6
sesində məzmun xətlərinin hər birindəki məzmunun sadədən mürəkkəbə doğru dəyişməsi, dərinləşməsi
və genişləndirilməsi nəzərdə tutulur. Buna görə də məzmun xətləri yalnız
kurikulumun quruluşunu
tərtib etməyə və bu barədə mülahizə yürütməyə xidmət edir. Qeyd etmək lazımdır ki, fənnin
məzmununa daxil olan hər hansı bir anlayış və ya bacarıqlar yalnız bir məzmun xətti çərçivəsində
məhdudlaşmır.
Dərslik komplektinin mövzular üzrə strukturunu formalaşdırarkən bütün ibtidai təhsil pilləsi üzrə alt
standartlar təhlil edilmiş və tədris prosesində məzmun standartlarının məzmun xətləri üzrə nisbəti
müəyyən edilmişdir. Bu nisbət aşağıdakı diaqramlarda əks olunmuşdur. Birinci diaqramda dörd sinfin
hər biri üçün nəzərdə tutulmuş məzmun xətləri üzrə alt standartların paylanma nisbəti göstərilir. İkinci
diaqramda isə ibtidai sinif pilləsi (bütün dörd sinif) üzrə alt standartların paylanma nisbəti
göstərilmişdir.
Mövzuları müəyyənləşdirərkən bu nisbət gözlənilmişdir. Üfüqi inteqrasiya prinsipini nəzərə alsaq, elə
mövzular var ki, müxtəlif məzmun xətləri üzrə bir neçə bacarığın reallaşmasına xidmət edir. Amma
əsasən, məzmun xətləri üzrə mövzuların bölünməsi belədir: 1–4 məzmun xətti üzrə 10 mövzu, 2-ci
məzmun xətti üzrə 6 mövzu, 3-cü məzmun xətti üzrə isə 12 mövzu müəyyən edilmişdir. Müəllimlər bu
bölgü ilə “Fənn üzrə məzmun standartlarının reallaşma cədvəli”ndə ətraflı tanış ola bilərlər. 3-cü sinif
şagirdlərində reallaşdırılacaq 35 alt standartın 19-u kompyuterdə praktik bacarıqların formalaşdırılma-
sını nəzərdə tutur. Bu məqsədlə kompyuterdə praktik dərslər üçün summativ qiymətləndirmə ilə birgə
13 saat ayrılması tövsiyə olunur. Lakin müəllim mövzular üzrə bacarıqların reallaşdırılmasına ayrılan
saatları yerli şərait və bəzi subyektiv xüsusiyyətlərə görə dəyişə bilərlər.
İ
btidai t
ə
hsil pill
ə
si üzr
ə
(1-4 sinifl
ə
r)
m
ə
zmun alt standartların paylanma diaqramı
3-cü m
ə
zmun
x
ə
tti üzr
ə
2-ci m
ə
zmun
x
ə
tti üzr
ə
1-ci m
ə
zmun
x
ə
tti üzr
ə
4-cü m
ə
zmun
x
ə
tti üzr
ə
Alt standartların
sinifl
ə
r üzr
ə
paylanm a diaqram ı
1-ci sinif
2-ci sinif
3-cü sinif
4-cü sinif
1-ci m
ə
zmun x
ə
tti üzr
ə
alt standarlar
2-ci m
ə
zmun x
ə
tti üzr
ə
alt standarlar
3-cü m
ə
zmun x
ə
tti üzr
ə
alt standarlar
4-cü m
ə
zmun x
ə
tti üzr
ə
alt standarlar
7
3-CÜ SİNİF ÜZRƏ MƏZMUN STANDARTLARI
III sinfin sonunda şagird:
•
İnformasiyalar, informasiyaların təsvir formaları, informasiya mənbələri, informasiyanın ötü-
rülməsi vasitələri haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.
•
Obyektlər qrupundakı əşyaları əlamətlərinə görə tanıdığını nümayiş etdirir.
•
Hərəkətlər ardıcıllığını söz və işarələrlə təsvir etmək (alqoritmləşdirmək) bacarığını nümayiş
etdirir.
•
Məntiqi mühakimələri anladığını nümayiş etdirir.
•
Kompyuter haqqında ümumi biliklərə malik olduğunu nümayiş etdirir.
•
Kompyuterdə əməliyyatları icra edir.
•
Kompyuterdə müxtəlif şəkillər çəkir.
•
Kompyuterdə mətnlər yığır.
•
Cəmiyyətin inkişafında informasiya prosesləri və informasiya texnologiyalarının əhəmiyyə-
tini anladığını nümayiş etdirir.
1. İnformasiya və informasiya prosesləri
Şagird:
1.1.
İnformasiyalar, informasiyaların təsvir formaları, informasiya mənbələri, informasiyanın
ötürülməsi vasitələri haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.
1.1.1. Təbiət və cəmiyyətdəki informasiyalara, informasiya proseslərinə aid nümunələr göstərir.
1.1.2. Təbiət və cəmiyyətdəki informasiyaların qarşılıqlı əlaqəsini nümunələrlə izah edir.
1.1.3. Müvafiq şəraitə uyğun informasiyanın müxtəlif ötürülmə vasitələrini seçir.
1.1.4. Təbiət və cəmiyyətdəki informasiyaların oxşar və fərqli cəhətlərini izah edir.
1.2. Obyektlər qrupundakı əşyaları əlamətlərinə görə tanıdığını nümayiş etdirir.
1.2.1. Obyektlər qrupundakı əşyaların ümumi əlamətlərini müəyyən edir.
1.2.2. Oxşar obyektlər qrupundakı əşyaların ümumi əlamətlərini izah edir.
1.2.3. Qrupdakı obyektlərin əlamətlərini kəmiyyət baxımından müəyyən edir.
1.2.4. Qrupdakı obyektlərin əlamətlərini keyfiyyət baxımından izah edir.
2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma
Şagird:
2.1. Hərəkətlər ardıcıllığını söz və işarələrlə təsvir etmək (alqoritmləşdirmək) bacarığı nümayiş
etdirir.
2.1.1. Hərəkəti, hərəkətlər ardıcıllığını söz və işarələrlə təsvir etməyin mümkünlüyünü izah edir.
2.1.2. Söz, işarə və sadə sxemlərlə təsvir edilmiş hərəkət fəaliyyətini təqdim edir.
2.1.3. Sadə hərəkət fəaliyyətini (xətti və dövri) icra edir.
2.2. Məntiqi mühakimələri anladığını nümayiş etdirir.
2.2.1. “Hamısı”, “heç biri”, “bəzisi” sözləri daxil olan mülahizələr söyləyir.
2.2.2. Məqsədəuyğun yolu müəyyənləşdirmək üçün müxtəlif variantlar seçir.
2.2.3. Verilmiş informasiyaya görə obyekti təsvir edir.
3. Kompyuter, informasiya-kommunikasiya texnologiyaları və sistemləri
Şagird:
3.1. Kompyuter haqqında ümumi biliklərə malik olduğunu nümayiş etdirir.
3.1.1. Kompyuterin əsas qurğularının (klaviatura, maus, monitor, sistem bloku) funksiyalarını
ümumi şəkildə şərh edir.
3.1.2. Kompyuterin əsas qurğuları ilə iş zamanı tələb olunan ümumi qaydaları və texniki
təhlükəsizlik qaydalarını izah edir.