25
nə etmək olar? Şagirdlərin fikirləri dinlənilir və müəllim onlarla birlikdə nəticələr çıxarır:
İnformasiya ilə görülən bütün bu işlər “İnformasiya prosesləri” adlanır. İnformasiya prosesləri təbiətdə,
cəmiyyətdə və texnikada baş verir.
Müəllim şagirdlərə dərsin əvvəlində irəli sürülmüş fərziyyələri xatırladır və onları şagirdlərin fəal iştirakı
ilə qazanılmış biliklərlə müqayisə edir.
YARADICI TƏTBİQETMƏ
Müəllim cədvəlin sağ sütununu doldurmağı təklif edir.
Hərəkət
İnformasiya prosesinin adı
Uşaq şəkil çəkir Saxlayır
Oğlan musiqiyə qulaq asır
Şagird müəllimə cavab verir
Şagird ev tapşırığını gündəliyində axtarır
İş dəftərindəki 1
–
3-cü çalışmaların yerinə yetirilməsi.
-------------------------------------------------------------------------------------------------------------------------------
İnformasiya prosesləri haqqında əlavə məlumat:
Qədim insanlar təbiətlə mübarizədə sağ qalmaq üçün fəsillərin dəyişilməsi, heyvanların davranışı, əşyaların və
bitkilərin xassələri haqqında daim informasiya toplamağa məcbur idilər. Toplanmış informasiyanı saxlamaq və
ya başqalarına ötürmək üçün onu hər hansı bir formada və müxtəlif daşıyıcılarda saxlayırdılar. İnformasiyanın
təqdim olunması onun danışıqla (səslə), yazı ilə (işarələrlə), ədədlərlə, şəkil, yaxud sxemlə, fotoşəkillə və s.
formalarda təqdim edilməsi deməkdir. İnformasiyanı bir təqdimolunma formasından digərinə keçirmək üçün onu
kodlaşdırırlar. İnformasiyanı başqalarına ötürmək üçün onu müxtəlif təqdimolunma formalarında informasiya
daşıyıcılarında saxlayırlar. İnformasiyanı qəbul etdikdən sonra insan ondan istifadə edir və ya onu dəyişdirir. Bu
proses informasiyanın emalı adlanır.
-------------------------------------------------------------------------------------------------------------------------------
QİYMƏTLƏNDİRMƏ
Müəllim metodik vəsaitin əvvəlində verilmiş formalardan biri ilə, yaxud özünün tərtib etdiyi digər me-
yarlar cədvəlinə əsasən qrupları qiymətləndirə bilər. Müəllim müşahidəyə əsasən aşağıdakı meyarlar üzrə
formativ qiymətləndirmə apara bilər.
№ Meyarlar Yaxşı Orta Zəif
1 İnformasiyanın qəbul edilməsi, ötürülməsi və saxlanması proseslərini fərqləndirə bilir
2 İnformasiya ilə aparılan əməliyyatları izah edə bilir
3 İnformasiya prosesi anlayışını başa düşür
4 Hansı informasiya prosesinin baş verdiyini müəyyən edə bilir
5
İnformasiya prosesinin təbiətdə, cəmiyyətdə, yaxud texnikada baş verməsini müəyyən
edə bilir
6
Təbiətdə, texnikada və cəmiyyətdə baş verən informasiya proseslərinin qarşılıqlı
əlaqəsini izah edə bilir
Ev tapşırığı. İş dəftərindəki 4-cü çalışmanın yerinə yetirilməsi.
İnformasiyanı:
● Axtarmaq ● Toplamaq ● Qəbul etmək ● Ötürmək ● Saxlamaq ● Surətini çıxarmaq
● Kodlaşdırmaq ● Emal etmək ● Ləğv etmək ● Ölçmək ● Hissələrə bölmək olar.
26
Dərs
4
/ Mövzu:
İNFORMASİYANIN ÖTÜRÜLMƏSİ
MOTİVASİYA
Müəllim sinfə müraciət edir:
–
Siz başqa şəhərdə, bölgədə yaşayan qohumunuza, dostunuza informasiya
göndərmisinizmi?
Cavab necə, almısınızmı? Hər iki hal üçün informasiya mənbəyini və qəbuledicisini
söyləyin. Müəllim hər iki halda informasiyanın ötürüldüyünü izah edir.
–
İnformasiyanın ötürülməsində neçə tərəf iştirak edir? Onlar necə adlanır?
Mini mühazirə. İnformasiyanın ötürülməsində iki tərəf – mənbə və qəbuledici iştirak edir:
Bəzən bir obyekt digərindən informasiyanı qəbul edir və ona informasiya ötürür. Başqa sözlə, mənbə
qəbulediciyə, qəbuledici isə mənbəyə çevrilir. Onlar bir-birindən informasiya alıb, informasiya ötürürlər.
Bu halda deyirlər ki, onlar arasında informasiya mübadiləsi baş verir.
Müəllim şagirdləri tədqiqat sualının müəyyənləşdirilməsinə istiqamətləndirir:
- Sizcə, informasiya mübadiləsi prosesi necə baş verir?
Şagirdlər müxtəlif fərziyyələr söyləyirlər. Fərziyyələr və tədqiqat sualı lövhədə yazılır.
Tədqiqat sualı:
Obyektlər arasında informasiya mübadiləsi necə baş verir?
DƏRSİN MƏQSƏDİ
• informasiyanın bir obyektdən digərinə ötürülməsini misallarla izah etmək;
• informasiyanın ötürülmə prosesinin necə baş verdiyini təsvir etmək;
• informasiyanın ötürülmə prosesində iştirak edən obyektlərin vəzifələrini izah etmək;
• informasiyanın ötürülmə vasitələrini müəyyən etmək;
• informasiya mübadiləsi və informasiyanın ötürülməsi anlayışlarının oxşar və fərqli
cəhətlərini izah etmək;
• təbiətdə və cəmiyyətdə informasiya mübadiləsinə aid sadə misallar göstərmək;
• informasiya mübadiləsində informasiya mənbələrini və qəbuledicilərini müəyyən etmək;
• mənbələrin və qəbuledicilərin informasiya mübadiləsində rollarının dəyişməsini
misallarla izah etmək.
Əsas ANLAYIŞLAR
İnformasiya mübadiləsi, informasiyanın ötürülməsi, informasiya mənbəyi, informasiya
qəbuledicisi, informasiya daşıyıcısı
Dərsin TİPİ
Deduktiv
İstifadə olunan
İŞ FORMALARI
Bütün siniflə iş, qruplarla iş
İstifadə olunan
ÜSULLAR
Mini mühazirə, beyin həmləsi, müzakirə
Fənlərarası
İNTEQRASİYA
A-d. – 1.1.1, 1.1.2, 1.2.1, Riy. – 1.2.1, H-b. – 2.1.1, 3.1.1, 3.1.2, 4.3.3, X-d. – 2.2.4,
Tex. – 1.3.4, T-i. – 2.2.6, F-t. – 2.2.2, Mus. – 3.3.3
Təchizat
Hazır şəkillər, obyektlərin şəkilləri, iş vərəqləri
OBYEKT-1
OBYEKT-2
Mənbə
Qəbuledici
İnformasiya
OBYEKT-1
OBYEKT-2
Mənbə
Qəbuledici
İnformasiya