Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
74
-Mış
şəkilçili keçmiş zaman Azərbaycan dilində
nəqli keçmiş, türk dilində “öğrenilen geçmiş zaman” ad-
lanır. Türk dilindən fərqli olaraq Azərbaycan dilində
-mış, -miş, -muş, -müş
şəkilçisinin qrammatik sinonimi
kimi -ıb, -ib, -ub, -üb şəkilçisindən də istifadə olunur.
Azərbaycan dilində -ıb
4
forması ilə düzələn nəqli keç-
miş zamanın birinci şəxs tək və cəmi yoxdur. Bu o de-
məkdir ki, bu forma yalnız ikinci və üçüncü şəxslər
üçün xarakterikdir; məs.: gəlibsən, gəlibdir, gəlibsiniz,
gəliblər və s. Birinci şəxs tək və cəminin olmamasının
səbəbi dilimizin inkişafının sonrakı dövrlərində -mış
4
formasının daha çox işlənməsi ilə əlaqədardır. -Ib, -ib,
-ub, -üb şəkilçisi birinci şəxs tək və cəminin formal
əlaməti kimi müasir Azərbaycan dilində işlənməsə də,
tarixən birinci şəxsin təkində işləndiyini müşahidə edi-
rik:
Ey Füzuli, olubam ğərqeyi-girdabi-cünun,
Gör nə qəhrin çəkirəm dönə-dönə dövranın
(Füzuli)
H.Mirzəzadə də -ib şəkilçisinin nəqli keçmiş za-
man üçün işləndiyi vaxt ikinci və üçüncü şəxsdə olduğu
qayda üzrə birinci şəxsin də şəkilçisini sərbəst şəkildə
qəbul etdiyini yazır;məs.:Can birlə sana yar olubəm yari
unutma(Kişvəri); Didi axır peyğəmbərzadəyəm və atam
ilən taət mehrabında çox durubəm...(Şühədanamə)
1
1
Mirzəzadə H.Azərbaycan dilinin tarixi morfologiyası.Bakı,1962,
s. 145.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
75
Bundan başqa, Azərbaycan dilində -mış
şəkilçisi-
nin ekvivalenti olan -ıb şəkilçisinə müxtəlif fonetik va-
riantlarla qırğız, qazax, özbək barabin tatarları, türkmən
və uyğur dillərində də rast gəlinir. Oğuz qrupu türk dil-
lərində -mış
4
şəkilçisinin yerinə yetirdiyi funksiyanı qıp-
çaq, karluq, bulqar qrupu dillərində -qan şəkilçisi yerinə
yetirir.
Maraqlı cəhətlərdən biri budur ki, yuxarıda sadala-
dığımız türk dillərində -qan və -ıb şəkilçilərinin hər iki-
sinin işlədilməsinə baxmayaraq onlar keçmiş zamanın
eyni formasını deyil, iki ayrı-ayrı formasını yaradırlar.
-ıb, -ib, -ub, -üb şəkilçili keçmiş zaman əvvəllər
türkmən dilində də geniş şəkildə işlənmiş, sonralar isə
dəyişərək başqa şəkil almışdır. -ıb, -ib, -ub, -üb şəkilçisi
müasir türkmən dilində uzaq keçmiş zamanın (-ıpdı) və
subyektiv keçmiş zamanın (ıpdır) morfoloji göstəricilə-
rinin tərkib hissəsidir. Əksər türk dillərində -ıb
4
şəkilçi-
si, əsasən, feli bağlama şəkilçisi kimi fəaliyyət göstərir.
Müasir Azərbaycan dilinin bəzi dialektlərində -ıb,
-ib, -ub, -üb şəkilçisi -ıp, -ip, -up, -üp, -ıf, -if, -uf, -üf
formalarında rastlanır. -ıb
4
şəkilçisinin -ıf
4
formasında
təzahürü Azərbaycan dilinin qərb qrupu dialekt və şivə-
lərində geniş yayılmışdır
1
.
Azərbaycan dilində -ıb, -ib, -ub, -üb, türkmən di-
lində -ıpdı, -ipdi, -updı, -üpdi və -ıpdır,-ipdir, -updır,
-üpdir, özbək dilində -ib, qazax dilində -p, qırğız və tu-
va dillərində -ıptır, iptir, -uptur, -üptür, qırğız dilində,
1
Azərbaycan dilinin Qərb qrupu dialekt və şivələri. I cild, Bakı, 1967, s. 114.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
76
eyni zamanda -ıpır,-ipir,-upur,-üpür, altay dilində -ıptır,
iptir, -uptır, -üptir, noqay və qaraqalpaq dillərində -ıptı,
-ipti, sarı-uyğur dilində -ptyr, -ptro, xakas dilində -ptır,
-ptir, -tır, -tir formalarında özünü göstərir.
Yuxarıda qeyd etdiyimiz kimi, barabin tatarlarının
dilində -ıb şəkilçili zaman forması subyektiv keçmiş za-
man adlanır. Bu dildə subyektiv keçmiş zamanın inkar
formasına rast gəlinmir
1
.
Azərbaycan dilində -mış, -miş, -muş, -müş şəkilçisi
ilə əmələ gələn nəqli keçmiş zaman ikinci şəxsin tək və
cəmində tam şəkildə işlənə bildiyi kimi, bəzən sonun-
dakı ş samiti olmadan da işlənir, yəni ş samiti düşür.
Bu, əsasən, danışıq dilində müşahidə olunur: gəlmişsən-
gəlmisən, almışsınız-almısınız və s.
-Mış, -miş, -muş,
-müş şəkilçisinin bu formada işlənməsi ədəbi dilə də
sirayət etmiş və demək olar ki, ədəbi dildə də sabitləş-
məyə başlamışdır:-Nə var, nə olub belə, hay küy qaldır-
mısan? –deyə Rüstəm kişi qaşqabaqlı soruşdu; -Sən qo-
yun fermasını yoxlamağa getməmisən?(M.İbrahimov,
Böyük dayaq);
Sındırmısan, əl vurma sınıq könlümə, zalim,
Viranə düzəlməz, necə abad eləsən də (Ə.Vahid).
Cəbrayıl rayonunun Sirik kəndində birinci şəxs tək
və cəmdə -mıs/-mis/-mus/-müs şəkilçisi işlənir: satmı-
1
Тумашева Д.Г.Язык сибирских татар.Ч.II, .Изд.Казанского Университета,
1968, с. 60.
Dostları ilə paylaş: |