ALT STANDARTLAR ÜZRƏ
REALLAŞDIRILACAQ BACARIQLAR
1.1.1. Təbiət və cəmiyyətdəki informasiyalara, informasiya
proseslərinə aid nümunələr göstərir.
1.1.2. Təbiət və cəmiyyətdəki informasiyaların qarşılıqlı
əlaqəsini nümunələrlə izah edir.
1.1.3. Müvafiq şəraitə uyğun informasiyanın müxtəlif ötürülmə
vasitələrini seçir.
1.1.4. Təbiət və cəmiyyətdəki informasiyaların oxşar və fərqli
cəhətlərini izah edir.
3.1.1. Kompyuterin əsas qurğularının (klaviatura, siçan, monitor,
sistem bloku) funksiyalarını ümumi şəkildə şərh edir.
4.1.1. Ətraf aləmdəki informasiya mübadiləsinin əhəmiyyətini
sadə nümunələrlə izah edir.
TƏDRİS VAHİDİ –
1
İNFORMASİYA
TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ
SAATLARIN MİQDARI:
8 saat
QİYMƏTLƏNDİRMƏ:
1 saat
18
Dərs
1
/ Mövzu:
İNSAN VƏ İNFORMASİYA
MOTİVASİYA
İnformasiyanın növləri ilə bağlı qazanılmış bilikləri yada
salmaq məqsədilə şagirdlərə krossvordu həll etmək təklif
olunur. Müəllim krossvordu lövhədə asır (çəkir) və izah edir:
–
Krossvordun hər sütununda duyğu üzvünü ifadə edən bir
söz “gizlədilib”. Onları tapın.
1. İnsanın dadbilmə üzvü. 2. İnsanın iybilmə üzvü.
3. İnsanın eşitmə üzvü. 4. İnsanın toxunma üzvü.
Bu sözləri tapdıqdan sonra üfüqi açılmış hərflər sizə əsas sözü
müəyyənləşdirməyə kömək edər.
Müəllim:
–
Krossvorddakı sözləri tapandan sonra üfüqi xanada “gizlənmiş” yeni bir söz alınacaq. Bu söz “İnsan
duyğu üzvləri vasitəsilə ətraf mühitdən nə qəbul edir?” sualına cavab olacaq. (
İnformasiya)
Müəllim sinfə müraciət edir:
–
İnsandan başqa daha hansı obyektlərdə duyğu üzvləri var? (canlılarda).
Şagirdlərin fikirləri dinlənilir.
Lövhədə tədqiqat sualı və şagirdlərin fərziyyələri yazılır.
Tədqiqat sualı:
İnsan onu əhatə edən obyektlərdən hansı informasiyanı və necə alır?
TƏDQİQATIN APARILMASI
Müəllim dərslikdən istifadə edərək, şagirdlərin fəal iştirakı ilə yeni informasiyanı şərh edir. Hər şagird iş
vərəqini doldurur.
DƏRSİN MƏQSƏDİ
• təbiətdə və cəmiyyətdə informasiyalara aid misal gətirmək;
• insanın duyğu üzvlərinin rolunu sadə misallarla izah etmək;
• cəmiyyətdəki informasiya mübadiləsinin əhəmiyyətini izah etmək;
• insanlar arasında informasiyanın rolunu izah etmək;
• təbiətdə və cəmiyyətdə olan informasiya mənbələrini qruplaşdırmaq.
Əsas ANLAYIŞLAR
İnformasiya, duyğu üzvləri, təbiətdəki informasiya, cəmiyyətdəki informasiya
Dərsin TİPİ
Deduktiv
İstifadə olunan
İŞ FORMALARI
Bütün siniflə iş, fərdi iş
İstifadə olunan
ÜSULLAR
Beyin həmləsi, diskussiya, oyun
Fənlərarası
İNTEQRASİYA
A-d. – 1.2.1, Riy. – 5.1.1, H-b. – 1.1.1, 1.3.2, 1.3.3, 2.1.2, 4.2.3,
X-d. – 2.2.1, Tex. – 2.1.2, T-i. – 1.1.1, Mus. – 2.1.2
Təchizat
Plakatda krossvord, rəngli karandaşlar, iş vərəqləri
Bu gün hansı informasiyanı aldın?
Vizual ...............................................................................................................................
Səs .....................................................................................................................................
Daktil ................................................................................................................................
Dad ...................................................................................................................................
Qoxu .................................................................................................................................
19
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ
Müəllim bir neçə şagirddən yazdıqlarını oxumağı xahiş edir. Müəllim və şagirdlər bir-birinə suallarla
müraciət edə bilərlər:
–
Qoxu informasiyasını hansı obyektlərdən aldın? Dad informasiyasını nədən aldın? İnsan nə vaxt
obyektdən vizual informasiya ala bilmir? (qaranlıqda, obyekt uzaqda olanda) Hansı obyektlərdən səs
informasiyası almaq olmur?
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
Müəllim:
–
Müəyyən bir obyektə baxan insanların aldıqları informasiya eyni olurmu? (Yox, hər bir insan özü-
nəməxsus informasiya alır. Məsələn, elə insanlar var ki, rəng çalarlarını fərqləndirə bilmir.) Nə üçün insana
bir neçə duyğu üzvü lazımdır? İnsan onu əhatə edən obyektlərdən hansı informasiyanı və necə alır?
Müəllim şagirdlərin cavablarını ümumiləşdirib, onlarla birlikdə nəticə çıxarır:
–
İnsanın beş duyğu üzvü var: göz, qulaq, dil, burun, dəri. Ona görə də insan ətraf aləmdən beş növ infor-
masiya ala bilir: vizual, səs, dad, qoxu və daktil. Əşyaya toxunmadan vizual, səs və qoxu informasiyalarını
almaq olar. Dad və daktil informasiyanı almaq üçün isə insan mütləq obyektə toxunmalıdır. İnsanlar duyğu
üzvlərinin fəaliyyətini gücləndirmək, obyektlər haqqında daha çox və dəqiq informasiya almaq üçün
müxtəlif alətlər və texniki cihazlar hazırlamışlar. Məsələn, xətkeş əşyaların uzunluğunu, tərəzi kütləsini,
termometr temperaturunu ölçmək üçün, barometr havanın təzyiqini müəyyənləşdirmək üçün, kompas isə
qütbləri təyin etmək üçün düzəldilmişdir.
Müəllim dərsin əvvəlində irəli sürülən fərziyyələri xatırladır və onları şagirdlərin fəal iştirakı ilə qazanılmış
biliklərlə müqayisə edir.
YARADICI TƏTBİQETMƏ
İş dəftərindəki 1–3-cü çalışmaların yerinə yetirilməsi.
------------------------------------------------------------------------------------------------
Oyun. Müəllim ixtiyari obyektin adını çəkir, hər qrupun bir nümayəndəsi onun haqqında müxtəlif informasiyalar söyləyir. Sonra
növbə digər qrupun nümayəndəsinə çatır. Ən çox informasiya söyləyən qrup qalib hesab olunur.
Məsələn, AZƏRBAYCAN BAYRAĞI, DƏFTƏR, MEŞƏ, İMLA, TEATR, FİL, TELEVİZOR və s. adlar səslənə bilər.
Sinfi yoxlamaq məqsədilə şagirdlər üçün çətin olan sözlərdən də istifadə etmək olar: respublika, institut və s.
----------------------------------------------------------------------------------------------------------------
İnformasiya haqqında əlavə məlumat: Ümumiyyətlə, informasiya dedikdə insanlar arasında, insan və avtomat arasında, avtomat
və avtomat arasında, həmçinin heyvan və bitkilər arasında məlumat mübadiləsi başa düşülür.
--------------------------------------------------------------------------------------------------------------------------------
QİYMƏTLƏNDİRMƏ
Müəllim metodik vəsaitin əvvəlində verilmiş formalardan biri ilə, yaxud özünün tərtib etdiyi digər me-
yarlar cədvəlinə əsasən qrupları qiymətləndirə bilər.
Müəllim müşahidəyə əsasən aşağıdakı meyarlar üzrə formativ qiymətləndirmə apara bilər.
№ Meyarlar Yaxşı Orta Zəif
1
İnformasiya mənbələrini müəyyən edə bilir
2
İnsanın duyğu üzvlərinin rolunu izah edə bilir
3
İnformasiyanı hansı duyğu üzvü vasitəsilə qəbul edilməsindən asılı
olaraq onun növünü müəyyən edə bilir
4
İnsanların həyatında informasiyanın əhəmiyyətini izah edə bilir
5
İnsanların informasiyanı necə əldə etdiklərini izah edə bilir
Ev tapşırığı. İş dəftərindəki 4-cü çalışmanın yerinə yetirilməsi.