Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
141
olması qədim tarixə söykənir. Belə ki, qədim türk ya-
zılı abidələrində nəinki II şəxsin tək və cəmində, ümu-
miyyətlə, abidələrin dilində geniş yayılmış, daha sonra
türk dillərinin inkişafının müəyyən mərhələlərində öz
işləkliyini itirmişdir. Buna baxmayaraq, türk dillərində
şəxs sonluqlu zaman formalarında II şəxsdə sağır nun
( ŋ) samitinin işlənməsi bir sıra türk ədəbi dilləri üçün
xarakterikdir. Hər hansı türk ədəbi dilində şəxs sonluq-
larında II şəxsin tək və cəmində sağır nun ( ŋ) səsinin
işlənməməsi bu dildə ona rast gəlinməməsinə dəlalət
etmir. Çünki bu formalar ədəbi dildə özünü göstərmir-
sə, həmin dilin müəyyən dialektində özünü göstərə bi-
lər.
Professor E.Əzizovun bir fikrini xatırlatmaq is-
tərdik:“Ədəbi dilin müəyyən bir dövründə dialekt-da-
nışıq əlaməti olan bir xüsusiyyət başqa bir dövrdə və
ya mərhələdə normaya çevrilir. Eləcə də əvvəlki dövr-
lərdə ədəbi dil norması sayılan xüsusiyyətlərin sonrakı
dövrlərdə arxaikləşməsi halları özünü göstərir. Ar-
xaizmlərin ədəbi dil faktı olanları dildən çıxır, dialekt-
lə uyğun gələnləri isə dildə qala bilir”.
1
Bu fikri sağır nunla ( ŋ) da bağlı söyləmək olar.
Məsələn, müasir Azərbaycan ədəbi dilində sağır nun
(ŋ) səsinin işlənməməsinə baxmayaraq Azərbaycan
ədəbi dilinin inkişaf tarixinin əvvəlki dövrlərində sağır
nun (ŋ)dan geniş istifadə olunmuş, bu gün də həmin
səs dialekt və şivələrimizin böyük bir qismində geniş
işləkliyə malikdir.
1
Əzizov E. Azərbaycan dilinin tarixi dialektologiyası. Bakı,1999,
s. 9.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
142
Sağır nunla (ŋ) bağlı bu sözləri zaman formala-
rında işlənən şəxs şəkilçilərində özünü göstərən sağır
nun ( ŋ) səsinə də aid etmək olar. Belə ki, sağır nun ( ŋ)
səsi II şəxsin təki və cəmində Azərbaycan dilinin qərb
qrupu dialekt və şivələrində geniş yayılmışdır. Təbii
ki, digər türk dillərində və onların dialektlərində za-
man formalarına nəzər salsaq, eyni vəziyyətlə qar-
şılaşmış olarıq.
Müasir türkmən, özbək, tofalar, altay, noqay, qa-
zax, başqırd, şor, yakut, xakas ədəbi dillərində zaman
formaları şəxs sonluqlarına malikdir. Sadaladığımız bu
dillərdən altay, noqay, qazax, başqırd, şor, yakut, xa-
kas ədəbi dillərində sağır nun ( ŋ) samiti yalnız ikinci
şəxsin təkində özünü göstərir.
Tofalar dilində yalnız -dı
4
, -tı
4
şəkilçili qəti keç-
miş zaman formasında II şəxsin həm təkində, həm də
cəmində sağır nun (ŋ) səsindən istifadə olunur: aŋna-
dıŋ, aŋnadıŋar, keldiŋ, keldiŋer və s. Müasir türk ədəbi
dillərindən yalnız türkmən ədəbi dilində felin bütün
zaman formalarında (qəti gələcək zaman formasından
başqa) II şəxsin tək və cəmində sağır nun(ŋ) işlədilir.
Məs.: Sen – aldıŋ, эşitdiŋ, qalyarsıŋ, bilersiŋ
Siz - aldıŋız, эşitdiŋiz, qalyarsıŋız, bilersiŋiz
Tofalar və tuva dillərində II şəxsin təkində -ŋ, -ıŋ,
cəmində -ŋar, -ŋer; türkmən dilində II şəxsin təkində
-ŋ, -sıŋ, -siŋ, -suŋ, -süŋ, cəmində -ıŋız, -iŋiz; -sıŋız,
-siŋiz şəxs sonluqlarından istifadə edilir. Şəxs sonlu-
ğunda sağır nun (ŋ) səsinin müşahidə olunduğu digər
türk dillərində yalnız II şəxsin təkində rastlanır: bardıŋ,
kelgeniŋ, bardıŋar, kelgenŋer(tofalar); geldiŋ, bakyar-
sıŋ, bakdıŋız, göryərsiŋiz, alarsıŋ (türkmən).
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
143
II şəxsin təkində xakas dilində -zıŋ, -ziŋ; başqırd
dilində -ŋ, -hıŋ, -heŋ; şor dilində -ŋ, -zıŋ, -ziŋ; qazax
dilində -ŋ, -sıŋ, noqay dilində -sınь, -sinь, yakut dilin-
də -ıŋ, -iŋ, -uŋ, -üŋ , qaraqalpaq dilində -saŋ, -seŋ, ka-
zan-tatar dilində -sıŋ, -seŋ şəxs sonluqları müşahidə
olunurş.Məs.: barasıŋ,alğansıŋ, aldıŋ(qazax), aldıŋ, kil-
deŋ, alğanhıŋ, kilgənheŋ, ukırhıŋ (başqırd); tutqanzıŋ,
körerziŋ(şor); atçazıŋ, sanidırzıŋ, kördiŋ, pilqeziŋ (xa-
kas); bardıŋ, allıŋ, tupputuŋ(yakut); alıpsaŋ, barıpsaŋ
(qaraqalpaq) və s.
Xakas dilində ikinci şəxsin cəmini ifadə etmək
üçün -ŋar, -ŋer şəxs sonluğundan da istifadə olunur.
Məs.: pöktiŋer, atçanŋar və s.
Digər türk dillərində -nız şəxs sonluğu II şəxsin
cəmində istifadə olunduğu halda, qırğız dilində -ŋ şəxs
sonluğu ilə yanaşı, II şəxsin təkində nəzakət formalı
-ŋız şəxs sonluğundan da istifadə olunur: kettiŋ=ketti-
ŋiz, karadıŋ(gördün)= karadıŋız və s.
Müasir Azərbaycan dilinin danışıq dilində II şəx-
sin cəmində -sınız, -siniz, -sunuz, -sünüz şəkilçisi ilə
yanaşı, -sız, -siz, -suz -süz formasından da istifadə olu-
nur. Məs.: görübsünüz – görübsüz, gəlirsiniz – gəlirsiz,
alırsınız– alırsız, görəcəksiniz – görəcəksiz, oturarsınız
– oturarsız və s.
Qıpçaq qrupu türk dillərindən olan krım-tatar di-
lində nəinki danışıq dilində, eləcə də yazıda II şəxsin
cəmində hansı zaman formasının işlənməsindən asılı
olmayaraq -sınъız və -sız paralel işlənir: alırsı(nъı)z,
isteysi(nъi)z və s.
Müasir dilimizdə işlənən şühudi keçmiş zamanın
qəbul etdiyi şəxs sonluqları bütün dövrlər üçün xarak-
Dostları ilə paylaş: |