Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
147
lənir
1
. Məsələn:
alácaqman, alácaqsən, alácaqde, alá-
caqmız, alácaqsız, alácaqde və s.
Qax rayonunun İlisu
kənd şivəsində, bəzən qeyri-
qəti gələcək zaman təsrif olunarkən şəxs şəkilçisi iş-
lənmir. İşin, hərəkətin hansı şəxsə aid olması müstəqil
şəxs əvəzliklərinin işlənməsi ilə aydın olur
2
; məs.:
men bilər biz bilər
sen bilər siz bilər
ho bilər holar bilər
Göründüyü kimi, bu
xüsusiyyət Azərbaycan ədə-
bi dilinin morfoloji xüsusiyyətlərinə yad olsa da müəy-
yən bir şivəsində yalnız qeyri-qəti gələcək zamanda
özünü göstərir.
D.Q.Tumaşeva yazır:“İkinci paradiqma
-ğan şə-
kilçili feli sifətin şəxs əvəzliklərinın analitik birləşməsi
yolu ilə düzəlir. O, Tobol-İrtış dialektinin şivələri üçün
səciyyəvidir, barabin dialektində isə nadir
hallarda rast
gəlinir:
Мин алған, син алған, ул алған və s.”
3
.
Ədəbi dildən fərqli olaraq türkmən dilinin Olam
dialektində qəti gələcək zamanın ifadəsi zamanı ikinci
şəxsin cəmində şəxs şəkilçisi qəbul edə bilər.
Məs.:
işli:җeqŋizmi -ədəbi d
. işleҗeqmi, yazҗa-
qьŋızmı- ədəbi d. yazҗaqmı
4
.
§2. Həmhüdud kateqoriyalarda zaman
Türk dillərində felin zaman kateqoriyasından da-
nışarkən feli sifət və felin şəkilləri(lazım, arzu, vacib,
1
Поцелуевский А.П.Избранные труды.Ашхабад,“Ылым”,1975,с.116
2
Şirəliyev M.Azərbaycan dialektologiyasının əsasları.Bakı,1962,s. 245.
3
Тумашева Д.Г. Язык сибирских татар.Ч.II.Изд.Казанского Университета,
1968, с. 63.
4
Керимов И.А. Очерки кумыкской диалектологии. АДД. Баку, 1967, с. 21.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
148
şərt) mövzularına da toxunmağı lazım bilirik. Çünki bu
mövzuların hər birində zaman kateqoriyası kateqorik
şəkildə olmasa da, anlayış kimi mövcuddur.
Təbii ki, feli sifət və felin şəkilləri
bizim tədqiqat
obyektimiz deyildir. Ancaq onların zaman anlayışı,
zaman çalarlığı ifadə etməsi bu məsələyə də münasibət
bildirməyimizin vacibliyini şərtləndirir. Fel daxilində
öyrənilən feli sifət, felin lazım, vacib, şərt şəkillərində
zaman anlayışı özünü göstərməkdədir.
Məlum olduğu üzrə, feli
sifət şəkilçilərinin bir
qismi həm feli sifət, həm də zaman kateqoriyasının şə-
kilçiləri kimi çıxış edir. Feli sifətdən törəmiş felin za-
man şəkilçiləri kimi formalaşması feli sifət daxilində
zaman anlayışının olması ilə bilavasitə əlaqədardır.
Ümumiyətlə, istər Azərbaycan dilçiliyində, istər-
sə də digər türk dillərində feli sifətlə bağlı bir sıra əsər-
lər, məqalələr yazılmışdır
1
.
Bunlardan bəzilərində feli
sifətin zaman anlayışı ifadə etməsi məsələsinə toxunul-
muş, bəzilərində isə feli sifət tamamilə başqa aspektdə
araşdırılmışdır.
N.N.Canaşia əmr, vacib, arzu şəkillərinin 2 za-
manda – keçmiş və gələcək zamanda təzahür etdiyini
yazır
2
.
1
Алиев В.Г. Неспрягаемые формы глагола в азербайджанском язы-
ке. АДД,Баку,1989, 57 с. Алиев В.Г. Причастия в современном азер-
байджанском и узбекском языках. АКД, Ташкент, Изд. «Наука»
Узбекской ССР, 1965,23 с. Инкижекова- Грекул А.И. Причастия в
хакасском языке. Академику Владимиру Александровичу Гордлев-
скому, к его семидесятипятилетию. Сборник статей. Изд.АН СССР,
Москва, 1953, с. 108-123.
2
Джанашиа Н.Н. Исследование по морфологии турецкого глагола.
АДД, Тбилиси, 1970, с. 26-28.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
149
Dilçilikdə müasir türk
dillərində gələcək zaman
formalarının sayının artırılması hallarına da rast gəli-
rik. S.Cəfərov yazır:“...Azərbaycan dilinin gələcək za-
man kateqoriyası indiyə qədər iddia edildiyi kimi iki
formaya deyil, altı formaya
(-acaq/-əcək, -ar/ər, -ası/
-əsi, -a/-ə, -malı/-məli, -sa/-sə şəkilçili:
alacaqlar,
alar, alasıdır, ala, almalıdır, alsa) malikdir ki, onların
da hər birinin öz mənası vardır”
1
.
S.Əlizadə yazır:“XVI əsr ədəbi dilindəki feli sifət
şəkilçilərini öz fəallığına,
işlənmə tezliyinə görə üç
qrupa bölmək olar:
1.Bütün mənbələrdə norma səviy-
yəsində olub,çox işlənənlər –
-/y/an, -/y/ən; -mış, -miş,
-dığı, -digi. 2. Norma səviyyəsində olub, universallıq
baxımından əvvəlkilərdən geri qalanlar:
-ar,-ər, -maz,
-məz; -acaq,-əcək. 3. Məhdud dairədə işlənənlər:
-malı,
-məli, -malu, -məlü, -ası, -əsi; -ır, -ir, -ur, ür”
2
.
A.N.Kononov VII-IX əsr türk run abidələrinin di-
lində feli sifəti üç hissəyə ayırır:
1) indiki-gələcək zaman feli sifətləri
2)
keçmiş zaman feli sifətləri
3) gələcək zaman feli sifətləri
3
.
Beləliklə, müasir türk dillərində feli sifətləri ifadə
etdikləri zaman anlayışına görə üç qrupa ayıra bilərik:
1) Keçmiş zaman feli sifətləri:
-qan, -kən, ğan, -ken,
-mış, -miş, -muş, -müş, -dıq, -dik, -duq, -dük, -çaŋ,
-çeŋ
1
Джафаров С. О постановке вопроса наклонения глагола в азербайджанском языке.
//Вопросы категорий времени и наклонения глагола в тюркских языках. Баку,
«Элм», 1968, с. 76.
2
Əlizadə S.Q.Orta əsrlərdə Azərbaycan yazı dili. Bakı,ADU,1985, s. 68.
3
Кононов А.Н. Грамматика языка тюркских рунических памтников VII-IX
вв. Л., «Наука», 1980, с. 120.