11
FƏNLƏRARASI İNTEQRASİYA CƏDVƏLİ
A-d. – Ana dili, Riy. – Riyaziyyat, H-b. – Həyat bilgisi, Tex. – Texnologiya, T- i. – Təsviri incəsənət,
X-d. – Xarici dil, F-t. – Fiziki tərbiyə, Mus. – Musiqi
TƏLİMİN TƏŞKİLİNDƏ İSTİFADƏ OLUNAN FORMA VƏ ÜSULLAR
Təlim üsulları təlim prosesinin səmərəliliyini təmin edən faktorlardan biridir. Nəzərdə tutulan bacarıq-
ların formalaşdırılmasının ən real yolu təlim prosesinin mahiyyətcə yeni prinsiplər əsasında – fəal təlim
üsullarından istifadə etməklə təşkil etməkdir. Fəal təlim şagirdlərin idrak fəaliyyətinə əsaslanan və təhsil
prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçirilən təlimi nəzərdə tutur.
Fəal-interaktiv təlim – təlim prosesinin elə təşkili formasıdır ki, burada müəllim bilikləri ötürən
rolundan imtina etməklə, yeni bir vəzifəni – bələdçi (fasilitator) vəzifəsini öz üzərinə götürmüş olur.
Təqdim olunan komplektdə bacarıqlar fəal təlimin bütün iş formalarından istifadə edilməklə
TƏDRİS VAHİDİ, BÖLMƏ VƏ MÖVZULAR
FƏNNİN ADI VƏ ALT STANDARTLARIN NÖMRƏSİ
1.
İNFORMAS
İYA
Ə
traf
ı-
m
ızda
informa-
siya
1. İnsan və informasiya
A-d. – 1.2.1, Riy. – 5.1.1, H-b. – 1.1.1, 1.3.2, 1.3.3, 2.1.2, 4.2.3, X-d. – 2.2.1,
Tex. – 2.1.2, T-i. – 1.1.1, Mus. – 2.1.2
2. Təbiətdə informasiya
A-d. – 1.2.1, Riy. – 5.1.1, H-b. – 1.1.1, 1.1.2, 1.3.3, 4.2.2, X-d. – 2.2.1, Tex. –
3.1.2, Mus. – 2.1.2
İnformasiya
il
ə i
ş
3. İnfor. ilə nə etmək olar
A-d. – 1.2.1, Riy. – 5.1.1, 5.1.3, H-b. – 1.1.1, 1.1.2, 1.3.3, X-d. – 2.2.1
4. İnfor. ötürülməsi
A-d. – 1.1.1, 1.1.2, 1.2.1, Riy. – 1.2.1, H-b. – 2.1.1, 3.1.1, 3.1.2, 4.3.3, X-d. –
2.2.4, Tex. – 1.3.4,T-i. – 2.2.6, F-t. – 2.2.2, Mus. – 3.3.3
5. İnfor. kodlaşdırılması
Riy. – 1.2.1, H-b. – 2.3.2, X-d. – 4.1.1
6. Rebus
A-d. – 1.1.2, Tex. – 4.1.2, T-i. – 2.2.1
7. İnformasiyanın emalı
A-d. – 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, Riy. – 1.1.2 – 1.1.8, 2.1.1, 2.2.3, H-b. – 2.2.3,
X-d. – 2.2.3, Tex. – 1.2.4, T-i. – 2.2.2, 2.2.3, Mus. – 3.1.1, 3.3.1, 3.3.2
8. Kompyuter və infor.
H-b. – 4.2.1, 4.2.2, X-d. – 2.2.1, Tex. – 2.1.1, 2.1.2, 2.1.3
2. ALQOR
İTM
Qrupla
şd
ırma
9.
Obyektlər qrupu
A-d. – 2.1.1, 4.1.1, 4.1.5, Riy. – 1.3.7, 3.2.2, 5.1.2, H-b. – 1.3.1, 2.3.1, X-d. –
2.2.1, Tex. – 2.1.3, T-i. – 2.1.1, Mus. – 1.2.1, 1.2.2, 1.2.3, F-t. – 1.3.1, 1.3.2
10. Obyekt fərq əlamətləri
A-d. – 2.1.1, 2.2.2, 4.1.1, 4.1.5, Riy. – 4.1.1, 4.2.1, H-b. – 1.2.1, 2.4.1, 3.2.1,
X-d. – 2.2.2, Tex. – 2.1.1, 2.1.2, T-i. – 2.1.1, 2.1.2, Mus. – 1.1.2, F-t. – 1.3.3
11. “Hamısı”, “heç biri”, “bəzisi” A-d. – 2.2.4, Riy. – 5.2.1
12. Qanunauyğunluq
H-b. – 1.2.1, F-t. – 2.1.1
H
ər
ək
ətl
ər
ard
ıc
ıll
ığ
ı
13. Alqoritm
A-d. – 2.2.3, Riy. – 1.2.4, 1.2.5, 2.1.2, H-b. – 4.2.1, 4.2.4, Tex. – 1.2.3, 2.1.4,
F-t. – 1.2.1, 2.1.1, 2.1.3
14. Xətti alqoritm
A-d. – 2.2.3, Riy. – 1.2.4, 1.2.5, 2.1.2, H-b. – 4.2.1, 4.2.4, Tex. – 1.2.3, 2.1.4,
F-t. – 1.2.1, 2.1.1, 2.1.3
15. Budaqlanma
A-d. – 2.2.3, Riy. – 1.2.4, 1.2.5, 2.1.2, H-b. – 4.2.1, 4.2.4, Tex. – 1.2.3, 2.1.4,
F-t. – 1.2.1, 2.1.1, 2.1.3
16. Məqsədəuyğun yolun seç-si A-d. – 2.2.5, Riy. – 2.1.1, 2.1.3, 2.2.3, Tex. – 1.2.3
17. Təkrar. hərək. ard.
H-b. – 4.2.1, 4.2.4, Tex. – 1.2.3, 2.1.4, F-t. – 1.2.1, 2.1.1, 2.1.3
3.
KOMPYUTER
Komp–
yuterd
ə
əm
əliy-
yatla
r
18. Kompyuterin iş masası
H-b. – 4.2.3, Tex. – 3.1.4
19. Qovluq
H-b. – 4.2.3, Tex. – 3.1.4
Qrafik
redaktor
20. Paint proqramı
H-b. – 4.2.1, T-i. – 2.2.1, 2.2.3, Tex. – 4.1.1
21. Palitra
H-b. – 4.2.1, T-i. – 2.2.1, 2.2.3, Tex. – 4.1.1
22. Şək.fraqmenti ilə iş
H-b. – 4.2.1, T-i. – 2.2.1, 2.2.3, Tex. – 4.1.1, 4.1.2
23. Şəkillərin komp-də sax-sı
H-b. – 4.2.1, T-i. – 2.2.1, 2.2.2, 2.2.3, Tex. – 4.1.1, 4.1.2
M
ətn
redaktoru
24. WordPad proqramı
A-d. – 3.1.1, 3.1.2, 3.1.3, 3.1.5, H-b. – 4.2.1, X-d. – 4.1.1, 4.1.2
25. Mətnlərlə iş
A-d. – 3.1.1, 3.1.2, 3.1.3, 3.1.5, H-b. – 4.2.1, X-d. – 4.1.1, 4.1.2
26. Mətnə şəklin əlavə edilməsi A-d. – 3.1.1, 3.1.2, 3.1.3, 3.1.5, H-b. – 4.2.1, X-d. – 4.1.1, 4.1.2
27. Mətndə sözlərin əvəz olunm. A-d. – 3.1.1, 3.1.2, 3.1.3, 3.1.5, H-b. – 4.2.1, X-d. – 4.1.1, 4.1.2
28. Komp-də hesabl-rın apar-sı
Riy. – 1.2.2, 1.2.3, 1.2.4, 1.2.5, 2.1.1, H-b. – 4.2.1
12
formalaşdırılır. Bu cür təlim texnologiyası ilə təşkil olunan dərslərdə əvvəlcə problemin qoyulmasına
imkan verən motivasiya yaradılır. Nəticədə tədqiqat sualı müəyyənləşdirilir. Həmin tədqiqat sualı
problemin həlli yollarına dair ilkin fərziyyələrin irəli sürülməsinə şərait yaradır. Sonra problemin
araşdırılması üçün şagirdlər irəli sürülmüş fərziyyələrin doğruluğunu yoxlamaq etmək üçün bilik
mənbələrindən istifadə etməklə tədqiqat işlərinə cəlb olunur. Alınan nəticələr iş vərəqlərində qeyd
edilir. İş vərəqlərində işlər tamamlandıqdan sonra məlumat mübadiləsi aparılır. Hər qrup öz
tədqiqatlarının yekunları ilə sinfi tanış edir. Sonra təqdim olunan işlər arasında rabitə, əlaqələr yaradı-
lır. Məlumatlar sistemləşdirilərək ümumiləşdirilir. Həmin ümumiləşmələr ilkin fərziyyələrlə müqayisə
olunur və nəticələr çıxarılır. Bundan sonra biliyin tətbiqi mərhələsi gəlir. İşin gedişindən aydın olduğu
kimi, fəal – interaktiv təlimdə şagirdlərdə məntiqi, tənqidi və yaradıcı təfəkkürünün inkişafı qayğısına
qalınır, təlim prosesinə tədqiqat xarakteri verilir. Təlim prosesində işgüzar iş mühiti, əməkdaşlıq şəraiti
yaradıldığından iştirakçıların yüksək fəallığı təmin olunur.
Təqdim olunan dərslik komplektində qruplarda və cütlərlə iş formalarına daha çox üstünlük verilir.
Praktik dərslər şagirdlərdə fərdi bacarıqların formalaşdırılması üçün fərdi və cütlüklərlə aparılır.
Qruplara bölünməni şagirdlər üçün könüllü yerinə yetirərkən onlar öz dost və yoldaşları ilə birgə
işləməyə üstünlük verirlər. Şagirdlərdə müxtəlif sosial bacarıqları formalaşdırmaq məqsədilə qruplara
bölünməni fərqli üsullarla aparmaq lazmdır. Məsələn,
•
Rənglərlə. Müəllim 4–5 ədəd (qrupların sayı qədər) müxtəlif rəngdə olan kağızları 4–6 (hər
qrupda olacaq uşaqların sayı qədər) yerə bölür. Bütün kağızlar qarışdırılıb bir zərfin içinə
qoyulur. Şagirdlər bir-bir rəngli kağız parçalarını götürürlər. Eyni rəngli kağız götürmüş
şagirdlər bir qrupa yığılır. Rəmzi olaraq qrupun adını rəngin adı ilə də adlandırmaq olar.
•
Rəqəmlərlə. Bütün şagirdlərə 1-dən 5-ə kimi saymaq tapşırılır. Bütün “1”-lər, “2”-lər və s. bir
qrupa yığılır. Bu qrupların adlarını saydıqları ədədlə də adlandırmaq olar.
•
Sinif jurnalı üzrə. Sinif jurnalında ardıcıl və yaxud müəyyən qanunla (hər 5 nəfərdən bir və s.)
uşaqlar hər birində 4–6 şagird olmaqla qruplara yığıla bilər.
•
Sosiometrik. Əvvəlcə qrupların sayı qədər uşaq seçilir. Bu uşaqların hər biri öz qrupuna bir
uşaq seçir. Hər yeni seçilmiş uşaq öz qrupu üçün də bir uşaq seçir.
İNKLÜZİV TƏLİM PRİNSİPLƏRİ
Hər bir şagird fərdi keyfiyyətlərindən asılı olaraq tədris materiallarını müxtəlif cür qavrayır. Buna bax-
mayaraq, təhsilin əsas məqsədi bütün təhsil alanların müəyyən ictimai status qazanması və öz sosial
əhəmiyyətini təsdiq etməsidir. İnklüziya sağlamlıq imkanları məhdud olan uşaqlarda özünə inam
yaratmaqla, onlara digər yaşıdları ilə eyni məktəbdə təhsil almaq şəraitinin yaradılmasıdır.
Xüsusi təlimə tələbatı olan bu cür uşaqların diqqət və yardıma böyük ehtiyacları var. Onların qabiliy-
yətlərinin və irəliləyişlərinin inkişaf etdirilməsi çox vacib amildir.
İnklüziya təkcə fərqli inkişaf xüsusiyyətləri olan uşaqlara deyil, həmçinin digər xüsusiyyətləri ilə ya-
şıdlarından fərqlənən uşaqların da yuxarıda sadalanan məqsədlərə çatmalarına yardım edir. Onlar
başqa dildə danışan, başqa mədəniyyətə malik, fərqli həyat tərzi sürən, təhsilə müxtəlif maraq və
qavrama qabiliyyəti göstərən uşaqlar da ola bilər. Belə uşaqlarla işləyərkən müəllim informasiyanı
onlara müxtəlif forma və variantlarda çatdırmağa çalışmalıdır.