ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ
111
§ 2.2. Azərbaycan Respublikasının milli inkişaf
siyasətinin əsas prinsipləri, vəzifələri və tələbləri
Milli inkişafın bilavasitə dövlətin daxili ictimai-siyasi,
sosial-iqtisadi və beynəlxalq vəziyyəti ilə bağlı olduğunu nə-
zərə alsaq, müstəqilliyini bərpa etdiyi gündən Azərbaycanın
qarşısında dayanan əsas vəzifələrdən biri öz Milli İnkişaf Kon-
sepsiyasını və ona uyğun olaraq dövlətin praktiki fəaliyyət
strategiyasını yaratmaq, daxili-xarici siyasətini, onun istiqa-
mətlərini, prioritetlərini və hədəflərini müəyyənləşdirmək, mil-
li dövlət quruculuğu prosesinin həyata keçirilməsi mexanizm-
lərini formalaşdırmaq və təmin etməkdən ibarət idi.
Azərbaycanın milli inkişaf siyasətinin konseptual əsasla-
rını, başlıca prinsiplərini, strateji vəzifə və tələblərini də müs-
təqil dövlətin qurucusu Heydər Əliyev müəyyənləşdirmiş,
1993-2003-cü illərdə dönmədən həyata keçirmişdir. Onları
aşağıdakı kimi qruplaşdırmaq olar:
Güclü dövlət və səmərəli
dövlət idarəçiliyi
Siyasətşünaslıq elmində milli inkişafın əsas tələblərindən
biri güclü dövlətin qurulması, müvafiq ölçüləri ilə onun iqtisa-
di, siyasi, sosial-mənəvi əsaslarının yaradılması, ölkənin siyasi
sisteminin və dövlət idarəçiliyinin səmərəli və ahəngdar işinin
təmin edilməsi hesab olunur.
Mütəxəssislər hesab edir ki, Heydər Əliyevin milli inkişaf
siyasətində güclü dövlət prinsipi həmişə önəmli yer tutmuşdur.
Onun dövlət quruculuğundakı əsas xidmətlərindən biri məhz
ölkənin bütün sağlam qüvvələrini, əksər vətəndaşları, ictimai-
siyasi dairələri səfərbər edərək güclü dövlət strukturu yaratma-
sında, müstəqilliyin, daxili ictimai-siyasi sabitliyin real təmi-
natçısı ola biləcək dinamik dövlət maşını qurmasında idi.
ßËÈ ÙßÑßÍÎÂ
112
Səmərəli və güclü dövlət, səmərəli dövlət idarəçiliyi an-
layışını – siyasi ədəbiyyatda təkmil mərkəzi və yerli idarəetmə
mexanizmi, sabit ictimai-siyasi həyatı, işlək və hamı tərəfindən
əməl olunan qanunları, ədalətli cəmiyyəti olan, insanların eti-
madını qazanan, ehtiyaclarını dəyərləndirən, qabiliyyətinə görə
hər kəsi ictimai-siyasi, iqtisadi və mədəni proseslərə cəlb edən,
milli və vətəndaş birliyinə söykənərək, siyasi-hüquqi idarəçilik
institutu funksiyasını yerinə yetirən ölkələrə aid edirlər.
Bundan başqa, müasir dövrün tələbləri çərçivəsində güclü
və səmərəli dövlət həm də azad, ədalətli, demokratik dəyərlərin
bərqərar olduğu, siyasi plüralizm və siyasi fəaliyyət azadlığının
hökm sürdüyü, bütün vətəndaş hüquqlarının dolğun təmin
edildiyi cəmiyyətlərə şamil edilir.
Azərbaycanda Heydər Əliyevin formalaşdırdığı milli inki-
şaf siyasətinin əsas prinsiplərindən sayılan sabit və güclü mər-
kəzi dövlət idarəetmə sisteminin qurulması, həm də yuxarıda
sadalanan əksər vəzifə və tələblərə əməl edilməsini nəzərdə tu-
turdu. Bundan başqa, güclü dövlət və səmərəli dövlət idarəçi-
liyi ölkənin vahid mərkəzdən idarə edilməsini, mərkəzi icra ha-
kimiyyəti orqanları ilə regional və yerli idarəçilik strukturları
arasında möhkəm rabitənin yaradılmasını da ehtiva edirdi.
İctimai-siyasi sabitliyin
yaradılması və qorunması
Azərbaycanın milli inkişafının mühüm şərtlərindən və
amillərindən biri kimi, Heydər Əliyev daxili ictimai-siyasi sa-
bitliyin yaradılması, davamlı olaraq təmin edilməsi və qorun-
ması vəzifəsini irəli sürürdü. Heydər Əliyev daim vurğulayırdı
ki, ictimai-siyasi həyatı sabit, iqtisadiyyatı güclü və vətəndaş
birliyi olan dövlətlər hər şeyə qadirdir.
39
39 Bax: Əliyev. H.Ə. Müstəqilliyimiz əbədidir... http://heydaraliyev.preslib.az
ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ
113
Dünya siyasətşünasları dövlətin həyatında ictimai-siyasi
sabitliyi milli inkişafın ən vacib daxili vəzifəsi hesab edir və
cəmiyyətlərin sağlam həyat tərzini, ictimai həyat normalarının
dönməzliyini, sabit idarəçiliyi, qanunçuluğu, vətəndaş birliyi
və milli həmrəyliyi, ölkənin regional geosiyasi və beynəlxalq
təhlükəsizlik vəzifələrinin dolğun və davamlı təminatını məhz
dövlətin daxili ictimai-siyasi həyatının sabitliyi və iqtisadiyya-
tının dinamik inkişafı ilə əlaqələndirirlər.
Heydər Əliyev 1993-cü ildən etibarən Azərbaycanda döv-
lət quruculuğu sahəsində həyata keçirdiyi bütün tədbirlərdə ilk
növbədə daxili ictimai-siyasi sabitliyin qorunması, milli-və-
təndaş birliyinin və iqtisadi inkişafın təmin edilməsi vəzifələ-
rini irəli sürür, dövlətin zəruri ehtiyaclarının və əhalinin sosial-
iqtisadi tələbatının ödənilməsi kimi məsələləri daim diqqətdə
saxlayırdı.
İctimai-siyasi sabitliyin yolu o dövrdə Azərbaycanda güc-
lü dövlət, sosial ədələt və milli həmrəyliyə söykənən daxili
siyasətin yürüdülməsindən, milli inkişaf maraqlarının bütün
ictimai-siyasi dairələrin, milli-etnik qrupların düşüncəsinə ha-
kim kəsilməsindən keçirdi. Odur ki, Heydər Əliyev ölkədə
sosial ədalətin yaradılmasını, hər bir vətəndaş üçün bərabər hü-
quq və azadlıqların tanınmasını, hüquqi normalar və qanunçu-
luğun möhkəmləndirilməsini, ölkədaxili mənfi hallarla ciddi
mübarizə aparılmasını, demokratiya və siyasi plüralizm prin-
siplərinin cəmiyyətdə geniş tətbiq edilməsini, dövlət idarəçi-
liyinin, hakimiyyətin fəaliyyətinin şəffaflaşdırılması və möh-
kəm ümumxalq hakimiyyətinin formalaşdırılmasını Azərbay-
canın daxili ictimai-siyasi həyatının əsas prinsipləri kimi elan
edərək, onlara dönmədən əməl olunmasını tələb edirdi.
Dostları ilə paylaş: |