27
TƏDQİQATIN APARILMASI
Dərslikdən istifadə edən müəllim yeni informasiyanı şərh edir. Şagirdlər 4 qrupa bölünür. Qruplara 2
sualdan ibarət tapşırığın əks olunduğu iş vərəqləri təqdim olunur.
I qrup. Obyektlər arasında hansı informasiya mübadiləsi baş verə bilər? Mənbə, qəbuledici və mümkün
informasiyanı göstərin. İnformasiya hansı vasitə ilə ötürülür?
II qrup. Obyektlər arasında hansı informasiya mübadiləsi baş verə bilər? Mənbə, qəbuledici və mümkün
informasiyanı göstərin. İnformasiya hansı vasitə ilə ötürülür?
1. ____________ ___________________ _______________ _______________
Mənbə
İnformasiya Qəbuledici Ötürülmə vasitəsi
2. ____________ ___________________ _______________ _______________
Mənbə İnformasiya Qəbuledici Ötürülmə vasitəsi

28
III qrup. Obyektlər arasında hansı informasiya mübadiləsi baş verə bilər? Mənbə, qəbuledici və mümkün
informasiyanı göstərin. İnformasiya hansı vasitə ilə ötürülür?
IV qrup. Obyektlər arasında hansı informasiya mübadiləsi baş verə bilər? Mənbə, qəbuledici və mümkün
informasiyanı göstərin. İnformasiya hansı vasitə ilə ötürülür?
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ
Hər qrupdan bir nümayəndə icra etdikləri işin nəticəsi barədə məlumat verir. Qrupların fikir mübadiləsi
aparmalarına imkan yaradılır. Müəllim qruplara aşağıdakı suallarla müraciət edə bilər:
I qrupa:
–
Hər bir obyekt həm informasiya mənbəyi, həm də qəbuledicisi ola bilərmi? Müəllim nə vaxt
mənbədir, nə vaxt – qəbuledici? Müəllim informasiyanı şagirdlərə nəyin vasitəsilə ötürür? (danışanda –
hava ilə, yazı lövhəsi ilə) Sirkdə nə zaman ayı, nə zaman təlimçi informasiya qəbuledicisi olur?
II qrupa:
–
İki rəfiqə arasında informasiya mübadiləsi baş verəndə qəbul olunan informasiya harada
saxlanılır? (yaddaşda) Onlar informasiyanı hansı duyğu üzvləri vasitəsilə qəbul edirlər? Rəfiqələr bir-birinə
informasiyanı nəyin vasitəsilə ötürürlər? (telefon) Hakim və futbolçular hansı duyğu üzvləri vasitəsilə in-
formasiya qəbul edirlər?
1. ____________ ___________________ _______________ _______________
Mənbə İnformasiya Qəbuledici Ötürülmə vasitəsi
2. ____________ ___________________ _______________ _______________
Mənbə İnformasiya Qəbuledici Ötürülmə vasitəsi
1. ____________ ___________________ _______________ _______________
Mənbə İnformasiya Qəbuledici Ötürülmə vasitəsi
2. ____________ ___________________ _______________ _______________
Mənbə İnformasiya Qəbuledici Ötürülmə vasitəsi
29
III qrupa:
–
İclas zamanı mənbə və qəbuledicilər kimlər ola bilər? İnsanlar hansı informasiyanı və hansı
duyğu üzvləri vasitəsilə qəbul edə bilərlər? İclas zamanı iştirakçılar vizual informasiya əldə edirlərmi? (pla-
kat, təqdimat və s.) Quşlar informasiyanı insana necə çatdıra bilər? (oxumaqla, vizual – qanadlarını
tərpətməklə, dimdiklərini yerə vurmaqla, insana toxunmaqla)
IV qrupa:
–
Bəs bu şəkildə rəfiqələr, əvvəlki şəkildən fərqli olaraq, hansı informasiyalar alır? İt
informasiyanı hansı duyğu üzvü ilə qəbul edir? Nə etmək olar ki, it informasiya qəbuledicisi olsun? (ona
komanda vermək, onu çağırmaq, nəyisə iyləməyə vermək, yeməyə nə isə vermək və s.) İt insana
informasiyanı necə çatdıra bilər?
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
Müəllim sinfə müraciət edir:
–
İnformasiyanın qəbul edilməsi və ötürülməsi üçün nələr vacibdir?
İnformasiyanın mənbəyi və qəbuledicisi nədir və onların bir-birindən fərqi nədir? Qəbuledici mənbədən in-
formasiyanı nəyin vasitəsilə alır? (kommunikasiya vasitələrinin köməyi ilə)
Şagirdlərin fikirləri dinlənilir. Onlar müəllimin yardımçı sualları ilə aşağıdakı nəticəyə gəlirlər:
1. İnformasiya hər hansı bir mənbədən alınır.
2. İnformasiyanı qəbul edənə qəbuledici deyilir.
3. İnsan həm mənbə, həm də qəbuledici ola bilər.
4. İnformasiyanı ötürmək üçün onu informasiya daşıyıcılarında saxlayırlar: kağız, maqnit lent, optik disklər və s.
5. Obyektlər arasında informasiya mübadiləsi o vaxt baş verir ki, onlar bir-birinə informasiya ötürüb qəbul edir.
6. İnformasiyanın ötürülməsində istifadə olunan obyektlər (telefon, kompyuter, radio, televizor, qəzetlər,
kitablar və s.) informasiyanı ötürmə vasitələri adlanır.
7. Şəraitdən asılı olaraq fərqli informasiya ötürmə vasitələrindən istifadə etmək olar.
8. Bəzi obyektlərdən (kompyuter, telefon, poçt) həm də informasiya mübadiləsini təşkil etmək üçün istifadə
olunur. Onlara informasiya mübadilə vasitələri də deyilir.
Müəllim: – Siz televizor vasitəsilə informasiya mübadiləsi yarada bilərsinizmi? (Uşaqların fikirləri
dinlənilir.)
Müəllim dərsin əvvəlində irəli sürülən fərziyyələri xatırladır və onları şagirdlərin fəal iştirakı ilə qazanılmış
biliklərlə müqayisə edir.
YARADICI TƏTBİQETMƏ
Şagirdlər İş dəftərindəki 1
–
3-cü çalışmaları yerinə yetirirlər.
QİYMƏTLƏNDİRMƏ
Müəllim aşağıdakı meyarlarla şagirdləri qruplarda qiymətləndirir və öz müşahidəsinə əsasən aşağıdakı
cədvəl üzrə formativ qiymətləndirmə aparır.
Meyarlar
I
qrup
II
qrup
III
qrup
IV
qrup
İnformasiyanın ötürülməsinə aid nümunələr göstərir
İnformasiya mübadiləsinə aid nümunələr göstərir
İnformasiyanın ötürülmə prosesində mənbəni və qəbuledicisini müəyyən edir
İnformasiya ötürülməsinin və informasiya mübadiləsinin fərqli cəhətlərini deyir
Şəraitdən asılı olaraq informasiya vasitəsini müəyyən edir
Tapşırıqları yerinə yetirir
Ümumi nəticə
Ev tapşırığı. İş dəftərindəki 4-cü çalışmanın yerinə yetirilməsi.