Microsoft Word Gulnara-kitab son doc


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə19/70
tarix26.01.2018
ölçüsü2,89 Kb.
#22586
1   ...   15   16   17   18   19   20   21   22   ...   70

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
56
 
 
 
 
də indiki gələcək zaman xəbər formasının zamanları sis-
teminə daxil edilə bilməz. O, xəbər formasının formala-
rı  tərkibindən ayrılmalı  və öz tayı ilə qeyri-müəyyən 
imperfekt ilə bir yerdə xüsusi bir forma kimi verilməli-
dir”
1
.  
Bu fikrə haqq qazandıran A.Axundov hələ 1961-ci 
ildə yazırdı:“Burada, şübhəsiz, müəyyən dərəcədə həqi-
qət vardır. Lakin -ar/-ər  şəkilçilərinin  əmələ  gətirdiyi 
formanın məzmunundakı  gələcək zaman anlayışını in-
kar etmək olmaz. Buna görə də,türkologiyada bu forma-
nın gələcək zaman forması kimi çoxdan bəri qeyd edil-
məsi, bizcə, elmi cəhətdən doğrudur və həqiqətə uyğun-
dur”
2
.  
Akademik A.A.Axundov bu cür fikir ayrılıqlarının 
olmasını  -ar//-ər  şəkilçili zaman formasının semantik 
cəhətdən zənginliyi ilə əlaqələndirir
3
.  
A.A.Koklyanova yazır:“-(a)r şəkilçili forma özün-
də güman mənasını inkişaf etdirərək, işlənmə tezliyinə 
görə, xəbər  şəklinin gələcək zaman formasından xeyli 
geri qalan xüsusi güman şəklinin forması kimi nəzərdən 
keçirilə bilər”
4
 
 
§4.Abidələrin dilində zaman formaları 
                                                 
1
 Любимов  К.М.  О  настоящем-будущем  времени  в  турецком  языке.  Акаде-
мику  Владимиру  Александровичу  Гордлевскому  к  его  семидесятипятиле-
тию. Сборник статей. Изд. АН ССР, Москва, 1953, с. 167.    
2
 Axundov A.A. Felin zamanları. Bakı, ADU nəşri, 1961, s. 101.  
3
 Yenə orada.s. 101.   
4
 Коклянова А.А.Категория времени в современном узбекском языке.  
ке.  Москва, Изд. АН СССР, 1963, с. 63.  


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
57
 
 
 
 
Von Gabainin “Eski Türkçenin Grammeri” əsərin-
də felin zamanlarını aşağıdakı kimi qruplaşdırır: 
1.
 
geniş zaman (-ur, -ür män) 
2.
 
görülen geçmiş zaman I (-t+ım) 
3.
 
görülen geçmiş zaman II (-yuk män) 
4.
 
belirsiz zaman(anlatılan geçmiş zaman)(-mış -män) 
5.
 
gelecek zaman I (-ğay män) 
6.
 
gelecek zaman II (-taçı män, -çı, -çi, -ça, -çä)
1

Son dövrdə yazılan sanballı  əsərlərdən biri tanın-
mış Azərbaycan kaşğarşünası filologiya elmləri doktoru 
Ramiz Əskərin “Mahmud Kaşğari və onun “Divanü lü-
ğat-it-türk” əsəri” adlı tədqiqat işidir. Müəllif “Divan”ın 
dilində 
şühudi keçmiş zaman, nəqli keçmiş zaman, indiki 
zaman, qəti gələcək zaman, yaxın gələcək zaman, qeyri-qəti 
gələcək zaman
 formalarının olduğunu göstərir
2

R.Eyvazovanın 2005-ci ildə nəşr etdirdiyi “Kişvəri 
“Divanı”nın dili” əsərində  də felin zamanları  bəhsinə 
toxunulmuşdur. Burada üç qrammatik zamanda özünü 
göstərən beş zaman – şühudi keçmiş zaman, nəqli keç-
miş zaman, indiki zaman, qəti gələcək zaman, qeyri-qəti 
gələcək zaman formalarının olduğu göstərilir
3
.  
Kişvəri “Divan”ı ilə müasir Azərbaycan ədəbi dili-
nin felin zamanlar sistemi baxımından müqayisəsində 
müşahidə olunan əsas fərqlər “Divan”dakı morfoloji 
göstərici variantlarının daha çox olması ilə  şərtlənir. 
                                                 
1
Von Gabain A.Eski Türkçenin Grameri. Ankara,  2007, s. 80-82.  
2
 Əskər Ramiz.Mahmud Kaşğari və onun “Divanü lüğat-it-türk”  əsəri. 
Bakı, “MBM”,  2008, s. 262-270.  
3
Eyvazova R.Kişvəri “Divan”ının dili(morfoloji xüsusiyyətlər). B.,“Elm”, 
2005, s.124-139  


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
58
 
 
 
 
Burada indiki zaman forması morfoloji əlamətlərinin 
çoxluğu ilə seçilir. Bu şəkilçilərin bir qismi müasir 
Azərbaycan ədəbi dilində işlənməsə də, Azərbaycan di-
linin dialekt və şivələrində, eləcə də digər türk dillərin-
də işlənməkdədir.  
İ.Vəliyev felin zamanlarına diaxron aspektdən ya-
naşmış, “XIV-XIX əsrlərdə Azərbaycan dilinin yazılı 
abidələrində keçmiş zaman formaları” adlı namizədlik 
dissertasiyasını yazmışdır
1

A.N.Kononov VII-IX əsr türk run abidələrinin di-
lində zamanlar sistemini felin xəbər şəkli daxilində təq-
dim etmiş və xəbər şəklini iki hissəyə - sadə və mürək-
kəb xəbər şəkillərinə ayırır. Sadə xəbər şəklinə 
indiki-gə-
ləcək I, indiki-gələcək II, qəti keçmiş, qeyri-məlum keçmiş, 
qəti gələcək I, qəti gələcək II, mümkün gələcək zaman
 for-
malarını, mürəkkəb formalara isə
  qeyri-müəyyən imper-
fekt, uzaq keçmiş, gələcək-keçmiş 
formalarını aid etmiş-
dir
2

X.Q.Niqmatov yazır:“Xəbər  şəkli zaman formala-
rının inkişaf etmiş sisteminə malikdir.Mahmud Kaşğari 
“Divan”ının dilində xəbər şəkli 
qəti keçmiş,  -mış şəkilçili 
keçmiş, qeyri-müəyyən imperfekt, qəti gələcək, yaxın gələcək
 
və 
aorist zaman
 formaları ilə ifadə olunmuşdur”
3

                                                 
1
Велиев И.Д.Формы прошедшего времени в письменных памятниках 
азербайджанского языка XIV-XIX вв. АКД. Баку, 1969, 22 с.  
2
 Кононов  А.Н.Грамматика  языка  тюркских  рунических  памтников 
VII-IX вв. Л., «Наука», 1980, с. 186-192. 
3
Нигматов  Х.Г.Соотношении  категорий  времени  и  наклонения  в 
тюркском  глаголе  (по  материалам  словаря  Махмуда  Кашгарско-
го).//Советская тюркология.,Баку-1970,№5 с..52 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə