Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə65/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

200 


və işğalçılıq siyasətinin ifşa edilməsi və s. olacaqdır. Planetar 

və qlobal informasiya məkanında dünya ermənilərinin təbliğat 

maşını ilə effektli mübarizə taktikasının hazırlanması  və da-

vamlı  şəkildə  həyata keçirilməsi üçüncü minillikdə Azərbay-

can Respublikasının və dünya azərbaycanlılarının qarşısında 

dayanan əsas strateji və geosiyasi vəzifə olaraq qalacaqdır.  



 

Naxçıvan MR ilə quru dəhlizinə nail olunması 

istiqamətində iş aparılması 

 

Azərbaycan dövlətinin qarşısında üçüncü minillikdə daya-



nan əsas geosiyasi vəzifələrdən biri də, vaxtilə SSRİ rəhbərliyi 

tərəfindən Zəngəzur torpaqlarının ermənilərə  bəxş edilməsi 

yolu ilə, süni şəkildə Azərbaycanın  əsas  ərazisindən təcrid 

edilmiş Naxçıvan MR ilə birbaşa quru əlaqələrinin bərpası və 

bu istiqamətdə müvafiq dəhlizin açılması hesab olunacaqdır. 

Bu məsələnin beynəlxalq gündəmə  çıxarılması, müvafiq va-

riantların axtarılması  və müsbət istiqamətdə  həlli məqsədilə 

milli strategiyanın hazırlanması və həyata keçirilməsi vəzifəsi 

yaxın gələcəkdə Azərbaycanın xarici və daxili siyasətinin əsas 

vəzifələrindən birinə çevrilməlidir.  

 

Təkrar və məşğələ sualları: 

 

1.Milli inkişaf strategiyası  nədir və onun əsas tələbləri 

nədən ibarətdir? 

 

2. Azərbaycanın müstəqilliyinin  əldə edilməsi və milli 



inkişaf siyasətinin formalaşmasının ilkin şəraitini,  şərtlərini, 

əsas mərhələlərini və xarakterik xüsusiyyətlərini şərh edin. 

 

3.Prezident Heydər  Əliyevin milli inkişaf siyasətinin 



xarakteristikasını verin. 


 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 201


4.Prezident Heydər Əliyevin milli inkişaf siyasətinin əsas 

prinsiplərini, vəzifə və tələblərini şərh edin. 

 

5.Prezident Heydər  Əliyevin milli inkişaf siyasətinin 



formalaşması  və  həyata keçirilməsində milli birlik platforma-

sının və azərbaycançılıq ideologiyasının rolunu şərh edin. 

 

6. Azərbaycanın gələcək milli inkişaf perspektivləri haq-



qında prezident İlham  Əliyevin “Azərbaycan 2020: gələcəyə 

baxış” Milli İnkişaf Konsepsiyasının əsas vəzifələri və  hədəf-

ləri haqqında nə bilirsiniz? 

 

7.Azərbaycanın regiondakı geosiyasi, geoiqtisadi və 



hərbi-geostrateji əhəmiyyətini şərtləndirən əsas daxili və xarici 

amillər, təbii-coğrafi, iqtisadi, siyasi və s. dəyərlər haqqında nə 

bilirsiniz?  

 

8. Azərbaycanın beynəlxalq və regional geosiyasi dəyəri-



nin və üstünlüklərinin düzgün istifadəsi sahəsində dövlət siya-

sətinin əsas məqsəd və vəzifələrini, hədəflərini və nəticələrini 

necə şərh edərdiniz?  

 

9.Azərbaycan Respublikasının hazırkı sosial-iqtisadi, 



ictimai-siyasi, mənəvi-mədəni, hərbi və s. inkişafının mövcud 

vəziyyətini və onun respublikanın regional və beynəlxalq 

geosiyasi vəziyyətinə təsiri məsələlərini təhlil edin.  

 

10.Azərbaycanın Cənubi Qafqazdakı lider mövqelərini 



şərtləndirən  əsas amillər haqqında danışın (iqtisadi potensial, 

enerji mənbələri və insan resursları, hərbi güc və s.).  

 

11.Geosiyasi status və fəaliyyət kodeksi haqqında nə bilir-



siniz və Azərbaycan dövlətinin bu sahədəki fəaliyyətini necə 


 

ßËÈ ÙßÑßÍΠ

 

202 


şərh edərdiniz? Azərbaycanın geosiyasi statusu və  fəaliyyət 

kodeksinə  təsir göstərən geosiyasi, geoiqtisadi və  hərbi-geo-

strateji amillər hansılardır?  

 

12.Azərbaycanın geosiyasi əhatəsi və ondan irəli gələn 



regional geosiyasi fəaliyyət kodeksinə  təsir göstərən  əsas 

amillər haqqında nə bilirsiniz?  

  

13.XXI əsrdə Azərbaycanın qarşısında dayanan əsas geo-



siyasi vəzifələr haqqında nə düşünürsünüz. 

 

 




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 203


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÁÅÉÍßËÕÀËà ÀËßÌËß  

ÜÅÎÑÈÉÀÑÈ ÌÖÍÀÑÈÁßÒËßÐÈ 

 

 

 

 

 

 



 

ßËÈ ÙßÑßÍΠ

 

204 


 

 

 

 

l FƏSİL 

 AVRASİYANIN ÜMUMİ GEOSİYASİ 

XARAKTERİSTİKASI VƏ MÜASİR VƏZİYYƏTİ  

 

 § 1.1. Avrasiyanın ümumi geosiyasi xarakteristikası  

  

Avrasiya Azərbaycanın və bu ərazidə yerləşən digər ölkə-



lərin müasir geosiyasi maraqlarının, milli inkişaf və təhlükəsiz-

liyinin təmsil olunduğu əhəmiyyətli bir regiondur.

88

 Geosiyasi 



xarakteristikasına görə Avrasiyanın ən əhəmiyyətli geoməkan-

ları sırasına ümumən və ayrı-ayrılıqda: 

1. postsovet məkanını (bütün keçmiş SSRİ-yə daxil olan 

əraziləri);  

2. Orta Asiya və Xəzər hövzəsini (Rusiya, İran, Azərbay-

can, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıs-

tan və Tacikistanın indiki ərazilərini);  

3. Cənubi Qafqaz və Qara dəniz hövzəsini (üç Cənubi 

Qafqaz dövləti - Azərbaycan, Gürcüstan, Ermənistan; 

Qara dəniz hövzəsi ölkələri - Rusiya, Türkiyə, Uk-

rayna və Qara dənizə çıxışı olan bir çox Şərqi Avropa 

dövlətləri və s. əraziləri);  

4. Yaxın  Şərq və Fars körfəzi ölkələrinin yerləşdiyi 

əraziləri və s. aid edirlər.  

 Avrasiyanın mövcud geosiyasi, geoiqtisadi və  hərbi-

geostrateji xarakteristikası, dünya birliyi üçün kəsb etdiyi əhə-

                                                 

88

Avropa ilə Asiyanın qovşağında yerləşən və iki qitənin birləşdiyi Kontinental 



ərazi (Hartlənd)- dünyanın  ən  əhəmiyyətli məkanlarından hesab olunur və 

siyasi ədəbiyyatda şərti olaraq “Avrasiya” adlandırılır.  




Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə