Microsoft Word Gulnara-kitab son doc


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə23/70
tarix26.01.2018
ölçüsü2,89 Kb.
#22586
1   ...   19   20   21   22   23   24   25   26   ...   70

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
68
 
 
 
 
tına çevrilir; məs.:  aldū, gəldū, durdū, döndū 
1
. Bu, o 
deməkdir ki, dörd variantda – -dı, -di, -du, -dü şəklində 
özünü göstərən şühudi keçmiş zaman şəkilçisi yalnız bir 
variantda müşahidə olunur. Ədəbi dildə  aldın, gəldin, 
durdun, döndün həmin sözlərin qarşılığıdır. Ehtimal ki, 
bu xüsusiyyət digər türk dillərinin dialektlərində də rast-
lanır. 
Şühudi keçmiş zamanla bağlı Azərbaycan dilinin 
Şəki dialektində fərqli cəhət özünü göstərir. Belə ki, Şə-
kinin İncə və Zunud kəndlərində sonu m və n samitləri 
ilə bitən fellər birinci şəxsin təki və üçüncü şəxsin tək 
və  cəmində  -nı, -ni, -nu, -nü; birinci şəxsin cəmi və 
ikinci şəxsin təkində -nı, -nu şəkilçilərini, sonu l samiti 
ilə bitən fellər isə birinci şəxsin təki və üçüncü şəxsin 
tək və  cəmində  -lı, -li,  -lu, -lü; birinci şəxsin cəmi və 
ikinci şəxsin təkində -lı, -lu şəkilçilərini qəbul edir.Məs: 
qannım, qannın, qannı, qannıx, gəllim, gəllin, gəlli, 
gəllıx, gəllilər və s. Azərbaycan dilinin Şamaxı dialek-
tində, Göyçay və Muğan qrupu şivələrində  bəzən  -dı
4
 
şühudi keçmiş zaman şəkilçisinin -zı
4
, -sı
4
 variantlarına 
rast gəlinir. Fel z səsilə bitərsə -zı
4
s səsi ilə bitərsə -sı
4 
şəkilçisi artırılır. Eyni vəziyyəti türkmən dilinin əksər 
şivələrində müşahidə edirik. Sonu n, l, z, s samitləri ilə 
bitən fellərə müvafiq olaraq -nı,-ni -lı, -li, -zı, -zi, -sı, -si 
variantları  əlavə olunur. Məsələn,  yannı, gelli, yazzı, 
kessi
                                                 
1
Vəliyev A.H.Azərbaycan dialektologiyası (keçid şivələrin morfologiyası  və 
sintaksisi). Bakı, ADU nəşri, 1975, s. 37.  


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
69
 
 
 
 
Türkmən dilinin əksər şivələrində n, l, z, s səssizlə-
ri ilə bitən fellərə müvafiq şəkildə -nı, -ni, -lı, -li, -zı, -zi, 
-sı,-si  şəkilçiləri qoşulur.Məs.:yannı, gelli yazzı, kessi
1

Türkmən dilinin Manış dialektində konkret keçmiş za-
man adlandırılan bu zaman forması ədəbi dillə müqayi-
sədə müəyyən fonetik fərqlərə malik olan -dı, -di, -tı,     
-ti, -nı, -ni, -lı, -li şəkliçiləri ilə düzəlir
2

M.Saliyev yazır: “Türkiye Türkçe'si ile Kırgız 
Türkçe'sinde zaman ekleri üzerinde çok aşırı derecede 
farklılık bulunmaktadır. Bu farklılıklar sadece fonetik 
farklılıklar değil de morfem farklılıklarını taşımaktadır. 
Bu iki şive sadece görülen geçmiş zaman ekinde bir-
leşiyorlar. Gördüğünüz gibi Kırgız Türkçe'si geçmiş za-
man ekleri bakımından fazladır. Kırgız Türkçe'sinde si-
fat fiil görevinde olan –gen eki geçmiş zamanı, -ar eki 
de arsar gelecek zaman ekinin görevini de taşımakta-
dır”
3

Barabin tatarlarının dilində zamanlarla bağlı xüsusi 
bir cəhəti qeyd etmək lazım gəlir. Bu da ondan ibarətdir 
ki,  qəti-keçmiş zamanla indiki II zaman formalarının 
morfoloji  əlamətləri üst-üstə düşür. Həmin morfoloji 
əlamət -tı şəkilçisidir. Doğrudur, hər iki zamanı forma-
                                                 
1
 Rüstəmov R.Ə.Azərbaycan dilinin dialekt və şivələrində fel.Bakı,1965,s. 
198  
2
 Атамедов  Н.  Манышский  говор  анауского  диалекта  туркменского 
языка. АКД, Ашхабад, 1965, с. 21.  
3
 Saliyev  M.  Kırgız Türkçe'si ile Türkiye Türkçe'sindeki Grammatikal 
Eklerin Tasviri ve Eş zamanlı Karşılaştırılması. //Uluslararası Türk Dili 
ve Edebiyyatı  öğrenci kongresi,11-13 Eylül 2006. İstanbul,  İstanbul 
Kültür Üniversitesi yayını, 2008, s. 122. 


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
70
 
 
 
 
laşdıran -tı şəkilçisi müasir dil baxımından səs tərkibinə 
görə eyni olsalar da, mənşə etibarilə bir-birindən tama-
milə fərqlənirlər. Barabin tatarlarının dilində -tı şəkilçisi 
qəti-keçmiş zamanla -tı  şəkilçili indiki zaman forması 
yalnız vurğu ilə fərqlənirlər
1
. Belə ki, qəti-keçmiş zama-
nın morfoloji göstəricisi  -tı  vurğulu,  indiki II zamanın 
morfoloji göstəricisi -tı isə vurğusuzdur; məs.:kilti, altı, 
kitti, utırtí – qəti keçmiş zaman, kilti, áltı, kitti, utırtı – 
indiki II zaman. 
-Mış və -qan şəkilçili keçmiş zaman. Müasir Azər-
baycan, türk, qaqauz dillərində  -mış, -miş, -muş, -müş
özbək və uyğur dillərində  təkvariantlı  -miş formasında 
təzahür edir. Burada uyğur dilini digər türk dillərindən 
fərqləndirən cəhət -miş şəkilçili keçmiş zamanın yalnız 
üçüncü  şəxsin tək və  cəmi üçün xarakterik olmasıdır. 
Məs.:almiştur,gelmiştur və s. Tək və cəm üçün eyni for-
ma xarakterikdir. Eyni zamanda uyğur dilində bunun 
şəxs sonluqsuz variantına da rast gəlinir. Tuva dilində 
isə  -mışaan, -mişaan, -muşaan, -müşaan və -bışaan
4
,     
-pışaan
4
, -vışaan
4
  fonetik variantlarından istifadə olu-
nur. 
-Mış  şəkilçili keçmiş zaman formasının digər türk 
dillərində sinonim qarşılığı -qan şəkilçili keçmiş zaman 
formasıdır. Bu forma müxtəlif türk dillərində müxtəlif 
fonetik variantlarda təzahür edir. Qumuq, qaraçay-bal-
kar dillərində  -ğan,-gen, qazax, qaraqalpaq, krım-tatar 
                                                 
1
Тумашева Д.Г.Язык сибирских татар. Ч.II.Изд.Казанского Универ-
ситета, 1968, 184 с.  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə