ßËÈ ÙßÑßÍÎÂ
188
məyəcəyini açıq şəkildə bəyan etmişdir. Azərbaycanın bu
mövqeyi həm də beynəlxalq hüquq normalarına söykənir.
Lakin bütün bunlara baxmayaraq, İran-ABŞ məsələsi
Azərbaycan üçün bölgədə və dünyada müəyyən problemlər ya-
radaraq, ölkəni daha ehtiyyatlı, ardıcıl və çevik siyasət yürüt-
məyə, diplomatik və geosiyasi manevr imkanlarından bacarıqla
istifadə etməyə məcbur edir. Məsələn, Birləşmiş Ştatların İrana
qarşı hər hansı hərbi əməliyyatlara başlamaq niyyəti reallaşarsa
Azərbaycanın manevr imkanları ciddi şəkildə məhdudlaşacaq-
dır. Çünki illərdir dünyada beynəlxalq terrorizmin əsas dayaq-
larından biri kimi təqdim olunan İrana BMT-nin sanksiyası
əsasında hərbi müdaxiyə başlayacağı təqdirdə bu plana mane
olmaq, yaxud da onunla bağlı hər hansı dirəniş göstərmək dün-
yanın bir nömrəli güc mərkəzi olan ABŞ-la münasibətlərə
ciddi şəkildə mənfi təsir göstərə bilər. Digər tərəfdən, Azərbay-
can regionda ən uzun müştərək sərhədə, ortaq tarixə və geosi-
yasi məkana malik olduğu dost İran dövlətinin, onun 30 mil-
yondan çoxu azərbaycanlı olan 70 milyonluq müsəlman əhali-
nin də maraqlarını zərbə altinda qoyaraq, bölgənin əsas geosi-
yasi fiqurlardan olan qonşu dövlətlə münasibətlərini korlaya
bilməz.
Hazırda ABŞ-la münasibətləri gərginləşən İran region
dövlətləri və xüsusilə Azərbaycanla əlaqələrini daha da yaxşı-
laşdırmağa çalışır və onun bu səyləri getdikcə güclənəcəkdir.
Bəzi ekspertlər hesab edirlər ki, Təbriz şəhərində Azərbaycan
konsulluğunun açılması və Azərbaycan vətəndaşları üçün viza
rejiminin aradan qaldırılması, rəsmi Tehranın ölkəmizin ərazi
bütövlüyünü dəstəkləməsi, enerji mübadiləsi və ticarət məsələ-
lərində irəliləyiş əldə olunması, İran ərazisi ilə Naxçıvana
gediş-gəlişin açılması həmin səylərin göstəricisidir. Butün
bunların müqabilində İran Azərbaycanı öz tərəfinə çəkərək,
ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ
189
anti-qərb düşərgəsinə qatmağa, Tehranın mövqelərini müdafiə
etməyə, bunlar mümkün olmayacağı təqdirdə isə tərəfsiz qala-
cağına qarantiya almağa çalışır. Ekspertlər belə qənaətdədirlər
ki, Azərbaycanın buna qarşılıq verməsi Qərblə, verməməsi isə
İranla münasibətlərində mənfi fəsadlar yaradacaqdır.
ABŞ-İran münasibətlərinin getdikcə kəskinləşməsinə bax-
mayaraq, Azərbaycan öz siyasətini dəyişmək və tərəfsizliyini
pozmaq niyyətində deyil. Prezident İlham Əliyev dəfələrlə
bəyan etmişdir ki, sülhsevər dövlət kimi, Azərbaycan bütün
dünya və region ölkələri ilə, o cümlədən də İranla qarşılıqlı
maraqlara cavab verən dostluq və əməkdaşlıq əlaqələrinin in-
kişafında maraqlıdır. İranla Azərbaycan arasında imzalanmış
dövlətlərarası müqavilədə hər iki dövlətin öz ərazisindən bir-
birinə qarşı istifadənin yolverilməzliyi ilə bağlı müddəanın
daxil edilməsi də bu məsələnin rəsmi Bakı tərəfindən ən yük-
sək səviyyədə bəyan olunması deməkdir və Azərbaycanın sə-
mimi, etibarlı və mehriban qonşuluq niyyətinin əyani göstəri-
cisidir. Azərbaycan həmişə sübut etmişdir ki, o hər hansı qonşu
və yaxud qeyri-qonşu dövlətin marağına toxunan addımlar at-
mır və bu sahədə imzalanmış bütün dövlətlərarası, beynəlxalq
anlaşmalara hörmətlə yanaşır. Digər tərəfdən, 2006-cı ildə
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-a səfəri zamanı bu
ölkə ilə ikitərəfli münasibətləri, tərəfdaşlıq siyasətini inkişaf
etdirmək istiqamətində müəyyən addımlar atarkən, ilk növbədə
İranın bu və ya digər rəyini, tələblərini deyil, öz ölkəsinin və
xalqının milli maraqlarını rəhbər tutmuşdur. Səfər zamanı
prezident İlham Əliyev, eyni zamanda Azərbaycan ərazisindən
İrana qarşı hər hansı hərbi əməliyyat keçirilməsinə və bütöv-
lükdə Cənub Qafqaz regionunun ABŞ-İran mübarizəsinin
“poliqonuna” çevrilməsinə imkan verilməyəcəyi haqqında açıq
bəyanat da səsləndirmişdir. Səfər ərəfəsində “Fiqaro” qəzetinə
ßËÈ ÙßÑßÍÎÂ
190
verdiyi müsahibəsində o bildirmişdi ki, “İranda sabitliyin po-
zulması bütün regiona öz təsirini göstərə bilər. Hesab edirik ki,
münaqişə diplomatik vasitələrlə, sülh və dialoq yolu ilə, xoş
məramla həll olunmalıdır. Azərbaycan bu ölkəyə qarşı hərbi
əməliyyatları dəstəkləməyəcək. Düşünürəm ki, Vaşinqton da
buna anlaşıqlı yanaşacaq”.
86
Beləliklə, göründüyü kimi Azərbaycan indiyə qədər həm
ABŞ və Avropa ilə, həm də İranla qrşılıqlı tərəfdaşlıq müna-
sibətləri qurmaq bacarığını ən kritik məqamlarda belə nümayiş
etdirə bilmişdir. Lakin, hərdən adı çəkilən hər üç düşərgəni
təmsil edən dövlət qurumları və rəsmilərinin Ermənistanın
regiondakı bu və ya digər addımlarını dəstəkləməsi, bu ölkənin
işğalçılıq və separatçılıq siyasətini müdafiə etməsi Azərbay-
canın haqlı narazılığına da səbəb olur.
Göründüyü kimi, Cənubi Qafqaz və Xəzər hövzəsinin
müasir mürəkkəb geosiyasi reallıqları çərçivəsində və dünya
siyasətinin qeyri-müəyyənliklərlə dolu hazırkı şəraitində Azər-
baycan ABŞ-İran münasibətlərinin xarakterindən asılı olmaya-
raq öz geostrateji mövqelərini və milli maraqlarını qorumağa
və bir qədər də möhkəmlətməyə nail olmuşdur. Qarşıdan gələn
illərdə eyni geosiyasi xəttin- regionda marağı olan Qərb döv-
lətləri, dünyanın aparıcı güc mərkəzləri ilə transmilli layihələ-
rin reallaşdırılması sahəsində tərəfdaşlıq əlaqələrini davam et-
dirməklə, həm də İran kimi böyük qonşu ölkələrlə tərəfdaşlıq
əlaqələrinin qurulması və davam etdirilməsi Azərbaycana sabit
inkişaf və perspektivli gələcək vəd edir. Siyasi və iqtisadi pers-
pektivdə ölkənin regional lider statusunun möhkəmlədirilməsi
də onun bundan sonra həyata keçirəcəyi geosiyasi xəttdən və
dünyanın ən əhəmiyyətli geoməkanlarından hesab olunan Av-
86
Bax: “Azərbaycan” qəzeti, 04 iyun 2006.
Dostları ilə paylaş: |