ßËÈ ÙßÑßÍÎÂ
124
əhəmiyyətli və perspektivli ölkəsi hesab edirlər. Mütə-
xəssislərin fikrinə görə, geosiyasi xarakteristikanın
əsas dəyər ölçüləri kimi çıxış edən həmin amillər öl-
kənin həm beynəlxalq aləm üçün tərəfdaşlıq dəyərini,
həm də bugünkü dinamik inkişafını şərtləndirmişdir.
Digər geosiyasi xarakteristikasına - ərazisinin ölçülərinə,
sərhədlərinin vəziyyəti və qonşularla münasibətlərinə, maddi
və mənəvi resurslarından yararlanma əmsalı və s. görə də
Azərbaycan Cənubi Qafqazın ən böyük və ən perspektivli döv-
ləti hesab olunur. Ərazisinin təbii və coğrafi resurslarına onun:
- 86,6 min kvadrat km. quru və 80 min kvadrat km.
Xəzər dənizindəki milli sektoru;
- Avropa və Asiyanı birləşdirən əlverişli coğrafi, geo-
siyasi və geoiqtisadi vəziyyəti;
- avtomobil, dəmir yolu və su nəqliyyatı vasitəsilə
Rusiya, Türkiyə, İran, Gürcüstan, Ermənistan, Orta
Asiya və Qara dəniz bölgəsi ölkələri ilə nəqliyyat-
kommunikasyia xətləri və s. daxildir.
Ölkənin geosiyasi dəyərinin artmasına və xarici ölkələrlə
münasibətlərinin qurulmasına müsbət təsir göstərən əsas
amillərdən biri onun əhəmiyyətli geosiyasi və coğrafi məkanda
yerləşməsi hesab olunur. Ölkə dünyanın ən əhəmiyyətli
regionlarından hesab olunan Avrasiyanın ortasında yerləşir,
Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda gedən əsas
proseslərin və transmilli maraqların mərkəzində dayanır.
- Azərbaycan Gürcüstanla birlikdə, Xəzər-Qara dəniz-
ləri arasındakı mühüm əhəmiyyətli
Kontinental geosiyasi məkanının;
- Türkmənistan və Qazaxıstanla birlikdə Avropa-
Cənub-Şərqi Asiyanın;
- Rusiya və İranla birlikdə Şimal-Cənub dəhlizinin;
- Şərqlə-Qərb arasındakı əksər transmilli nəqliyyat-
kommunikasiya layihələrinin;
ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ
125
- NATO və KTMT kimi hərbi-strateji bloklaşmaların
təmas xəttində yerləşir, həm Avropanın, həm Asiya-
nın, həm də bəhs olunan sahələr üzrə Xəzər-Qara
dəniz hövzəsi və Cənubi Qafqazın regional maraqlar
mübarizəsində önəmli vəsilə kimi çıxış edir.
Mütəxəssislərin fikrinə görə, Xəzərətrafı ölkələr içərisində
ən əhəmiyyətli geosiyasi, geoiqtisadi və hərbi-geostrateji möv-
qe məhz Azərbaycana məxsusdur. Düzdür, tədqiqatçılar re-
gional əhatə dairəsi və bölgənin geosiyasi mühiti ilə bağlı bəzi
məqamları nəzərə alaraq (Ermənistan, İran və Rusiyanın müəy-
yən məsələlərdə Azərbaycanla üst-üstə düşməyən maraqları və
s. - Ə.H.) onun tam müstəqil siyasət yürütmək və beynəlxalq
aləmlə milli maraqlara uyğun sərbəst hərəkət etmək imkanını
qismən məhdud hesab edir və bu fonda Cənubi Qafqazda, ətraf
ßËÈ ÙßÑßÍÎÂ
126
regionlarda mövcud olan münaqişələrin bölgə dövlətləri ara-
sında ən çox Azərbaycana mənfi təsir göstərdiyini və onun
müstəqil siyasət kursunu təhdid edəcəyini proqnozlaşdırırlar.
Onların fikrinə görə, milli və regional təhlükəsizlik, regional
və beynəlxalq inteqrasiya və s. geosiyasi, geoiqtisadi və geo-
strateji məsələlərdə Azərbaycanın həm bölgə, həm də dünya
ölkələri ilə üst-üstə düşən və düşməyən maraqları, fərqli fəa-
liyyət istiqamətləri mövcuddur ki, bu da rəsmi Bakının gələcək
geosiyasi qərarlarına təsirsiz ötüşməyəcəkdir. Lakin nəzərə al-
maq lazımdır ki, qloballaşma dövrünün müasir çağırışları fo-
nunda bütün ölkələr, o cümlədən dünyanın aparıcı dövlətləri
qlobal və regional çərçivədə, müəyyən proseslərin və hadisələ-
rin təsiri altında, habelə qarşılıqlı maraqlar kontekstində tez-tez
öz siyasətlərinə müəyyən düzəlişlər edirlər. Təbii olaraq, Azər-
baycan da öz milli maraqlarının təmin edilməsinə istiqamət-
lənmiş siyasi kursuna, əlverişli coğrafi mövqeyinə və kəsb
etdiyi transmilli geosiyasi əhəmiyyətinə uyğun olaraq bu və ya
digər gedişlər edir və bundan sonra da edəcəkdir.
Geoiqtisadi dəyərinə görə Prezident Heydər Əliyevin
1994-cü ildə əsasını qoyduğu yeni neft strategiyası və digər
transmilli enerji-nəqliyyat-kommunikasiya layihələrin həyata
keçirilməsi, sözün həqiqi mənasında, Azərbaycanı geoiqtisadi
cəhətdən dünyanın aparıcı dövlətləri və şirkətləri üçün cəlb-
edici tərəfdaş etmişdir. Ölkənin əlverişli geoiqtisadi dəyəri
həm də yalnız neft-qaz sektoru ilə məhdudlaşmamış, keçən il-
lərdə yürüdülən düzgün iqtisadi inkişaf strategiyası ümumi-
likdə Azərbaycanı Avrasiyanın iqtisadi, siyasi və sosial-mə-
nəvi cəhətdən dinamik inkişaf edən bir ölkəsinə, dövlətlərarası
əlaqələrdə ciddi geosiyasi aktora çevrilmişdir. Bununla yanaşı,
Azərbaycan həm də hövzənin neft-qaz resurslarından istifadə-
nin düzgün strategiyasını müəyyənləşdirməklə, beynəlxalq alə-
min daim artan enerji ehtiyacı ilə ölkənin milli maraqlarını
uzlaşdırmaqla və bu əsasda etibarlı tərəfdaş kimi tanınmaqla,
ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ
127
milli iqtisadi və maliyyə dividendlərini gücləndirməklə bey-
nəlxalq dəyərini artırmış və xarici aləmlə münasibətlərini in-
tensivləşdirmək imkanı qazandırmışdır. Bu amilə təkcə təbii
resurs mənbəyi və geoiqtisadi anlamında yanaşmaq düzgün
olmazdı. Ölkənin bəhs olunan üstünlüklərindən, xüsusən də
neft və qaz amilindən bacarıqla istifadə etməklə, müasir dün-
yanın aparıcı dövlətləri və güc mərkəzlərinin diqqətini özünün
digər milli problemlərinə cəlb etməsi Azərbaycanın müasir
dövrdə əsas milli geosiyasi vəzifələrindən biri hesab olunur.
Bu üstünlüyün və imicin qorunması və düzgün istifadə olun-
ması gələcəkdə də Azərbaycanın geosiyasi addımlarının və
vəzifələrinin əsas müvəffəqiyyətini təşkil etməlidir.
Hazırda Azərbaycan Xəzər dənizinin digər sahilində yer-
ləşən Qazaxıstan və Türkmənistanla birlikdə üçüncü minillikdə
Avropanın artan enerji tələbatının ödənilməsi və dünyada
enerji təhlükəsizliyinin təminatı sahəsində “ən əlverişli, ümid-
verici və etibarlı alternativ tərəfdaş” hesab olunur. Dünyanın
alternativ enerji mənbəyi hesab olunan Xəzər regionunda neft-
qaz istehsalı ilə bağlı əsas risklərdən biri hasil olunan məhsu-
lun dünya bazarlarına təhlükəsiz və sərbəst marşrutlarla çıxa-
rılması ilə bağlıdır. Bu anlamda Azərbaycan özünün və tərəf-
daşlarının hasil etdiyi neft-qaz məhsullarının xarici bazarlara
çıxarılması, ixrac marşrutlarının şaxələndirilməsi (diversifika-
siyası) məsələsində Xəzər ölkələri içərisində həm Qazaxıs-
tandan, həm də Türkmənistandan əlverişli vəziyyətdədir. On-
larla müqayisədə Azərbaycanın enerji ixracı riskləri çox aşağı
səviyyədədir. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandıqdan
sonra Azərbaycan bölgənin karbohidrogen ehtiyatlarının alter-
nativ yolla Avropaya nəqli marşrutunu müəyyənləşdirərək,
planetar əhəmiyyətli, eyni zamanda çox məsuliyyətli və uzaq-
ğörən strateji seçim etdi. Nəticədə Xəzərin neft və qaz ehti-
yatlarının alternativ və müstəqil yolla Avropa ölkələrinə çat-
dırılmasının yeni marşrutunu dövriyyəyə buraxdı. Bu marşrut
Dostları ilə paylaş: |