Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
150
2) İndiki zaman feli sifətləri: -an, -ən
3) Gələcək zaman feli sifətləri: -ır, -ir, -ur, -ür,
-ar, -er, -r, -acaq, -əcək, -ası, -əsi, -malı, -məli
-an, -ən feli sifəti indiki zaman anlayışını bildirir və
Azərbaycan, türk, qaqauz və türkmən dillərində müşa-
hidə olunur: qaçan oğlan, gülən qız (Azərbaycan), oku-
nan kitap, söylenen şarkı (türk) və s.
V.A.Qordlevski “Türk dilinin qrammatikası” əsə-
rində -an, -en şəkilçili feli sifətə münasibət bildirərək
onun həm keçmiş, həm də indiki zamana aidliyini qeyd
edir
1
.
A.N.Kononov və A.Samoyloviç isə -an, -en for-
mantlı feli sifətlərin həm indiki, həm də gələcək zaman
anlayışı ifadə etdiyini yazırlar
2
.
-qan, -kən, ğan, -ken keçmiş zaman feli sifətini
əmələ gətirir və türk dillərində geniş işləkliyə malikdir.
Belə ki, o, oğuz qrupu türk dilləri istisna olmaqla,
qıpçaq, bulqar, karluq və uyğur dillərində feli sifət şə-
kilçisi kimi mövcuddur.
Haqqında danışdığımız -qan, ğan, -ken, -kən şə-
kilçiləri keçmiş zaman feli sifətini, həm də mövcud ol-
duğu türk dillərində qeyri-müəyyən keçmiş zaman for-
masını əmələ gətirir.
Qaraqalapaq dilinin cənub-qərb dialektinin
qarışıq türkmən-qaraqalpaq şivəsində şəkilçinin -an,
1
Гордлевский В.А. Грамматика турецкого языка.(морфология и
синтаксис) Москва. 1928, с. 113.
2
Кононов А.Н. Грамматика современного турецкого литературного
языка. М.-Л., Изд. АН СССР, 1956, с. 252; Самойлович А. Краткая
учебная грамматика современного османско -турецкого языка. Ле-
нинград, 1925. Российская государственная академическая типо-
графия. с. 218.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
151
-en variantı işlənir: kelen(kelgen), alan(alqan), salan
(salqan)
1
-mış, -miş, -muş, -müş şəkilçisi -qan, ğan, -ken,
-kən feli sifət şəkilçisinin ekvivalenti kimi çıxış edir və
yalnız oğuz qrupu türk dillərində özünü göstərir.
Türk dilçisi M.Malkoçun fikrincə, Partisip eki
olarak bu ekin geçmiş ifadesinde öğrenilen geçmiş za-
man ifadesi pek yoktur. Sadece geçmiş zaman ifadesi
vardır
2
.
-ar, -ər şəkilçisi ilə bağlı S.Cəfərov yazır:“Əslin-
də müzare(qeyri-müəyyən gələcək) zaman əmələ gətir-
məyə xidmət edən qrammatik şəkilçidən qrammatik-
leksik mənasını kəsb edərək, eyni zamanda feli sifət
şəkilçisi yerinə keçmiş, ən nəhayət, öz mənasını in-
kişaf etdirərək, leksik-qrammatik bir şəkilçi kimi də
formalaşmışdır”
3
.
-acaq, -əcək şəkilçili feli sifət zaman forması ki-
mi mövcud olduğu türk dillərində həm də gələcək za-
man feli sifəti kimi fəaliyyət göstərir. Məsələn: Azərb.:
oxunacaq məktub-məktub oxunacaq(dır);türk: alınacak
kitap-kitap alınacak(tır); türkmən: okacak oglan – og-
lan okacak və s.
T.A.Borovkova Mahmud Kaşğarlının “Divanü
lüğət-it-türk” əsərinin dilindəki -mas haqqında yazır: “-
mas indiki, gələcək və ümumi zamanın inkar feli sifəti-
dir; funksiyasına görə -ur şəkilçili təsdiq feli sifətinə
1
Баскаков Н.А. Каракалпакский язык, II, М.-Л., Изд. АН СССР, 1952, с.
440.
2
Malkoç Muzaffer.-dı'lı ve -mış'lı Geçmiş Zaman.//Türk Dili Araştırmaları
Yıllığı Belleten 2004, c:II, s. 110.
3
Cəfərov S. Azərbaycan dilində söz yaradıcılığı. Bakı, Azərbaycan Universiteti
nəşriyyatı, 1960, s. 96.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
152
uyğun gəlir”
1
.
Maraq doğuran şəkilçilərdən biri də -a, -e (-ə), -y
şəkilçiləridir. Belə ki, -a,-e(-ə),-y şəkilçilərinin türk dil-
lərində indiki zaman forması əmələ gətirməsi hamıya
məlumdur. Bununla yanaşı bu şəkilçi həm də arzu şək-
linin morfoloji əlaməti kimi çıxış edir. Müasir Azər-
baycan dilindən fərqli olaraq, orta əsrlərdə bu şəkilçi
dilimizdə həm də indiki zaman mənasında işlənmişdir.
Türk dillərində arzu şəklinin ifadəçisi kimi gələcək za-
man anlayışına malikdir.
Bəzən feli sifət şəkilçiləri yalnız müəyyən bir
qrup üçün, yaxud müəyyən bir dil üçün spesifik sayıla
bilər. Məsələn, uyğur-oğuz qrupu türk dillərindən olan
xakas dilində türk dillərində geniş işləkliyə malik olan
-ğan, -ar, -er, -r feli sifət şəkilçiləri ilə yanaşı, digər
qrup türk dillərində rastlanmayan -çan, -çen, -xalak,
-kelek, -xadıq, -kediq, -aaçı, -eeçi
kimi feli sifətləri də
müşahidə olunur.
H.Mirzəzadə bu şəkilçi ilə bağlı yazır :“-(y)-əsi,
-ası şəkilçisinin mənaca dəqiqləşməsi, bir vəzifədən
başqa bir vəzifəyə doğru meyl etməsi prosesi təxminən
XVII əsrin sonundan başlayır. Bu dövrə qədər həmin
şəkilçinin feli sifət şəkilçisi kimi işlənməsinə çox az,
gələcək zamanın şəkilçisi kimi işlənməsinə isə daha
çox təsadüf edilir. Müasir Azərbaycan dilində bu nis-
bət pozulmuş, o, gələcək zaman əvəzinə feli sifət şəkil-
çisi kimi özünü göstərməkdədir”
2
.
1
Боровкова Т.А. Грамматический очерк языка «Дивану лугат-ит-
турк» Махмуда Кашгари. АКД, Ленинград, 1966, с. 10.
2
Mirzəzadə H. Azərbaycan dilinin tarixi morfologiyası. Bakı, Azərb.
Dövlət tədris-pedaqoji ədəbiyyatı nəşriyyatı, 1962, s. 261.
Dostları ilə paylaş: |