Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
144
terik olmuşdur. Lakin dilin inkişafının əvvəlki mərhə-
lələrinə nəzər saldıqda
ikinci şəxsin cəmində -nız de-
yil,
-z şəxs sonluğundan istifadə edildiyini müşahidə
edirik; məs:
aldız, bildiz, qorxduz, gördüz və s. H.Mir-
zəzadə yazır: “Müasir ədəbi dilimizdə ədəb və nəzakət
üçün II şəxsdə işlənən
-niz(
getdiniz, söylədiniz) forma-
sına hələlik yazıların dilində təsadüf etmədik;
z ünsürü
yazı və danışıq dilində müştərək olmuşdur
1
Bu xüsusiyyəti Azərbaycan dilinin bir sıra
dialekt
və şivələrində də görmək mümkündür. Tovuz rayonu-
nun Düz Qırıqlı və Xatınlı kənd şivələrində -
şaŋ/-şəŋ
(təkdə),
-şıŋız/-şiŋiz/şuŋuz/şüŋüz(cəmdə); Qovlar kənd
şivəsində isə
-daŋ/-dəŋ(təkdə),-
dıŋız/diŋiz/duŋuz/düŋüz
(cəmdə) şəxs şəkilçiləri işlədilir; məs.:
qalışşaŋ, gəliş-
şəŋ, oxuyuşşuŋuz, üzdüyüşşüŋüz(D.Qır.),
alaşşaŋ, tər-
kizeşşəŋ, uçuroşşuŋuz, düzöşşüŋüz(Xatınlı),
tərsix'di-
rişdəŋ, usduyuşduŋuz(Qov.)
2
. Şəxs şəkilçilərinin bu
cür ifadəsi əsasən, qəti gələcək zaman şəkilçisinin tə-
sirilə bağlıdır.
Bəzi türk dillərində şəxs sonluqları şəxs əvəzlik-
ləri ilə üst-üstə düşür. Tofalar dilində qəti və perfektli
keçmiş zaman formalarından
başqa digər zaman for-
malarında şəxs sonluqları kimi şəxs əvəzliklərindən də
istifadə olunur.
Məsələn:
tutadır men tutadır bis
tutadır sen tutadır siler
tutadırı tutadırı (lar)
1
Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, 1990, s.
143.
2
Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları.Bakı,1962,s.125.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
145
Türk dillərində şəxs sonluqlu zamanlarla yanaşı,
şəxs sonluğu olmayan zamanlar da mövcuddur. Şəxs
şəkilçilərinin işlənməməsi bəzi türk dillərində müəy-
yən zaman formalarını, bəzi türk dillərində isə bütün
zaman formalarını əhatə edə bilər. Karluq qrupu türk
dillərindən olan salar dilində felin bütün zamanlarının
ifadəsi zamanı heç bir şəxs sonluğundan istifadə olun-
mur. Fel istər keçmiş,
istər indiki, istərsə də gələcək
zaman formalarında təsriflənərkən şəxs şəkilçiləri özü-
nü göstərmir; məs.:
keçmiş indiki gələcək
men ałzi
1
men vāpoŕ men vaxqur/(vaxqar)
sen ałzi/ałmiſ sen vāpoŕ sen vaxqur/(vaxqar)
vu ałzi/ałmiſ vu vāpoŕ vu vaxqur/(vaxqar)
piser ałzi piser vāpoŕ piser vaxqur/(vaxqar)
seler ałzi/ałmiſ seler vāpoŕ seler vaxqur/(vaxqar)
vuler ałzi/ałmiſ vuler vāpoŕ vuler vaxqur/(vaxqar)
Bu xüsusiyyət karluq qrupu türk dillərinin spesi-
fik xüsusiyyətlərindən hesab oluna bilər. Çünki bu cə-
hət yalnız salar dilində deyil, sarı-uyğur
dilində də mü-
şahidə olunan cəhətdir:
men tutar mys tutar
sen tutar siler tutar
goł tutar golar tutar
Təbii ki, şəxs sonluqlarının işlənməməsi türk dil-
lərində digər bir xüsusiyyətin meydana gəlməsinə sə-
bəb olur.
Salar dilində özünü göstərən
fərqli xüsusiyyətlər-
dən biri felin zaman şəkilçilərindən sonra şəxs sonluq-
1
Nümunələr Э.Р.Тенишевин «Саларский язык» əsərindən götürülmüş-
dür (s.33, 35)
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
146
larının işlənməməsidir. Məhz bu səbəbdən felin hansı
şəxsə aid olduğunu bildirmək üçün fel formasından əv-
vəl şəxs əvəzliklərinin işlənməsi zəruridir.
Zaman şəkilçilərindən sonra şəxs sonluqlarının
işlənməməsi xüsusiyyəti oğuz qrupu türk dillərindən
yalnız türkmən dilində müşahidə olunur. Şəxs sonluğu
olmayan digər türk dillərindən fərqli olaraq türkmən
dilində bu xüsusiyyət qəti-gələcək zaman formasında
özünü göstərir.
-acaq, -əcək şəkilçili bu zaman forması
türkmən dilində
-cак, -cек şəklindədir.
Türk dillərində
də bu zaman formasının təsrifi zamanı şəxs şəkilçiləri
işlənmədiyi üçün şəxs əvəzliklərinin işlənməsi müt-
ləqdir:
men qalcak, görcek biz qalcak, görcek
sen qalcak, görcek siz qalcak, görcek
ol qalcak, görcek olar qalcak, görcek
Türk dillərində felin zamanlarının inkar formala-
rının
-ma, -mə şəklində ifadəsinə baxmayaraq türkmən
dilində bu zaman formasının inkarı da fərqlidir. Belə
ki, bu dildə qəti-gələcək zamanın inkarı
-ma, -mə inkar
şəkilçiləri ilə deyil, dəl (“deyil”) sözü ilə meydana çı-
xır:
men alcak dəl, sen alcak dəl, ol alcak dəl və s.
Bir
cəhəti qeyd edək ki, türkmən dilinin çovdur
dialektində bu forma şəxs şəkilçiləri ilə işlənir
1
. Bun-
dan əlavə, türkmən dilinin Anaulı dialektində də
-cак,
-cек şəkilçili zaman forması ədəbi dildən fərqli olaraq
bütün şəxslər üzrə şəxs sonluqları qəbul edərək təsrif-
1
Каджарова Э.Прошедшее время изъявительного наклонения в письменных
памятниках туркменского языка XVIII-XIX вв. АКД, Ашхабад,1964,с. 5