20
Dərs
2
/ Mövzu:
TƏBİƏTDƏ İNFORMASİYA
MOTİVASİYA
Müəllim lövhədə belə bir sxem çəkir:
Müəllim:
–
Bu sxemi necə başa düşürsünüz?
İnformasiya ilə sxemdəki anlayışların hansı əlaqələri var?
Sxemdə olan oxlar nəyi göstərir?
Bəs oxların istiqamətləri nəyi göstərir?
(Sxemdəki oxlar informasiyaların ötürülmə
istiqamətini göstərir.)
Müəllim sxemlə bağlı izahat verdikdən sonra:
–
Təbiətdə olan canlılar informasiyanı
necə əldə edirlər?
Şagirdlərin fikirləri dinlənilir.
Lövhədə tədqiqat sualı və şagirdlərin fərziyyələri yazılır.
Tədqiqat sualı:
Təbiətdəki informasiyalardan insanlar necə istifadə edə bilərlər?
TƏDQİQATIN APARILMASI
Müəllim dərslikdən istifadə edərək, şagirdlərin fəal iştirakı ilə yeni informasiyanı şərh edir. Şagirdlər 4
qrupa bölünür və hər qrupa müxtəlif şəkillər paylanılır.
I qrup.İnsanlar təbiətdəki bu obyektlərdən istifadə edərək, özləri üçün hansı obyektləri yaratmışlar? On-
ların şəklini çəkin.
II qrup. İnsanlar təbiətdəki bu obyektlərdən istifadə edərək, özləri üçün hansı obyektləri yaratmışlar?
Onların şəklini çəkin.
DƏRSİN MƏQSƏDİ
• təbiət və cəmiyyətdəki informasiyaların oxşar və fərqli cəhətlərini izah etmək;
• təbiət və cəmiyyətdəki informasiyaların qarşılıqlı əlaqəsini izah etmək;
• insanın təbiətdən aldığı informasiyalardan faydalanmasına dair nümunələr göstərmək.
Əsas ANLAYIŞLAR
Təbiətdə informasiya, cəmiyyətdə informasiya
Dərsin TİPİ
Deduktiv
İstifadə olunan
İŞ FORMALARI
Bütün siniflə iş, qruplarla iş
İstifadə olunan
ÜSULLAR
Şaxələndirmə, diskussiya, oyun
Fənlərarası
İNTEQRASİYA
A-d. – 1.2.1, Riy. – 5.1.1, H-b. – 1.1.1, 1.1.2, 1.3.3, 4.2.2,
X-d. – 2.2.1, Tex. – 3.1.2, Mus. – 2.1.2
Təchizat
Rəngli karandaşlar, əvvəlcədən hazırlanmış şəkillər (4 ədəd)
İNSANLAR
BİTKİLƏR
HEYVANLAR
TƏBİƏTDƏ OLAN
İNFORMASİYALAR
21
III qrup. İnsanlar təbiətdəki bu obyektlərdən istifadə edərək, özləri üçün hansı obyektləri yaratmışlar?
Onların şəklini çəkin.
IV qrup. İnsanlar təbiətdəki bu obyektlərdən istifadə edərək, özləri üçün hansı obyektləri yaratmışlar?
Onların şəklini çəkin.
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ
Hər qrupdan bir nəfər qrupun işini təqdim edir. Məlumat mübadiləsi aparılır. Müəllim suallar verir:
I qrup üçün:
Təyyarənin hansı hissələri qartala bənzəyir? İnsan daha nəyə baxarkən öz əksini görür?
Körpülər insanlara nə üçün lazımdır?
II qrup üçün: İnsanlar evləri nə üçün tikirlər? Saat insanlara nə üçün lazımdır? İnsanlar çətirdən hansı
məqsədlə istifadə edirlər?
III qrup
üçün: At və avtomobilin hansı oxşar və fərqli cəhətləri var? İnsanlar qayıqları nə üçün
düzəltmişlər? Günəşlə lampanın fərqi nədir?
IV qrup üçün: Qədim insanlar stul kimi nədən istifadə edirdilər? Timsahla sualtı qayığın hansı oxşar və
fərqli cəhətləri var? Helikopterin xarici görünüşündə cırcıramaya bənzərlik varmı?
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
Müəllim:
–
İnsanlar təbiətdən təcrid olunmuş halda, təbiətdən ayrı yaşaya bilərmi? İnsanlar öz qidalarını,
bir şey tikmək və yaratmaq üçün istifadə etdikləri xammalı haradan əldə edirlər?
–
Şagirdlərin cavabları dinlənilir.
–
Təkcə insanlar yox, təbiətdə olan heyvan və bitkilər də informasiya alır.
Şagirdlər sual verə bilər:
–
Bitkilər də? Misallarla cavab vermək olar:
–
Məsələn, bitkilərin də duyğu üzv-
ləri
–
reseptorları var. Bitkilər günəşi, işığı hiss edərkən öz yarpaqlarını ona tərəf yönəldir. Onların kökləri
isə suya doğru uzanır. Heyvan və bitkilər informasiyanı müəyyən siqnallar vasitəsilə alır. İnsan yaranan
gündən təbiətlə sıx əlaqədədir. O, təbiətdən yalnız xammal deyil, həmçinin informasiya da alır. İnsan
təbiətdən hansı informasiyalar alır və onlardan necə istifadə edir?
Şagirdlərin cavabları dinlənilir.
Müəllim şagirdlərin iştirakı ilə ümumiləşdirmə aparır.
22
–
Təbiətdən informasiya alan insanlar onlardan öz məqsədləri üçün istifadə etməyə, faydalanmağa çalışır-
lar. Buludları, göy üzünün rəngini, bitki və heyvanları müşahidə etməklə yağış yağıb-yağmayacağını, soyuq
və ya isti olacağını əvvəlcədən bilmək olur. İnsanlar texniki cihazların köməyi ilə də təbiətdən informasiya
ala bilirlər. Məsələn, gözlə görünməyən çox kiçik obyektləri öyrənmək üçün mikroskopdan, uzaq məsafədə
yerləşən obyektləri görmək üçün isə binokldan istifadə edilir.
Müəllim dərsin əvvəlində irəli sürülən fərziyyələri xatırladır və onları şagirdlərin fəal iştirakı ilə qazanılmış
biliklərlə müqayisə edir.
YARADICI TƏTBİQETMƏ
Müəllim lövhədə çəkdiyi cədvəli doldurmağı şagirdlərə təklif edir. Bu mərhələdə cədvəlin hər sətrini
doldurmaq üçün bir şagird lövhəyə çağırıla bilər.
Kim, nə Kimdən, nədən Hansı informasiyanı qəbul edir
Necə qəbul edir
İnsan Cansız təbiətdən
Şəlalə şırıltısı
Eşitməklə
Bitki Cansız təbiətdən
Heyvan Heyvandan
Heyvan Bitkilərdən
İnsan Heyvandan
İnsan Bitkidən
Heyvan
İnsandan
Şagirdlər fərqli variantlar söyləsələr, onları da əlavə etmək olar. Məsələn, şəlaləni görməklə də ondan
informasiya almaq olar.
İş dəftərindəki 1–3-cü çalışmaların yerinə yetirilməsi.
QİYMƏTLƏNDİRMƏ
Müəllim metodik vəsaitin əvvəlində verilmiş formalardan biri ilə, yaxud özünün tərtib etdiyi digər me-
yarlar cədvəlinə əsasən qrupları qiymətləndirə bilər.
Müəllim müşahidəyə əsasən aşağıdakı meyarlar üzrə formativ qiymətləndirmə apara bilər.
№ Meyarlar Yaxşı Orta Zəif
1
Təbiətdə və insanlar arasında informasiyaların fərqli və oxşar xüsusiyyətlərini izah
edə bilir
2
İnsanların təbiətdəki informasiyalardan faydalanmalarına dair misallar göstərə bilir
3 Təbiətdə və insanlar arasında informasiyaların əlaqəsini izah edə bilir
4
Təbiətdə və insanlar arasında informasiya mənbələri və qəbuledicilərini müəyyən
edə bilir
5
Təbiətdə və cəmiyyətdəki obyektlər arasında informasiyanın ötürülməsini izah edə
bilir
Ev tapşırığı. İş dəftərindəki 4 və 5-ci çalışmaların yerinə yetirilməsi.
Dostları ilə paylaş: |