Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
138
uқidik və s. şəklində ifadə olunursa, Daşkənd dialek-
tində ёzdimiz, uқidimiz formasında ifadə olunur.
Məlumdur ki,müasir Azərbaycan dilində rezulta-
tiv keçmiş zaman I şəxsin cəmində -q, -k əlamətini
qəbul edir ( almışıq, gəlmişik və s.). Azərbaycan dilinin
yazılı abidələrində XVIII əsrə qədər bu məqamda -z
elementindən istifadə olunmuşdur: etmişiz, gətirmişiz
(Dədə Qorqud); buraqmışız (Nəsimi, XIV əsr); qərq
olmuşuz(Xətai,XV əsr); satın almışız(Füzuli, XV əsr).
1
II şəxsin cəmi. -sınız, -siniz, -sunuz, -sünüz şəxs
sonluqlarına Azərbaycan, türk, qaqauz dillərində rast
gəlinir. Məs.: oxuyacaqsınız, gözəlləşmisiniz, görürsü-
nüz (Azərbaycan); anlayacaksınız, düşünüyorsunuz
(türk); doyurursunuz, işleersiniz (qaqauz) və s
-sız, -siz, -suz, -süz noqay, qumuq, qırğız, qara-
qalpaq dillərində, -siz özbək, -sız, -siz karaim, qazax
dillərində, -sız, -sez kazan-tatar dilində müşahidə olu-
nur. Məs.: bolasız (noqay); alıpsız (qaraqalpaq); ketasiz
(özbək); tapaçaksız, söyərsez (sevərsiniz), tükəsez
(kazan-tatar) və s.
-sıŋdar/-sızdar,-siŋder/-sizder şəxs sonluqları
türk dillərindən yalnız qazax dili üçün xarakterikdir və
hər iki şəkilçi variantı paralel olaraq işlənmə imkanına
malikdir; məs.: alıpsıŋdar/alıpsızdar, istersiŋder/ ister-
sizder, bolğansıŋdar/ bolğansızdar və s.
-zar, -zer xakas dilində istifadə olunur. Məsələn:
körçenzer, alarzar və s.
1
Велиев И.Д.Формы прошедшего времени в письменных памятни-
ках азербайджанского языка XIV-XIX вв. АКД. Баку, 1969, с. 16.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
139
-gïz, -gjiz qumuq, -ĝıž, gež başqırd və kazan-tatar
dillərində rastlanır. Məsələn:kildegež(başqırd); uyladı-
ĝıž (düşündük), kittegež (kazan-tatar) və s.
-hıgıž, -hegez başqırd dillərində istifadə olunur.
Məs.: asqanhıgıž, başlayhığıž, kilerhegez və s.
Müasir başqırd dilində ikinci şəxsin təkində mü-
şahidə olunan -hıŋ, -heŋ, ikinci şəxsin cəmində -hıgıž,
-heqež şəxs sonluqlarına Orxon-Yenisey abidələrinin
dilində də rast gəlinir.
Müasir Azərbaycan ədəbi dilində felin nəqli keç-
miş, indiki, qəti və qeyri-qəti gələcək zaman formaları-
nın ifadəsi zamanı ikinci şəxsin cəmində -sınız
4
şəxs
sonluğundan istifadə olunur. Danışıq dilində isə -sınız
4
deyil, onun qısaldılmış variantı olan -sız
4
şəxs sonlu-
ğuna daha çox təsadüf olunur. Baxmayaraq ki, danışıq
dilində -sız
4
şəxs sonluğu işlənir, -sınız
4
şəxs sonluğu
hələ də ədəbi dil üçün xarakterik hesab olunur.
A.Axundov -sız
4
şəxs sonluğunun ədəbi dil nor-
ması sayılmasına ehtiyac hiss olunduğunu yazır
1
.
Tovuz rayonunun Qovlar kənd şivəsində -aş, -əş
şəkilçilərindən sonra bu vaxta qədər tədqiq olunmuş
dialekt və şivələrimizdə rast gəlmədiyimiz şəxs şəkil-
çilərinə (-daŋ,-dəŋ, -dıŋız, -diŋiz) təsadüf olunur. Məs.:
alaşdaŋ, gələşdəŋ, alaşdıŋız, gələşdiŋiz
2
.
Q.K.Yaqubova yazır: “İkinci xüsusiyyət -qan,
-gen şəkilçili II şəxsin keçmiş zaman feli sifətlərində
ədəbi dilə aid olan -sız, -sez şəkilçilərinin əvəzinə -ıqız,
-ın şəkilçi variantlarının işlədilməsindən ibarətdir.Bu
1
Axundov A.A. Bir daha qrammatik normalar haqqında. Dil və
mədəniyyət. Bakı, Yazıçı, 1992, s. 97.
2
Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları.Bakı,1962, s.236.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
140
morfoloji hadisə Aktaş rayon tatarlarının, xüsusilə
xristianlığı qəbul etmiş tatarların dili üçün xarakterik-
dir. Məs.:- Сез өшеп кайmканыгыз. – Siz üşüyüb qa-
yıtmısınız; Син mунганын – Sən üşümüsən”
1
.
Cəbrayıl rayonunun Sirik kəndində ikinci şəxsin
cəmində -sığız, -siğiz forması müşahidə olunur. Azər-
baycan dilinin Ayrım şivəsində isə ikinci şəxsin cə-
mində -sağız,-səğiz formasından istifadə olunur
2
. Məs.:
alıbsınız əvəzinə alıfsağız, gəlibsiniz əvəzinə gəlifsə-
ğiz, görübsünüz əvəzinə görüfsəğiz və s. işlənir və bu
hadisə qıpçaq elementi hesab olunur.
III şəxsin cəm formasına gəlincə, demək olar ki,
bütün türk dillərində -lar
2
şəkilçisini qəbul edir. Bəzən
isə şəkilçisiz işlənir. Yakut dilində isə III şəxsin cə-
mində -lar şəkilçisindən daha çox -ıar, -ılar, -tar, -tara
şəxs sonluqlarından istifadə olunur: allıar, olollar,
barbıttara və s.
İkinci şəxsdə işlənən şəxs sonluqlarını iki hissəyə
ayırmaq olar:
1.
Sağır nun ilə (ŋ) işlənən şəxs sonluqları
2.
Sağır nunsuz ( ŋ), başqa sözlə, sadə n ilə işlənən
şəxs sonluqları
Məlum olduğu üzrə, müasir türk dillərində sağır
nun (ŋ) ilə işlənən şəxs sonluqları II şəxsdə özünü
göstərir. Şəxs sonluqlarında sağır nun (ŋ) samitinin
1
Якупова Г.К. Описание некоторых морфологических особенностей
языка татар, расположенных по реке зай (Татарская АССР), //
Вопросы диалектологии тюркских языков. Баку, Изд. АН АССР,
1960, c. 141.
2
Садыхов Б.П. О некоторых кыпчакских элементах в айрумском
говоре азербайджанского языка.// Вопросы диалектологии тюрк-
ских языков. Том IV, Баку, 1966, Изд. АН АСССР, с. 180.
Dostları ilə paylaş: |