Microsoft Word Gulnara-kitab son doc



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə53/70
tarix26.01.2018
ölçüsü2,89 Kb.
#22586
1   ...   49   50   51   52   53   54   55   56   ...   70

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
162
 
 
 
 
Amerikan ismi koydum.elime bir yerden de Newyork”-
un planını geçirdim. Romandakı yer adları da Ameri-
kanca  oldu.  Şimdi sıra  geldi, romanın yazarına. Mark 
Obrien diye bir de ortaya Amerikan yazarı  çıkardım 
(A.Nesin,Çeviri Hikayeler, Romanlar); qaqauz:  İndim 
bän çaak o punarın suyuna, doldurdum  şişeyi da gü-
culä  çıktım, ama suladım onu(D.Kara Çoban); yakut: 
Биирдэ Микиитэ эĥэтэ дьие таĥыттан сүүрэн киир-
дэ,  кулун  бергэĥэтин,  таба  сађынньађын  хастыы 
тардыталаан ороЊЊо элитэлэттэ уонна таĥырьда 
төттөрү ыстанан тађыста.  
Təbii ki, hərəkətlərin ardıcıllığı, müəyyən zaman 
kəsiyini əhatə edir.Hərəkət ardıcıllığı arasındakı zaman 
məsafəsi müxtəlif ola bilər. Belə ki,bir neçə dəqiqə ön-
cəki hadisədə baş vermiş hərəkətin ardıcıllığı, eləcə də 
on il yaxud yüz il və s. arasında baş verən hərəkətlərin 
ardıcıllığı mümkündür. Nümunələrə  nəzər yetirək: 
Azərbaycan dilində: Sonra küncdəki maşın işə düşdü
işığı küçə pəncərəsini işıqlandırdı, sonra maşın da, elə 
bil, o uzun şinelli kimi, hirslə yerindən  götürüldü  və 
get-gedə səsi uzaqlaşdıeşidilməz oldu (Elçin,  Ağ də-
və); Onların dörd oğlu, bir qızı oldu, Gülməmməd Xo-
rasana gedib “Məşədi Gülməmməd” oldu. Amma Kər-
balayı İbixandan bir neçə il sonra Məşədi Gülməmməd 
də rəhmətə getdi. Kürdobanın başbiləni, qonaq qabağı-
na çıxanı, qan bağlayanı, elçi gedəni Səkinə arvad ol-
du. Dünyagörmüş kişilər deyərdilər, “Səkinə  ağılda, 
kamalda atası  Kərbalayı  İbixana çəkib” (İ.Əfəndiyev, 
Geriyə baxma, qoca). 
Müşahidələr onu deməyə  əsas verir ki, bu hərə-
kətlər real həyatda baş verənlərin zaman etibarilə bir-


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
163
 
 
 
 
birini izləməsidir. Belə bir ardıcıllıqla baş verən hərə-
kətlər ümumi dinamikaya malikdir və onlardan biri di-
gəri üçün səbəb və ya nəticə bildirir
1
.  
Hərəkətlərin bir-birini izləməsi ardıcıllığı, eyni 
zamanda, digər zamanlar üçün də xarakterikdir. Fik-
rimizcə, bu hər bir zamana aid oluna bilən ümumi se-
mantik xüsusiyyətdir. Çünki eyni xüsusiyyəti indiki və 
gələcək zaman formalarında da müşahidə etmək olar.  
4. Qəti keçmiş zaman formasının semantik xüsu-
siyyətlərindən “birdəfəlilik” xüsusiyyətini xüsusi qeyd 
etmək lazımdır. Bu xüsusiyyət qəti keçmiş zamanın 
ifadə etdiyi iş, hal və ya hərəkətin dəfələrlə deyil, bir 
dəfə icra olunduğunu göstərir. Məsələn: Azərb.:Cavad 
bəy Cahangir bəylə birlikdə qalanın keşikçi dəstəsini 
möhkəmlətdikdən sonra qərargaha  qayıtdılar  (İ.Şıxlı, 
Ölən dünyam); Bir azdan Canəli imtahan vermiş tələbə 
kimi sevinə-sevinə içəridən  çıxdı  (İ.Məlikzadə); türk: 
Polis işe  karıştı. Çekişmenin sonunda Metin babasına 
kaldı  (A.Nesin); qaqauz: Dolapsiz avşamadak  döndü 
kuydän; Sabaylan onnar uyandılar erken (D.Kara Ço-
ban); Hepsi çingenelär kuvannar gibi sardılar balaban 
xem gözäl iyri çatma kaşlı Mixalakiyi (N.Baboglu); 
başqırd:70-90 yıllarda boşqird adabiyotida ko'plab pro-
zaik asarlar yaratildi 
(www.samdu.uz/files/web/napr/ 
filologiya/txa/html). 
5. Bəzən ola bilər ki, qəti keçmiş zaman forması 
hər hansı mənbədən alınmış məlumatı, tarixi faktı ifa-
də edə bilər.  Məsələn: Azərb.:1931-ci il yanvarın 7-də 
                                                 
1
 Vəliyev  İ.D. Azərbaycan yazılı abidələrinin dilində  -ıb  şəkilçili nəqli 
keçmiş zaman. //Türk dillərinin tarixi morfologiyasına dair araşdırmalar. 
Bakı, Universiteti nəşriyyatı, 1990, s. 158. 


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
164
 
 
 
 
“Molla Nəsrəddin” jurnalının son nömrəsi çıxdı. Cəlil 
Məmmədquluzadə bu gündən sonra cəmisi bir il yaşa-
. 1932-ci il yanvarın 4-də vəfat etdi(Anar); 1994-cü il 
iyulun 1-də təxribatçı təyyarə ilə Yerevandan Mineral-
nıe Vodı  şəhərinə  yola düşdü (M.Qacar, Metroda ter-
ror); özbək:...  Şuninqdek, respublikada taъlim, tojik, 
қirğiz,  қozoқ, turkman tillarida olib boriladiqan mak-
tablar uçun imtiҳon materiallari “Nurli jol”(1999 yil, 
12 may), “Ovozi tojik” qazetalari orқali  elon  қilindi
Қirğiz, turkman maktablari uçun materiallar 13.05.-
470 raқamli (1999 yil 11 may) xat bilan teqişli viloyat 
XTB lariqa etkazildi (Marifat qazetasi). 
6.  Dinamiklik xüsusiyyəti. Qəti keçmiş zamanın 
məna xüsusiyyətlərindən biri də odur ki, o, iş, hal və 
ya hərəkətin dinamikliyini bildirir. Qeyd edək ki, keç-
miş zamanla ifadə olunan bütün fellər dinamik xüsu-
siyyətlidir. Məsələn:Azərb.:Onların  ətrafına toplaşan 
göytəpəlilər  susdular. Böyük narahatlıqla bu höcət-
ləşmənin nə ilə qurtaracağını  gözlədilər  (İ.Şıxlı, Dəli 
Kür); türk: Ali – Kamil bey amcam sana bir avukat tut-
tu(N.Hikmet); kazan-tatar: Çəyqə kerqəç, əti belən əle-
qe avıldaş, üzləre türqə uzıp, samavır yanına utırdılar 
(Q.Bəşirov); türkmən:Ah çekdim, bilim büküldü; Sütü-
nim  arşa çekildi; Gözümden sil dek döküldi, Gan bir 
yana, yaş bir yana(N.Saryhanov, Şükür Bagşy) 
-mış  şəkilçili keçmiş zaman. A.A.Axundov nəqli 
keçmiş zaman formasının 8 məna xüsusiyyətini fərq-
ləndirir
1

                                                 
1
 Axundov A.A. Felin zamanları. Bakı, ADU nəşri, 1961, s. 61-67.  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə