Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
68
tına çevrilir; məs.: aldū, gəldū, durdū, döndū
1
. Bu, o
deməkdir ki, dörd variantda – -dı, -di, -du, -dü şəklində
özünü göstərən şühudi keçmiş zaman şəkilçisi yalnız bir
variantda müşahidə olunur. Ədəbi dildə aldın, gəldin,
durdun, döndün həmin sözlərin qarşılığıdır. Ehtimal ki,
bu xüsusiyyət digər türk dillərinin dialektlərində də rast-
lanır.
Şühudi keçmiş zamanla bağlı Azərbaycan dilinin
Şəki dialektində fərqli cəhət özünü göstərir. Belə ki, Şə-
kinin İncə və Zunud kəndlərində sonu m və n samitləri
ilə bitən fellər birinci şəxsin təki və üçüncü şəxsin tək
və cəmində -nı, -ni, -nu, -nü; birinci şəxsin cəmi və
ikinci şəxsin təkində -nı, -nu şəkilçilərini, sonu l samiti
ilə bitən fellər isə birinci şəxsin təki və üçüncü şəxsin
tək və cəmində -lı, -li, -lu, -lü; birinci şəxsin cəmi və
ikinci şəxsin təkində -lı, -lu şəkilçilərini qəbul edir.Məs:
qannım, qannın, qannı, qannıx, gəllim, gəllin, gəlli,
gəllıx, gəllilər və s. Azərbaycan dilinin Şamaxı dialek-
tində, Göyçay və Muğan qrupu şivələrində bəzən -dı
4
şühudi keçmiş zaman şəkilçisinin -zı
4
, -sı
4
variantlarına
rast gəlinir. Fel z səsilə bitərsə -zı
4
, s səsi ilə bitərsə -sı
4
şəkilçisi artırılır. Eyni vəziyyəti türkmən dilinin əksər
şivələrində müşahidə edirik. Sonu n, l, z, s samitləri ilə
bitən fellərə müvafiq olaraq -nı,-ni -lı, -li, -zı, -zi, -sı, -si
variantları əlavə olunur. Məsələn, yannı, gelli, yazzı,
kessi.
1
Vəliyev A.H.Azərbaycan dialektologiyası (keçid şivələrin morfologiyası və
sintaksisi). Bakı, ADU nəşri, 1975, s. 37.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
69
Türkmən dilinin əksər şivələrində n, l, z, s səssizlə-
ri ilə bitən fellərə müvafiq şəkildə -nı, -ni, -lı, -li, -zı, -zi,
-sı,-si şəkilçiləri qoşulur.Məs.: yannı, gelli yazzı, kessi
1
.
Türkmən dilinin Manış dialektində konkret keçmiş za-
man adlandırılan bu zaman forması ədəbi dillə müqayi-
sədə müəyyən fonetik fərqlərə malik olan -dı, -di, -tı,
-ti, -nı, -ni, -lı, -li şəkliçiləri ilə düzəlir
2
.
M.Saliyev yazır: “Türkiye Türkçe'si ile Kırgız
Türkçe'sinde zaman ekleri üzerinde çok aşırı derecede
farklılık bulunmaktadır. Bu farklılıklar sadece fonetik
farklılıklar değil de morfem farklılıklarını taşımaktadır.
Bu iki şive sadece görülen geçmiş zaman ekinde bir-
leşiyorlar. Gördüğünüz gibi Kırgız Türkçe'si geçmiş za-
man ekleri bakımından fazladır. Kırgız Türkçe'sinde si-
fat fiil görevinde olan –gen eki geçmiş zamanı, -ar eki
de arsar gelecek zaman ekinin görevini de taşımakta-
dır”
3
.
Barabin tatarlarının dilində zamanlarla bağlı xüsusi
bir cəhəti qeyd etmək lazım gəlir. Bu da ondan ibarətdir
ki, qəti-keçmiş zamanla indiki II zaman formalarının
morfoloji əlamətləri üst-üstə düşür. Həmin morfoloji
əlamət -tı şəkilçisidir. Doğrudur, hər iki zamanı forma-
1
Rüstəmov R.Ə.Azərbaycan dilinin dialekt və şivələrində fel.Bakı,1965,s.
198
2
Атамедов Н. Манышский говор анауского диалекта туркменского
языка. АКД, Ашхабад, 1965, с. 21.
3
Saliyev M. Kırgız Türkçe'si ile Türkiye Türkçe'sindeki Grammatikal
Eklerin Tasviri ve Eş zamanlı Karşılaştırılması. //Uluslararası Türk Dili
ve Edebiyyatı öğrenci kongresi,11-13 Eylül 2006. İstanbul, İstanbul
Kültür Üniversitesi yayını, 2008, s. 122.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
70
laşdıran -tı şəkilçisi müasir dil baxımından səs tərkibinə
görə eyni olsalar da, mənşə etibarilə bir-birindən tama-
milə fərqlənirlər. Barabin tatarlarının dilində -tı şəkilçisi
qəti-keçmiş zamanla -tı şəkilçili indiki zaman forması
yalnız vurğu ilə fərqlənirlər
1
. Belə ki, qəti-keçmiş zama-
nın morfoloji göstəricisi -tı vurğulu, indiki II zamanın
morfoloji göstəricisi -tı isə vurğusuzdur; məs.: kilti, altı,
kitti, utırtí – qəti keçmiş zaman, kilti, áltı, kitti, utırtı –
indiki II zaman.
-Mış və -qan şəkilçili keçmiş zaman. Müasir Azər-
baycan, türk, qaqauz dillərində -mış, -miş, -muş, -müş,
özbək və uyğur dillərində təkvariantlı -miş formasında
təzahür edir. Burada uyğur dilini digər türk dillərindən
fərqləndirən cəhət -miş şəkilçili keçmiş zamanın yalnız
üçüncü şəxsin tək və cəmi üçün xarakterik olmasıdır.
Məs.: almiştur,gelmiştur və s. Tək və cəm üçün eyni for-
ma xarakterikdir. Eyni zamanda uyğur dilində bunun
şəxs sonluqsuz variantına da rast gəlinir. Tuva dilində
isə -mışaan, -mişaan, -muşaan, -müşaan və -bışaan
4
,
-pışaan
4
, -vışaan
4
fonetik variantlarından istifadə olu-
nur.
-Mış şəkilçili keçmiş zaman formasının digər türk
dillərində sinonim qarşılığı -qan şəkilçili keçmiş zaman
formasıdır. Bu forma müxtəlif türk dillərində müxtəlif
fonetik variantlarda təzahür edir. Qumuq, qaraçay-bal-
kar dillərində -ğan,-gen, qazax, qaraqalpaq, krım-tatar
1
Тумашева Д.Г.Язык сибирских татар. Ч.II.Изд.Казанского Универ-
ситета, 1968, 184 с.
Dostları ilə paylaş: |