ßËÈ ÙßÑßÍÎÂ
114
Çevik iqtisadi siyasətin yürüdülməsi və iqtisadi
inkişafa nail olunması
Dünyada hər bir ölkənin əsas göstəricisi və gücü ilk növ-
bədə onun iqtisadi vəziyyəti ilə ölçülür. Müasir iqtisadçılar iq-
tisadi inkişafın ən təkmil forması, dinamik və davamlı inkişafa
ən çox şərait yaradan modeli kimi azad sahibkarlığa söykənən
bazar iqtisadiyyatı modelini qəbul edirlər.
Heydər Əliyev hakimiyyəti dövründə Azərbaycanın iqti-
sadi inkişaf siyasətinin əsas vəzifələri və prinsipləri müəyyən
edildi və dönmədən həyata keçirilməyə başlandı. Bu prinsiplər
birincisi, milli inkişaf resurslarının və mövcud iqtisadi imkan-
ların düzgün dəyərləndirilməsi, səfərbər və idarə edilməsini,
ikincisi ölkədə azad sahibkarlığın formalaşması, bazar iqtisa-
diyyatı mexanizmlərinin yaradılması və inkişafını, üçüncüsü
isə qabaqcıl dünya iqtisadiyyatına inteqrasiya xəttinin dönmə-
dən həyata keçirilməsini nəzərdə tuturdu.
Prezident Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ildən
Azərbaycanda başlanmış milli inkişaf resurslarının səfərbər
edilməsi və inkişafa yönəldilməsi, sahibkarlığın, mülkiyyət
çoxnövlüyünün və müxtəlifliyinin dəstəklənməsi, liberal bazar
iqtisadiyyatı istiqamətində iqtisadi və sosial islahatların həyata
keçirilməsi, Avropanın qabaqcıl və inkişaf etmiş ölkələri ilə
hərtərəfli iqtisadi əməkdaşlıq və tərəfdaşlıq xəttinin yürüdül-
məsi bir tərəfdən ölkənin dinamik və davamlı inkişafının əsa-
sını qoydu, digər tərəfdənsə onun gələcəyi ilə bağlı dünyada
nikbin ovqat yaradaraq, beynəlxalq aləmlə iqtisadi inteqra-
siyasını sürətləndirdi.
Vətəndaş birliyi və cəmiyyətin bölünməzliyi prinsipi
Dünya siyasət elmində dövlətin gücü və qüdrəti təkcə
onun əhalisinin sayı, iqtisadi, hərbi gücü, böyük və kiçik əra-
ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ
115
ziyə, təkmil və səmərəli dövlət hakimiyyətinə malik olması,
yaxud özünü sosial-iqtisadi cəhətdən təmin etməsi, xarici
aləmdən minimal asılılığı və s. ilə deyil, həm də ölkədaxili
milli-vətəndaş birliyinin vəziyyəti, ölkənin ərazisində yaşayan
əhalinin milli, dini və sosial mənsubiyyəti, vətəndaşların döv-
lətçiliyə bağlılıq dərəcəsi, dövlətçilik təfəkkürünün səviyyəsi,
dövlətin idarə olunmasında, ölkənin iqtisadi, sosial, mədəni
həyatındakı iştirakı, idarə edənlərlə idarə olunanların, dövlət
qurumları ilə xalqın yekdilliyi ilə ölçülür. Bu anlamda hər bir
dövlətin xarici və daxili təhlükələrə qarşı müqaviməti, ictimai-
siyasi həyatının dayanıqlılığı və yekdilliyi həm də vətəndaşlar
arasındakı bağlılıqdan, vətəndaşlarla dövlət arasındakı birliyin
vəziyyətindən asılıdır.
Təcrübə göstərir ki, o ölkələrdə ki, vahid vətəndaşlıq prin-
sipi üzrə milli-etnik, dini və sosial ayrı-seçkiliyə yol verilmir,
ölkə vətəndaşlarının sosial, dini, milli ehtiyacları maksimum
dərəcədə təmin edilir, milli-mənəvi dəyərləri qorunur - orada
ictimai-siyasi həyat sabit, vətəndaş birliyi möhkəm olur, daxili
həyatda milli-etnik, dini qruplar arasında sülh və tolerantlıq
hökm sürür. Əksər inkişaf etmiş dünya ölkələrində bu sahədə
həyata keçirilən mütərəqqi milli, sosial siyasət və praktiki fəa-
liyyət həmin ölkələrin milli inkişafının və dövlət strategiya-
sının vacib daxili elementi hesab olunur. Çünki ölkədaxili milli
və sosial birliyin yaradılması, vətəndaş sülhünə nail olunması,
əsassız siyasi, etnik, sosial qarşıdurmalar nəticəsində yaranan
gərgin daxili sosial-siyasi vəziyyətin aradan qaldırılması ölkə-
nin həm qüdrətini, həm də xarici geosiyasi müdaxiləlilərə qarşı
müqavimət gücünü artırır.
1990-cı illərin əvvəllərində Azərbaycan cəmiyyətində ya-
ranan ciddi milli, dini və vətəndaş qarşıdurması göstərdi ki, və-
təndaş birliyinin qorunması və davamlı təmin olunması ölkənin
strateji inkişaf və təhlükəsizlik siyasətinin ən əsas tələblərindən
biridir. O dövrdə Azərbaycanda yaşayan müxtəlix xalqlar və
ßËÈ ÙßÑßÍÎÂ
116
etnik qruplar, sosial-dini təbəqələr, dövlət idarəçilik sistemində
işləyən məmurlar, milli elita və sadə vətəndaşlar, ictimai-siyasi
dairələr, hakimiyyət uğrunda mübarizə aparan qüvvələr arasın-
da etnik, siyasi və digər xarakterli qarşıdurma halları yaranmış-
dı. Bu da bilavasitə ölkənin milli inkişafını sarsıtmağa xidmət
edirdi. Ən təhlükəlisi isə ondan ibarət idi ki, hakimiyyətə id-
dialı olan bəzi dairələr bilərəkdən, yaxud anlamadan milli inki-
şaf maraqları fonunda deyil, öz şəxsi siyasi iddiaları çərçivə-
sində hərəkət edərək, hakimiyyətə gəlmək yolunda ictimai-si-
yasi və milli-etnik qarşıdurmalardan bəhrələnirdilər. Bu da mü-
vafiq olaraq, Azərbaycanın milli maraqlarını ayrı-ayrı siyasi
düşərgələr arasında parçalayıb, xüsusi təhlükəli vəziyyət ya-
radırdı.
Həmin dövrdə siyasi sükan arxasına keçən Heydər Əliye-
vin ilk müraciətlərindən biri: “Azərbaycan on illərlə, yüz illərlə
bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan
sonra da Vətəni olmalıdır. Respublikanın ərazisində yaşayan
hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyə-
tindən asılı olmayaraq, eyni hüquqa malik olmalı... bütün de-
mokratik prinsiplər, insan hüquqlarının müdafiəsi, siyasi plüra-
lizm, söz azadlığı, vicdan azadlığı, dini etiqad azadlığı, milli-
dini mənsubiyyətindən asılı olmayaraq vətəndaşların hüquqi
bərabərliyi təmin edilməlidir”- çağırışı oldu.
40
Heydər Əliyev milli və vətəndaş birliyi ideyasının reallaş-
dırılması və qorunmasını, mili adət-ənənələrin, tarixi və mənə-
vi dəyərlərin yaşadılmasını, ümumbəşəri dəyərlərlə zənginləş-
dirilməsini respublikada vahid milli kurs kimi həm dövlət or-
qanlarından, həm də siyasi, ictimai, elmi və geniş ziyalı insti-
tutlarından tələb edirdi. Odur ki, həm vətəndaş birliyi ideyası,
həm də ölkənin insan ehtiyatlarından düzgün istifadə olunması,
hər bir vətəndaşın özünü dövlətinə və dövlətçiliyinə bağlı
40
Bax: Əliyev. H.Ə. Müstəqilliyimiz əbədidir... http://heydaraliyev.preslib.az
Dostları ilə paylaş: |