanı kimi 

tanınmasına şərait yaratmışdır.  



 Bəhs olunan amillərlə yanaşı, üçüncü minilliyin başlanğı-

cından  həm də beynəlxalq sülh və  təhlükəsizlik üçün kəsb et-

diyi hərbi-geostrateji əhəmiyyət, regionda dünya güclərinin və 


 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 211


böyük dövlətlərin geoiqtisadi, geosiyasi və  hərbi-strateji ma-

raq dairələrinin kəsişməsi, fərqli dinlərin və sivilizasiyaların 

intensiv təmas nöqtəsinə çevrilməsi və s. üstünlükləri  Avrasi-

yanı sözün həqiqi mənasında dünya geosiyasətinin  əsas mər-

kəzlərindən birinə çevirmişdir. Yeni dövrdə Avrasiya və onun 

– Mərkəzi (Orta) Asiya, Cənubi Qafqaz, Xəzər-Qara dəniz 

hövzəsi və Fars körfəzi kimi bölgələri qloballaşmaya sürətlə 

cəlb olunan və regional inteqrasiya proseslərində müxtəlif 

meyillərin müşahidə olunduğu əsas planetar məkanlar sırasında 

dayanır. Bu da müvafiq olaraq, planetin əksər dövlətlərini və 

digər geosiyasi aktorları bölgədə öz geosiyasətini formalaşdır-

mağa və yürütməyə sövq edir. 

Avrasiya özünün beynəlxalq dəyəri, zəngin və əhəmiyyət-

li geosiyasi, geoiqtisadi və geostrateji resursları ilə yanaşı, həm 

də  region xalqlarının yaşadığı, region ölkələrinin mövcud ol-

duğu konkret bir sivilizasiya meydanı, milli-etnik yaşayış məs-

kəni və coğrafi məkandır. Hər bir Avrasiya ölkəsi bölgədə milli 

maraqlarını  təmin etmək məqsədi ilə daxili və xarici siyasət 

prioritetlərini formalaşdırır, başqa dövlətlərlə siyasi, iqtisadi, 

hərbi və mədəni qurumlar yaradır, transmilli və regional inteq-

rasiya proseslərində  iştirak edir. Təbii ki, bu zaman ölkələrin 

bəzən bir-biri ilə  və regionda marağı olan digər dövlətlərlə 

geosiyasi, hərbi-strateji və geoiqtisadi maraqları toqquşur, 

bəzən də üst-üstə düşür. Buna görə  də Avrasiya əhatə etdiyi 



ölkələrin maraq və mənafe dairəsinin, xarici siyasət istiqamət-

ləri və yönlərinin müxtəlifliyi, dövlət idarəçilik sistemlərinin 

xarakteri və s. baxımından da çox mürəkkəb regiondur. Avra-

siyada həyata keçirilən qlobal transmilli layihələr, yerli ölkə-

lərin demokratik transformasiyası, iqtisadiyyatının liberallaşdı-

rılması və bölgədaxili siyasi, iqtisadi, mədəni inteqrasiya pro-

seslərində fərqli maraqları təmsil edən onlarla müxtəlif dövlət, 

hökumətlərarası birlik, QHT-lər və digər geosiyasi aktorlar 

iştirak edir.  



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə