23
Dərs
3
/ Mövzu:
İNFORMASİYA İLƏ NƏ ETMƏK OLAR
MOTİVASİYA
Müəllim şagirdlərə müraciət edir:
–
İnformasiya ilə
bağlı insanın fəaliyyəti çoxcəhətlidir. Sizcə, bu
fəaliyyətə nələr daxildir? Biz informasiya ilə nə edə
bilərik? Şagirdlər əməliyyatların adını dedikcə, müəl-
lim onları lövhədə ayrı-ayrı dairələrin içində yazır. O,
özü də bəzi əməliyyatları artıra bilər. Müəllim lövhədə
sxem çəkir və sual işarəsinin yerinə nə yazmağın
mümkün olduğunu soruşur. Şagirdlərin fərziyyələri
dinlənilir. Fərziyyələr isə müxtəlif ola bilər: infor-
masiya ilə iş, informasiya üzərində əməliyyatlar.
Müəllim şagirdlərin fərziyyələrini dinlədikdən sonra
sual işarəsini pozaraq, “İnformasiya ilə görülən işlər və
ya İnformasiya prosesləri” sözlərini yazır. “İnformasiya
prosesləri” anlayışı şagirdlər üçün müəyyən çətinlik
yarada bildiyindən dairənin içində bu anlayışı tək yox,
əvvəlki cümlədə qeyd olunan şəkildə yazılması daha
məqsədəuyğundur. Lövhədə tədqiqat sualı və
şagirdlərin fərziyyələri yazılır.
Tədqiqat sualı:
İnformasiya ilə bağlı əməliyyatlar nə üçün lazımdır?
TƏDQİQATIN APARILMASI
Müəllim dərslikdən istifadə edərək, şagirdlərin fəal iştirakı ilə yeni informasiyanı şərh edir.
Müəllim şagirdləri 4
–
5 qrupa bölür. Hər qrupa bir tapşırıq verilir.
I qrup. Riyaziyyat dərsliyindən hesablamaya aid sadə bir misal verilir. Bu misalın kitabdan seçilməsi daha
məqsədəuyğundur. Ona görə də kitabın səhifəsi və tapşırığın nömrəsi dəqiq göstərilir.
II qrup. Sinfin şəklini çəkin.
III qrup. Boş çərçivələri doldurun.
DƏRSİN MƏQSƏDİ
• informasiyanın qəbul edilməsi, ötürülməsi və saxlanmasını nümunələrlə izah etmək;
• informasiya ilə aparılan əməliyyatları müəyyən etmək;
• “informasiya prosesləri” anlayışını sadə misallarla izah etmək;
• təbiətdə, cəmiyyətdə və texnikada baş verən informasiya proseslərinə aid misallar
göstərmək;
• təbiətdə və cəmiyyətdə baş verən informasiya proseslərinin qarşılıqlı əlaqəsini
nümunələrlə izah etmək.
Əsas ANLAYIŞLAR
İnformasiyanın qəbulu, informasiyanın təqdim olunması, informasiyanın saxlanması,
informasiyanın emalı, informasiyanın ötürülməsi, informasiya mübadiləsi, informasiya
prosesləri
Dərsin TİPİ
Deduktiv
İstifadə olunan
İŞ FORMALARI
Qruplarla iş, fərdi iş
İstifadə olunan
ÜSULLAR
Anlayışın çıxarılması, mini mühazirə, müzakirə
Fənlərarası
İNTEQRASİYA
A-d. – 1.2.1, Riy. – 5.1.1, 5.1.3, H-b. – 1.1.1, 1.1.2, 1.3.3, X-d. – 2.2.1
Təchizat
İş vərəqləri, rəngli kvadratlar (qırmızı, göy, sarı, yaşıl), təmiz vərəqlər
İnformasiyanın
qәbulu
İnformasiyanın
saxlanılması
İnformasiyanın
emalı
İnformasiyanın
ötürülmәsi
İnformasiyanın
kodlaşdırılması
Surәtinin
çıxarılması
Silinmәsi,
lәğv edilmәsi
İnformasiyanın
toplanması
İnformasiyanın
axtarılması
?
24
IV qrup. Sinfin pəncərəsindən gördüyünüz mənzərə barədə bir-iki cümlə yazın.
Tapşırığı yerinə yetirdikdən sonra qrupların hər biri aşağıdakı suallara cavab yazır.
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ
Hər qrupdan bir nümayəndə yerinə yetirdikləri tapşırıq və suallara yazdıqları cavab barədə məlumat verir.
Müəllim qruplara aşağıdakı məzmunda suallar verə bilər:
I qrup üçün:
–
Bu hesablamanı daha nəyin vasitəsilə aparmaq olar? (kalkulyatorun, kompyuterin) Nəticəni
daha harada saxlamaq olardı? Yaddaşda saxlamaq olardımı? Saxladığınız informasiyanı başqasına necə
çatdırmaq olar?
II qrup üçün:
–
Daha nəyin şəklini çəkə bilərdiniz? (binanın, heyvanların, yerin və s.) Bu zaman
informasiya mənbəyi nə olacaqdır? Sinfi daha necə təsvir etmək olar? (fotoaparatla şəkli çəkmək, yazı ilə
təsvir etmək, sözlə söyləmək və s.) Bu zaman informasiyanı necə saxlamaq olar? (uyğun olaraq fotoşəkildə,
dəftərdə, yaddaşda)
III qrup üçün:
–
İlkin informasiya nədir? (fiqurlar, rənglər və sxem) İnformasiyanı necə emal etdiniz?
(qaydanı müəyyən edib boş çərçivələri çəkdik) Şəkli
belə dəyişsək, nəticə necə alınar?
- Alınmış nəticəni başqasına necə ötürmək olar? (şəkillə, “göy kvadrat”,
“qırmızı üçbucaq” sözlərini söyləməklə)
IV qrup üçün:
–
İlkin informasiya nədir? Gördüyünüz informasiyanı
necə emal etdiniz? Pəncərədən görünən mənzərədə daha nələrin olmasını
istərdiniz? Bu informasiyanı başqa cür necə emal etmək olardı? (əl və ya
fotoaparatla şəklini çəkməklə, sözlərlə söyləmək və s.)
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
Müəllim sinfə müraciət edir:
–
“Proses” sözünü harada eşitmişsiniz?
Şagirdlərin fikrini dinləyən müəllim onların fəal iştirakı ilə ümumi-
ləşdirmə aparır:
–
Ağacın böyüməsi, avtomobilin təmiri, binanın tikilməsi, xörəyin
bişirilməsi, suyun qaynaması müəyyən zaman ərzində baş verir. Deməli, proses işin (hadisənin) başlanması,
davam etməsi kimi başa düşülməlidir. İşin başa çatması, hadisənin tamamlanması isə prosesin bitməsi
deməkdir.
Sonra müəllim aşağıdakı suallarla şagirdlərə müraciət edir:
–
Biz informasiya haqqında nələri öyrəndik? İnformasiya ilə bağlı fəaliyyətə nələr daxildir? İnformasiya ilə
1. İnformasiyanın mənbəyi nədir? ___________________________________________
2. Hansı informasiyanı aldınız?
___________________________________________
3. Onu necə dəyişdirdiniz? ___________________________________________
4. İnformasiyanı harada saxladınız? ___________________________________________
5. İnformasiyanı necə çatdırdınız?
___________________________________________
RƏNGLİ FİQURLAR
RƏNGLİ FİQURLAR