15
Fərdi özünüqiymətləndirmə. Şagirdlərin təlim prosesindən daha çox faydalanmalarında müəllimin
düzgün istiqamətdə kömək göstərməsi üçün onlar İş dəftərində hər bir mövzunun sonunda verilmiş
özünüqiymətləndirmə formalarını doldurmalıdırlar. Müəllim müəyyən meyarlar əsasında formativ
qiymətləndirmə məqsədilə müxtəlif özünüqiymətləndirmə formalarını da tərtib edə bilər.
Müşahidəyə görə qiymətləndirmə. Bununla yanaşı, müəllim öz müşahidəsinə əsasən də dərsin
məqsədlərinə uyğun meyarlarla formativ qiymətləndirmə apara bilər. Məsələn, şəklin fraqmenti ilə iş
mövzusunda şagirdin doldurması üçün müəllim aşağıdakı cədvəli formalaşdıra bilər:
№
Meyarlar Yaxşı Orta
Zəif
1 Seçdirmə alətini tanıyır
2
Şəklin fraqmentini seçdirə bilir
3
Şəklin fraqmentinin yerini dəyişə bilir
4
Şəklin fraqmentini silə bilir
5
Şəklin fraqmentini çoxalda bilir
Müşahidəyə görə bütün sinif üzrə formativ qiymətləndirmə aparmaq üçün belə cədvəldən istifadə
etmək olar:
Şagirdin A.S.A.
Meyar-1
Meyar-2
Meyar-3
Meyar-4
Meyar-5
Cəmi Nəticə Müəllimin qeydi
1 Məmmədli Azər 2
3
3
3
2
13
Yaxşı
2 Ağazadə Orxan
1
2
2
2
3
10
Orta
Burada, 1, 2, 3 qiymətləri meyarlar üzrə uyğun olaraq zəif, orta və yaxşı nəticələri göstərir. Ümumi
qiyməti çıxarmaq üçün isə intervaldan istifadə etmək daha məqsədəuyğundur: məsələn, 5–8 arası
“Zəif”, 9–11 arası “Orta”, 12–15 arası isə “Yaxşı”.
Qrup diskussiyaları üçün özünüqiymətləndirmə. Şagirdlər qruplar şəklində işləyərkən dərsin
sonunda müəllim tərəfindən onlara öz işlərini qiymətləndirmək üçün vaxt verilir. Müəllim şagirdlərə
bunun üçün müəyyən istiqamətlər də verə bilər. Şagirdlər qrup daxilində öz işlərini qiymətləndirdikdən
sonra qrup işinin səmərəsini necə artırmaq barədə müəllimlə müzakirə apara bilərlər.
Meyarlar Həmişə Adətən Bəzən Heç
vaxt
Diskussiyaya başlamazdan əvvəl biz tapşırığı dəqiqləşdiririk
Biz verilmiş tapşırıqdan yayınmırıq
Müzakirədə hamı iştirak edir
Cavab verməzdən əvvəl həmsöhbətimizi dinləyirik
Hansısa nəticəyə gəlməzdən əvvəl müəyyən mülahizələr
söyləyirik
Diskussiyanın sonunda vahid rəyə gəlirik
Birimiz söylənilən bütün yaxşı fikirləri qeydə alır
Qrup və cütlərin fəaliyyətinin qiymətləndirilməsi. Şagirdləri qiymətləndirmək üçün müəllim özü də
şagirdlərlə birlikdə meyarlar üzrə qrup qiymətləndirməsini həyata keçirə bilər. Qrupların fəaliyyəti
müvafiq meyarlarla qiymətləndirilir. Qiymətləndirmə ballarını ulduzlardan, müxtəlif işarələrdən,
16
simvollardan (smayliklərdən) istifadə etməklə göstərmək olar. Nəticədə isə hər qrupun topladığı ulduz,
simvol (smayliklər) sayılır.
Qrupun
№-si
Əməkdaşlıq Dinləmə Nizam-
intizam
Çıxış edən qrupun
təqdimatına edilən
əlavə və düzəlişlər
İşin düzgün yerinə
yetirilməsi və
tamamlanması
Ümumi nəticə
I
II
III
IV
Şagirdləri cütlərə ayırdıqdan sonra onların işini qiymətləndirmək üçün cədvəl təqdim edilir (vaxt məh-
dudiyyəti olduqda müəllim bir neçə cütlüyü dinləyir, qalanların iş vərəqlərini yığıb sonra
qiymətləndirir).
CÜTLÜKLƏRİN İŞLƏRİNİ QİYMƏTLƏNDİRMƏK ÜÇÜN MEYARLAR
Cütdə işləyən
şagirdlərin adı
Əməkdaşlıq Dinləmə
Nizam-
intizam
Tapmacanın
düzgünlüyü
Tapmacanın
çətinliyi
İşin
tamlığı
Ümumi
nəticə
Anar və Lalə
Alpay və Nigar
Toplum halında qiymətləndirmə. Toplum halında qiymətləndirmə şagirdlərin bilik və bacarıqlarını
ən obyektiv şəkildə qiymətləndirməyə imkan verir. Lakin bu üsul digər qiymətləndirmə formalarına
nisbətən mürəkkəb olduğu üçün daha çox səy tələb edir.
Bunun üçün hər bir şagird üçün bir qovluq ayrılır. Qiymətləndiriləcək işlər müəllim və ya şagirdin özü
tərəfindən bu qovluğun içinə yığılır. Müəllim və şagirdlər qiymətləndiriləcək materialları müəyyən
etdikdən sonra, şagirdlərin qoyulmuş məqsədə çatma səviyyəsini müəyyən etmək üçün bu materiallar
üzrə qiymətləndirmə meyarları barədə razılığa gəlirlər. Bu materiallar dərsin mövzuları üzrə çalışma və
tapşırıqlardan, müxtəlif testlərdən, layihələrdən, tədqiqat işlərindən, ev tapşırıqlarından, özünüqiymət-
ləndirmə formalarından, dərsdənkənar praktik tapşırıqlardan və s. ibarət ola bilər.
Summativ qiymətləndirmə vasitələri. Bütün tədris vahidlərinin sonunda summativ qiymətləndirmə
testləri nəzərdə tutulmuşdur. Bunların bir hissəsi dərslikdə, bir hissəsi isə İş dəftərində verilmişdir. 3-
cü tədris vahidindən fərqli olaraq, 1-ci və 2-ci tədris vahidləri üzrə qiymətləndirmə vasitələri hər
vahidin sonunda verilmişdir. Kompyuterdə iş bacarıqlarını qiymətləndirmək məqsədilə 3-cü tədris
vahidi üzrə 2 summativ qiymətləndirmə nəzərdə tutulmuşdur. Bunlardan 1-ci Paint proqramında, 2-cisi
isə WordPad proqramında iş bacarıqlarının qiymətləndirilməsi üçündür. Dərslikdə, əsasən, sual və
çalışmalar, İş dəftərində isə praktik bacarıqların inkişafı üzrə tapşırıqlar verilmişdir.