Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə39/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

120 


Transmilli şirkətlər və onların arxasında duran fövqəldövlətlər 

kiçik ölkələrin milli inkişaf yolunu və maraqlarını, milli-mə-

nəvi dəyərlərini qorumasını və digər addımlarını çox qısqanc-

lıqla qarşılayırlar. Heydər  Əliyev bu reallıqları  nəzərə alaraq 

bir tərəfdən, azərbaycançılıq ideologiyasını ümumbəşəri də-

yərlər fonunda formalaşdırır, digər tərəfdən isə dövlət qurucu-

luğu proseslərində xarici təsirləri milli ideologiya süzgəcindən 

keçirirdi. 

 

Balanslı xarici siyasət və tarazlı daxili inkişaf  

 

Mütəxəssislər hesab edir ki, Heydər Əliyevin milli inkişaf 



siyasətində  əsaslandığı  və keçid dövrü üçün dövlət quruculu-

ğunda nəzərə aılnmasını tələb etdiyi əsas vəzifələrdən biri ba-

lanslı xarici siyasət və tarazlı daxili inkişaf prinsipi idi. Məhz 

onun hakimiyyəti illərində Azərbaycanın xarici aləm üçün 

kəsb etdiyi maraqlar dairəsi, geosiyasi, geoiqtisadi və  hərbi-

geostrateji əhəmiyyəti elmi-siyasi cəhətdən öyrənildi və dəyər-

ləndirildi, beynəlxalq aləmin Cənubi Qafqazda, Xəzər regio-

nunda və Azərbaycanda üst-üstə düşən, kəsişən maraqlar dai-

rəsi müəyyənləşdirildi, dövlətlərarası münasibətlərin və  təhlü-

kəsizlik mühitinin vəziyyəti, tələbləri, prinsipləri, beynəlxalq 

hüququn təsir gücü və dairəsi, dünyanın böyük dövlətlərinin, 

regionun aparıcı ölkələrinin və beynəlxalq təşkilatların Cənubi 

Qafqaz və Azərbaycanla bağlı yürütdüyü siyasət, yarana bilə-

cək təhlükələr və s. məsələlər praqmatik formada təhlil edildi 

və balanslı xarici siyasət kursu formalaşdırıldı.

44

 



                                                 

44

 Daha  ətraflı materiallara bax: Həsənov  Ə.M. Heydər  Əliyev və Azərbay-



canın milli təhlükəsizlik siyasəti: əsas məqsədi, vəzifələri və icra mexanizmləri 

//Heydər Əliyev və inkişafın Azərbaycan modeli. Bakı, 2010, s.32-48 




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 121


1993-cü il oktyabr ayının 10-da Prezident seçilməsi ilə 

bağlı keçirilən rəsmi andiçmə mərasimindəki çıxışında Heydər 

Əliyev qeyd edirdi ki, "respublikamızın qarşısında duran əsas 

vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında 

müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yürüdülmə-

sidir... Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın 

dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Bunun 

üçün dünyanın bütün dövlətləri ilə  bərabərhüquqlu, qarşılıqlı 

faydalı əlaqələr yaratmalı və inkişaf etdirməliyik, bu əlaqələr-

dən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini 

möhkəmlətmək üçün, həm də respublikanın iqtisadiyyatını, 

elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə 

etməliyik".

45

 



Azərbaycan dövləti Heydər  Əliyevin rəhbərliyi altında 

1993-cü ildən başlayaraq, müstəqil dövlət kimi dünya siste-

mindəki məxsusi yerini, beynəlxalq münasibətlər sahəsində 

təmsilçiliyinin strateji məqsədlərini və taktiki vəzifələrini, 

xarici aləmlə əlaqələrinin, xarici təhlükəsizlik siyasətinin kon-

turlarını, prioritetlərini müəyyən etdi və özünün tarazlaşdırıl-

mış xarici siyasət kursunun taktikasını müəyyənləşdirdi.  

 Heydər  Əliyev, Azərbaycanın daxili ictimai-siyasi, iqti-

sadi, mənəvi, milli-etnik və dini həyatının tarazlı inkişaf mode-

lini yaratmaqla yanaşı, həm də həlli prinsiplərini ortaya qoydu. 

Mütəxəssislərin fikrinə görə, Heydər  Əliyev ölkə daxilində 

ümumi ahəngi pozmadan, etik-milli və milli-siyasi aspektlər 

arasında optimal nisbəti nəzərə almaqla, dövlətin təkamül yolu 

ilə inkişafına ciddi zəmin yaratdı və dövlətçilik probleminin ən 

əlverişli həlli yolunu ortaya qoydu.

 46 


                                                 

45

Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. I kitab. Bakı, 1997, s. 16 



46

 Bax: Xəlilov S.S. Heydər Əliyevin dövlət quruculuğu fəlsəfəsi..s.576-580. 




 

ßËÈ ÙßÑßÍΠ

 

122 


 Heydər  Əliyev həm Azərbaycanın dövlət idarəçiliyinin 

qurulmasında, ölkədaxili ictimai-siyasi və milli-vətəndaş 

birliyinin yaradılmasında, sabitlik və qanunçuluğun bərqərar 

olmasında, iqtisadi, sosial, mədəni və s. islahatların aparılma-

sında tarazlı inkişafın, həm də respublikanı əhatə edən region 

və dünya dövlətləri ilə qarşılıqlı-faydalı münasibətlərin yaran-

masında balanslı siyasətin pozulmasına heç zaman yol vermə-

dən, Azərbaycanın fərqli daxili və xarici maraqlar müstəvi-

sində öz müvazinətini lazımi səviyyədə qoruyub saxlanmasını 

təmin etmişdir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 123


 

 

 

 

 

lll FƏSIL 

AZƏRBAYCAN RESPUBLİKASININ MÜASİR 

GEOSİYASİ İNKİŞAF XÜSUSİYYƏTLƏRİ: 

GEOSİYASİ STATUSU, VƏZİFƏLƏRİ VƏ 

PERSPEKTİVLƏRİ  

  



§ 3.1. Azərbaycan Respublikasının inkişaf xüsusiyyətləri, 

əsas geosiyasi vəzifələri və perspektivləri 

 

Postsovet məkanının, Xəzər-Qara dəniz hövzəsi və Cənu-



bi Qafqazın müasir geosiyasi xarakteristikasını, region ölkələ-

rinin inkişaf tendensiyalarını  və perspektivlərini qiymətlən-

dirən əksər ekspertlər: 

-  əlverişli coğrafi, geosiyasi, geoiqtisadi, hərbi-geostra-

teji mövqelərini; 



-  yürütdüyü müstəqil daxili və xarici siyasətini

-  zəngin təbii ehtiyatlarını, maddi, mənəvi, əmək və in-

san resurslarını, 



-  Şərq-Qərb alternativ nəqliyyat-kommunikasiya, tran-

zit və enerji dəhlizlərinin yaradılması sahəsində yürüt-

düyü transmilli siyasəti və tutduğu düzgün mövqe-

yini; 


-  daxili ictimai-siyasi sabitliyi təmin etməsini, demok-

ratik dövlət, vətəndaş  cəmiyyəti, bazar iqtisadiyyatı 

quruculuğu prinsiplərini rəhbər tutmasını; 

-  son on ildə nail olduğu dinamik sosial-iqtisadi inkişafı 

və gələcək inkişaf potensialını nəzərə alaraq Azərbay-

can Respublikasını bölgənin geosiyasi cəhətdən  ən 



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə