Microsoft Word Gulnara-kitab son doc



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə56/70
tarix26.01.2018
ölçüsü2,89 Kb.
#22586
1   ...   52   53   54   55   56   57   58   59   ...   70

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
172
 
 
 
 
görə konkret vaxt çərçivəsində  məhdudlaşmayan, adi, 
həmişə, təbii baş verən hərəkət
1

B.Çarıyarov cənub-qərb qrupu türk dillərində in-
diki zamanın 6 məna xüsusiyyətini göstərmişdir. Qeyd 
olunan bu xüsusiyyətlərin ikisi üslubi məqamları özün-
də əks etdirir
2

“Türkmən dilinin qrammatikası”nda -yar, -yər şə-
kilçili ümumi indiki zamanın 5 məna xüsusiyyətinin 
olduğu göstərilir
3

İ.Tahirov Azərbaycan dilində -(y)ır
4
 şəkilçili indi-
ki zamanın funksional baxımdan üç növünü 
4
 göstərir:  
1. Əsl indiki zaman 
2. Geniş indiki zaman  
3. Mücərrəd indiki zaman  
Müəllifin bu bölgüsü ilə tam razılaşırıq və onun 
bu bölgüsünü düzgün, konkret və məqbul hesab edirik. 
Bu bölgünü nəinki Azərbaycan dilində -ır, -ir, -ur, -ür 
şəkilçili indiki zamana, eləcə də türk dilində -yor şəkil-
çili indiki zamana, türkmən dilində -yar, -yər şəkilçili 
indiki zamana, qaqauz dilində -er, -yer şəkilçili indiki 
zamana aid etmək olar.  
Biz A.Axundovun bölgüsünü əsas götürərək türk 
dillərində indiki zamanın müşahidə olunan, əsasən, 
aşağıdakı  məna xüsusiyyətlərini qeyd edirik. Bütün 
türk dillərində müşahidə olunan bu xüsusiyyətlərin 
                                                 
1
 Грамматика  современного  якутского  литературного  языка  (фонетика  и 
морфология). Москва, «Наука», 1982, с. 306.  
2
 Чарыяров  Б.  Времена  глагола  в  тюркских  языках  юго-западной  группы. 
АДД. Ашхабад, 1970, с. 19-20. 
3
Грамматика туркменского языка.Ашхабад,“Ылым”,1970,c.273-274.  
4
 Tahirov İ.Azərbaycan və ingilis dillərində zaman kateqoriyası.Bakı,“Nurlan”,2007,s. 182 


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
173
 
 
 
 
qrammatik zamandan daha çox obyektiv indiki zamanı 
ehtiva etməsi ilə əlaqədardır. 
1. Hal və ya hərəkət danışıq vaxtı ilə tam uyğun-
luq təşkil edir. İ.Tahirovun dili ilə desək, əsl indiki za-
manda işlənən felin ifadə etdiyi hal və ya hərəkət nitq 
momenti(və ya danışıq vaxtı – G.Ə.) ilə üst-üstə düşür, 
başqa sözlə, burada qrammatik indiki zaman obyektiv 
indiki zamana uyğun gəlir
1
.Azərb.:-Gülşən xanım, bu 
saat nə barədə  fikirləşirsiniz? (M.Süleymanov, Yerin 
sirri); türk:Ama Doktor bey, ben hastayım diyorum, siz 
ise zevkinizi düşünüyorsunuz (A.Boysan,Yangın var); 
Neye öyle yarım ağızla cevap veriyorsun? ...diye sor-
du; Şimdi, bu zavallı kıza yapılacak hiçbir şeyiniz yok 
mu? Bu suali hâlâ vicdanınızın temizliğinden  şüphe 
etmediğim için soruyorum (R.N.Güntekin,Yaprak dö-
kümü); qaqauz:- Sen neçin üzüü parmaana koymээsın
– sormuş askerlär batüsuna; Ne o kalpak senin tependä 
durэr? – sormuşlar (Masallar). 
2. Hal və ya hərəkət danışıq vaxtı ilə tam uy-
ğunluq təşkil etməklə bərabər, subyektin ümumi xüsu-
siyyətini əks etdirir. Bu məna növü İ.Tahirovun geniş 
indiki zaman adlandırdığı xüsusiyəti ilə üst-üstə düşür: 
Azərb:Qafar dayı çubuğu doldurub cavab verdi:- Bibi-
heybət trestinin qazma idarəsində baş mühəndisin 
müavini işləyir (M.Süleymanov,Yerin sirri); Yuxarıda 
dediyimiz kimi, Mazan Əliyev trestdə  işləyir  (Anar, 
Adamın adamı); Ceyhun kiçik qardaşımdır. Moskvada 
memarlıq institutunda oxuyur; Hümmət nazir müavini 
olub, Bakıda  yaşayır(İ.Əfəndiyev,Söyüdlü arx); türk: 
                                                 
1
 
Tahirov İ. Azərbaycan və ingilis dillərində zaman kateqoriyası. Bakı, “Nurlan”, 
2007, s. 182.
 


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
174
 
 
 
 
Hiç mukaddeme yapmadan: - Ben evleniyorum baba, 
dedi(R.N.Güntekin,Yaprak dökümü);Orhan –(Ayşeye)  
Nerede okuyorsunuz? (N.Hikmet) 
3. Danışıq vaxtı ilə tam uyğunluq təşkil edən fel 
eyni zamanda uzun dövrlərə, həm keçmiş, həm də 
müəyyən dərəcədə  gələcək zamana aid olan ümumi 
halları ifadə edir: Azərb.: Əgər bu əməliyyat baş tutsa, 
onda hər ikimizi yaxşı gələcək gözləyir(M.Qacar, Met-
roda terror)  
Müasir türk dilində bu məna xüsusiyyəti  əsasən, 
geniş zaman vasitəsilə  həyata keçirilir.Məs.:“Dil ve 
Kültür” adı ile bir kitap halinde topladığı bu yazılar dil 
devrimine en karşı olanları bile yumuşatıp, ikna ede-
cek sağlam temellere dayanır(H.Taner, Ölürse ten ölür, 
Canlar ölesi değil). 
Ç.Hüseynzadə indiki zamanın üslub xüsusiyyət-
lərini 4 formada xarakterizə edir:
1
 
1)   indiki zaman forması ilə keçmiş zaman anlayı     
     şının canlandırılması 
2) indiki zaman anlayışının keçmiş zaman şəkilçi 
      si ilə verilməsi 
3)  indiki zaman forması ilə gələcək zaman anlayı 
     şı ifadə olunması 
4)
 
indiki zaman şəkilçisində ixtisaretmə yolu ilə  
          fərdi üslubi norma yaradılması 
“Fel zamanlarının müxtəlif üslub xüsusiyyətlərinə 
malik olması yalnız bu və ya digər bir dillə məhdudla-
şıb qalmır, bu hal özünü ümumi dil hadisəsi kimi gös-
                                                 
1
 Hüseynzadə Ç. Azərbaycan dilində morfoloji norma. Bakı, Nurlan, 
2004, s. 226-227.  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə