ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ
131
nın dövlət müstəqilliyini qoruyub saxlamaq, onu sabit inkişaf
yoluna çıxarmaq, milli iradəyə əsaslanan müstəqil subyekt
kimi beynəlxalq aləmlə sıx inteqrasiyasını təmin etmək müm-
kün olmuşdur. Bununla yanaşı, etiraf olunmalıdır ki, hər bir
dövlət ilkin mərhələdə xarici təhlükələrdən qorunmaq sahəsin-
də özünümüdafiə sistemini dərhal formalaşdıra bilmir, müx-
təlif təzyiq və təhdidlərə qarşı sinə gərmək məcburiyyətində
qalır. Bu mənada Azərbaycan daha uğurlu siyasət həyata keçi-
rərək, müstəqilliyinin ilk dövründə ayrı-ayrı güc mərkəzləri
arasında balans yaratmağa, minimum güzəştlər hesabına mak-
simum dividendlər əldə etməyə, prinsipial məsələlərdə öz
mövqeyini qoruyub saxlamağa və inkişaf etdirməyə nail ol-
muşdur. Nəticədə, dövlət həm özünün neft strategiyasını uğur-
la reallaşdırmağı bacarmış, həm də gələcək sürətli inkişafının
möhkəm bazasını yaratmışdır.
2003-2013-cü illəri əhatə edən ikinci onillikdə Azərbay-
can oturuşmuş liberal iqtisadiyyata və böyük maliyyə resurs-
larına, güclü orduya malik, özünü tam təmin edən, heç kimdən
asılı olmayan, sözünü cəsarətlə deyən, mövqeyinə və rəyinə
hörmətlə yanaşılan və milli maraqlara əsaslanaraq tam müs-
təqil siyasət yürüdən ölkəyə çevrilimişdir. Məhz buna görə də
bu gün Azərbaycan ciddi geosiyasi faktor kimi postsovet mə-
kanının, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın müasir
geosiyasi, geoiqtisadi və hərbi-geostrateji xarakteristikasının
müəyyənləşdirilməsinə mühüm təsir göstərir, habelə BMT,
ATƏT, Avropa Şurası, İKT, Qoşulmama Hərəkatının fəal üzvü
olaraq, eyni zamanda dünyanın güc mərkəzləri ilə yaxından
əməkdaşlıq edərək qlobal siyasətdə özünün iştirak imkanlarını
getdikcə genişləndirir.
Azərbaycan Cənubi Qafqaz və keçmiş postsovet məkanın-
da ümumi iqtisadi potensialına görə də xarici aləmin diqqətini
çəkir. Hazırda Cənubi Qafqazda, Avrasiya məkanında və dün-
yada Azərbaycanın mövcud və perspektiv geoiqtisadi poten-
ßËÈ ÙßÑßÍÎÂ
132
sialı - iqtisadi inkişaf resursları, malik olduğu maddi və insan
ehtiyatları, bu sahələrdə ölkə rəhbərliyinin yürütdüyü praq-
matik siyasət yüksək qiymətləndirilir. Cəmi 9 milyondan bir az
çox əhalisi olmasına baxmayaraq, zəngin təbii, xüsusən, enerji
və karbohidrogen ehtiyatlarına, əlverişli iqlim və münbit tor-
pağa, turizm imkanlarına, kənd təsərrüfatı və sənaye infra-
strukturlarına və işlək əhaliyə malik olması onun iqtisadi pers-
pektivlərini xüsusi cəlbedici edir.
Mütəxəssislərin fikrinə görə, region ölkələri içərisində öz
geosiyasətini və geoiqtisadiyyatını, beynəlxalq əlaqələrini,
reallaşdırdığı daxili və xarici layihələri və s. Xəzər dənizinin
karbohidrogen məhsullarının istehsalı və satışı ilə ən sıx əla-
qələndirən ölkə məhz Azərbaycandır. Azərbaycanın iqtisadi
inkişafının əsasında da məhz xarici şirkətlərlə Xəzər dənizində
müştərək kəşf və istehsal etdiyi neft-qaz ehtiyatlarının sərbəst
istifadəsi amili dayanır. Bu strateji məhsul ölkənin dinamik
daxili iqtisadi, sosial və mənəvi inkişafını şərtləndirməklə bə-
rabər, həm də onu dünya geosiyasətində, xüsusən Avropa ener-
ji sektorunda mühüm bir amilə çevirmiş və geoiqtisadi tərəf-
daşlıq dəyərini yüksəltmişdir. Hazırda ölkənin təsdiq olunmuş
karbohidrogen ehtiyatları 4.6 milyard ton şərti yanacaq təşkil
edir. Bunun 2 milyard tonu neft, 2,6 trln. kub metri isə (ümu-
milikdə ehtimal edilən karbohidrogen ehtiyatları isə 10 milyard
ton şərti yanacaq) təbii qaz təşkil edir. Təkcə “Şahdəniz” ya-
tağının ehtiyatı 1,2 trln. kubmetr, 2010-cu ildə kəşf olunmuş
“Ümid” qaz yatağının ehtiyatı 250-300 mlrd. kubmetr, 2011-ci
ildə kəşf olunmuş “Abşeron” yatağının ehtiyatı isə 350 mlrd.
kub metrdən artıq qaz-kondensat miqdarında qiymətləndirilir.
Müstəqillik illərində neft sektoruna 48 milyarddan çox ABŞ
dolları miqdarında xarici sərmayə qoyulmuş, 61 yeni neft
yatağı istismara verilmiş və yaxud yararlı vəziyyətə gəti-
rilmışdir.
47
47
Bax: “İki sahil” qəzeti, 20 sentyabr 2013-cü il, xüsusi buraxılış
ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ
133
Hələ 2000-ci ilin əvvəllərində mütəxəssislər 2010-cu ildən
etibarən Azərbaycanın Xəzərdə ildə təxminən 55 milyon ton
neft və 20 milyard kub metr qaz çıxarmaq imkanı olacağını
proqnozlaşdırırdılar. Dünya mütəxəssislərinin hesablamalarına
və proqnozlarina görə, XXI əsrdə Azərbaycan dünyanın enerji
məhsullarına artan tələbatının nəzərəçarpacaq hissəsini (ildə
təxminən 40-50 milyon ton neft və 25-30 milyard kub metr
qaz) verəcəkdir. Artıq 2006-cı ildə neft və qaz hasilatının
həcmi bu proqnozların əsassız olmadığını təsdiq etdi. Dövlət
Neft Şirkətinin rəsmi məlumatına əsasən, keçən illər üzrə
Azərbaycanın neft və qaz hasilatının dinamikası aşağıdakı kimi
olmuşdur.
48
2006
2007
2008
2009
2010
2011 2012 2013
Neft
(mln. ton)
32.273 42.604 44.527 50.419 53.050 45.625 43.390 43.484
Qaz (mld.
kub.m.)
9.044 16.964 23.405 23.681 29.100 25.753 26.909 29.456
Göründüyü kimi, 2010-cu ildə Azərbaycanda həm neft,
həm də qaz hasilatının həcmi ilə bağlı proqnozlar özünü
doğrultmuşdur. Ölkədə 53 milyon tondan artıq neft, 29 milyard
kubmetrdən artıq isə təbii qaz istehsal edilmişdir. Xəzər dəni-
zində 2010-cu ildə ən çox neft və qaz Azərbaycana məxsus
milli sektordan çıxarılmışdır. Sonrakı illərdə karbohidrogen
ehtiyatların hasilatına korrektələr edilmiş, mövcud tələbat nə-
zərə alınaraq neft hasilatı stabil olaraq 43-45 milyon ton həc-
mində saxlanılmış, əsas diqqət isə qaz hasilatı sahəsində yeni
layihələrin həyata keçirilməsinə yönəldilmişdir. Yaxın bir neçə
ildə “Şahdəniz -2” layihəsinin reallaşdırılması nəticəsində bu
yataqdan hasil olunacaq qazın həcminin 9 milyard kubmetrdən
48
Bax: http://www.socar.az
Dostları ilə paylaş: |