13
Yeni təlim prinsipləri imkanları məhdud olan uşaqların ümumi təhsil mühitinə inteqrasiya etmələrini
və ümumi proqram əsasında təhsil almalarını tələb edir.
İnklüziv təlimin əsasını hər bir şagirdə fərdi yanaşma ideyası təşkil edir. Belə ki, təlim hər bir uşağa
məxsus tələbatların ödənilməsi zəminində təşkil olunmalıdır. Hər bir şagird təlimdə uğur qazanması
üçün tələb olunan psixoloji yardım, diqqət və qayğı ilə əhatə olunmalıdır.
3-cü sinif informatika dərslərində inklüzivlik aşağıdakı vasitələrlə təmin olunması nəzərdə tutulur:
•
bütün dərslərdə diskussiya, müsahibə, didaktik oyunlardan və fərdi, cütlərlə və qrup işi forma-
larından istifadə etməklə interaktiv təlim vasitəsilə şagirdlərin fəallığı təmin edilir;
•
müəllimin məqsədindən asılı olaraq, bəzi strategiyalar istisna olmaqla, şagirdləri cütlərə və
qruplara “qabiliyyətlərinə”
görə deyil, elə ayırmaq lazımdır ki, hər bir qrupda təlim nəticələri
müxtəlif olan şagirdlər iştirak etsinlər;
•
müəllim fərdi və cütlərlə aparılan tədqiqat işləri zamanı fərqli inkişaf xüsusiyyətlərinə malik
uşaqlara xüsusi yardım göstərir;
•
müəllim qrup işlərində fərqli inkişaf xüsusiyyətlərinə malik uşaqların ümumi diskussiya və
müzakirələrə fəal qoşulmalarını təmin edir;
•
müəllim fərqli inkişafa malik uşaqlara tapşırıqlar verərkən İş dəftərindəki çalışmaların
işarələrinə diqqət yetirib, diferensial yanaşma prinsipini gözləyir;
•
özünüqiymətləndirmə və formativ qiymətləndirmə zamanı meyarlar elə müəyyən
edilir ki, şa-
girdlərdə qiymətləndirmə ilə bağlı streslərin əmələ gəlməsinin qarşısını alınsın. Fərqli inkişaf
xüsusiyyətlərinə malik uşaqların qiymətləndirməsi prosesində müəllimin onlara xüsusi
münasibətinin böyük əhəmiyyəti var.
MÜASİR İNFORMASİYA TEXNOLOGİYALARININ TƏTBİQİ
3-cü sinif məzmun standartlarında nəzərdə tutulmuş bəzi bacarıqların reallaşmasında informasiya tex-
nologiyalarından geniş istifadəyə ehtiyac vardır. 3.1.1, 3.2.1, 3.2.3, 3.2.5 saylı məzmun standartlarını
reallaşdırmaq məqsədilə öyrədici oyun proqramlarında müxtəlif işlər nəzərdə tutulmuşdur. Klaviatura
və siçanla iş vərdişlərini formalaşdırmaq məqsədilə müəllimlər
http://soft-free.ru/content/view/1845 /118/
saytından klaviatura trenajorunun sərbəst versiyasını yükləyib dərs prosesində istifadə edə bilərlər.
İstifadəsi nəzərdə tutulan və komplektə əlavə olunan elektron tədris vəsaitindən hərəkətlər ardıcıllığı,
alqoritmlərin oxlarla təqdim edilməsi, məqsədəuyğun yolun seçilməsində labirint, qrafik redaktorda
mozaika və naxışların yaradılması, rənglər palitrası ilə iş bacarıqlarının reallaşdırılmasında geniş is-
tifadə edilə bilər.
Kompyuterdən sərbəst istifadə etmək imkanı olan müəllimlər əlavə olunan elektron tədris vəsaitindən
bütün tədris ili boyu praktik işlərdə istifadə edə bilərlər. İnternetə qoşulan məktəblər isə
www.pixart.ws/infoko
saytına daxil olub, bu vəsaitdən onlayn rejimdə də istifadə edə bilərlər.
Göstərilən resurslardan interaktiv lövhələrdə iş zamanı istifadə edilə bilər. İş dəftərində xüsusi işarəli
tapşırıqları müəllim kompyuterə daxil etməklə şagirdlərin interaktiv lövhədə işləmələri üçün müxtəlif
tapşırıqlar tərtib edə bilər.
ŞAGİRD NAİLİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
«Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası» (Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmişdir)
Azərbaycanda ümumi təhsilin müasirləşdirilməsi və yeniləşdirilməsi məqsədi ilə hazırlanmış milli
kurikulum çərçivə sənədi ilə bilavasitə əlaqəlidir və onun tərkib hissəsini təşkil edir.
Fənlər üzrə məzmun standartlarının müəyyən edilməsində əsas məqsəd həmin standartların şagird tərə-
findən mənimsənilməsi istiqamətində hədəflərin təyin edilməsidir. Qəbul edilmiş standartlara uyğun
14
bilik və bacarıqlara nail olmaq üçün şagirdin fəaliyyəti fasiləsiz stimullaşdırılmalı, onların daha yüksək
səviyyəli standartları mənimsəməsi üçün müvafiq şərait yaradılmalıdır.
Bu baxımdan şagird nailiyyətlərinin qiymətləndirilməsi davamlı, dinamik və rəsmi olmayan prosesdir.
Bu prosesdə müəllimlərin şagirdlər üzərində müşahidəsi, şagirdlərin sinif işlərini və ev tapşırıqlarını
yerinə yetirmələri, yazılı və şifahi cavabları vacibdir.
Müəllim tərəfindən qiymətləndirmə meyarları əsasında müəyyən təlim mərhələsinin əvvəlində və so-
nunda şagirdin tədris proqramının mənimsənilməsi üzrə irəliləyiş səviyyəsi və digər nailiyyətləri barə-
də hesabatlar verilir. Məzmun standartlarının mənimsənilməsi istiqamətində əsasən aşağıdakı qiymət-
ləndirmə növlərindən istifadə olunur:
İlkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə). Şagirdlər əsas bilik və bacarıqlara
müəyyən dərəcədə malikdirlərmi? Şagirdlər tədris edilmiş materialın hansı hissəsini bilirlər? İlkin sə-
viyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə) şagirdin biliyini müəyyən edir və təlimin
düzgün qurulmasında müəllimə kömək göstərir.
İrəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə). Standartların mənimsənilməsinə doğru şagirdlər
kifayət qədər irəliləyə bilirlərmi? Qəbul edilmiş standartların reallaşmasına istiqamətlənən irəliləyiş-
lərin monitorinqi (formativ qiymətləndirmə) sinifdə hər bir şagirdin inkişafının hərəkətverici amilinə,
təlimin həlledici komponentinə çevrilir. Müəllim yalnız belə monitorinq vasitəsilə tədris prosesini
tənzimləyir, bütün şagirdlərin irəliləyişlərini təmin edir, eyni zamanda uğur qazana bilməyən şagird-
lərin ehtiyaclarını öyrənərək, onlara əlavə köməklik göstərir. Bu mənada şagirdlərin faktik fəaliyyə-
tinin nəticələri müəllim üçün real indikatorlara çevrilir.
Yekun (summativ) qiymətləndirmə. Şagirdlər verilmiş standart və ya standartlar qrupunda müəyyən
edilmiş məqsədlərə nail olublarmı? Yekun (summativ) qiymətləndirmə standartların mənimsənilməsi
istiqamətində şagirdlərin əldə etdiyi irəliləyişləri dəyərləndirir. Bu qiymətləndirmə növü mövzunun, bəhs
və bölmənin, yaxud da tədris ilinin sonunda eyni qaydada həyata keçirilir. Yekun (summativ) qiymət-
ləndirmənin ən mühüm cəhəti şagirdlərin mənimsədiklərini tətbiqetmə qabiliyyətinə nə dərəcədə malik
olduqlarını aşkara çıxarmaqdır.
Müəllim üçün metodik vəsaitdə hər bir mövzunun sonunda qiymətləndirmə meyarları müəyyən olun-
muşdur. Bu meyarlar mövzuda nəzərdə tutulan standartların reallaşmasına nə dərəcə nail olunduğunu
qiymətləndirmək məqsədilə müəyyən edilir.
Müəllim tövsiyə olunan bu üsul və formalardan öz məqsədinə uyğun şəkildə istifadə edib, məqsədin-
dən asılı olaraq, yeni meyarlar da yarada bilər.
Dərəcələr üzrə qiymətləndirmə. Müəllim uşaqlara yaxşı nəticə dedikdə nəyin nəzərdə tutulduğunu
bildirməlidir. Buna nail olmaq üçün qiymətləndirmə meyarlarını aydınlaşdırmaq tələb olunur. Müasir
üsullara əsaslanan təlimdə şagird nailiyyətlərini qiymətləndirərkən yaxşı və pis cavabların, sadəcə,
cəmi nəzərdə tutulmur. Bu zaman biliyi qiymətləndirmək üçün dərəcələrdən istifadə etmək
məqsədəuyğundur. Dərəcələr dedikdə şagirdlərin fəaliyyətini yüksək, orta və aşağı balla
qiymətləndirməyə imkan verən dəqiq ifadə olunmuş qaydalar nəzərdə tutulur.
Məsələn, “İnsan və informasiya” mövzusunda, dərsin məqsədindən asılı olaraq, müəllim şagirdlərlə
müzakirə edərək qiymətləndirmə meyarlarını aşağıdakı kimi müəyyən edə bilər. Bu meyarlar yazı
taxtasında yazılır. Tədqiqat işinin əvvəlində isə əla, yaxşı, orta və zəif nəticələrin nə olduğu izah edir:
Meyarlar
Əla Yaxşı Orta Zəif
1 İnformasiya mənbələrini müəyyən edə bilir
+
+
+
+
2 İnsanın duyğu üzvlərinin rolunu izah edə bilir
+
+
+
-
3
İnformasiyanı hansı duyğu üzvü vasitəsilə qəbul edilməsindən
asılı olaraq onun növünü müəyyən edə bilir
+ + + -
4 İnsanların həyatında informasiyanın əhəmiyyətini izah edə bilir
+
+
-
-
5 İnsanların informasiyanı necə əldə etmələrini izah edə bilir
+
-
-
-