Microsoft Word Gulnara-kitab son doc



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə61/70
tarix26.01.2018
ölçüsü2,89 Kb.
#22586
1   ...   57   58   59   60   61   62   63   64   ...   70

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
188
 
 
 
 
rini asanlıqla əvəz etməklə eynihüquqlu sinonim şəkil-
çi kimi çıxış edir. -mış şəkilçisinin yerinə yetirdiyi za-
man funksiyası isə salar dilində  -qan  şəkilçisi vasitə-
silə yerinə yetirilir. Türk dillərində morfoloji göstəri-
cilərlə bağlı belə istisna hallar rastgəlinəndir.  
Bəzi zaman şəkilçiləri yalnız müəyyən bir türk dili 
üçün spesifik sayılır: indiki zaman üzrə: -yor türk dili, 
-yar, -yər türkmən dili, -ıuçu, -iuçan qaraçay-balkar 
dili,  -atığan barabin tatarlarının dili, -por salar dili, 
keçmiş zaman üzrə: -ça, -çe xakas və şor dilləri, -qalak 
xakas dili, -çan, -çen xakas və tuva dilləri, gələcək 
zaman üzrə:-qadıq, -gedik şor dili, -qalak, -kalak altay, 
tuva,  şor və barabin-tatar dilləri üçün xarakterik olan 
zaman şəkilçiləridir. 
Zaman kateqoriyasının qrammatik baxımdan ifadə-
si etibarilə oğuz, qıpçaq, bulqar, karluq və uyğur-oğuz 
qrupu türk dillərində araşdırmalar nəticəsində qramma-
tik uyğunluqlar və qrammatik ayrılmalar müəyyən 
edilmişdir. Konkret olaraq keçmiş zaman forması üzə-
rində apardığımız tədqiqat onu deməyə  əsas verir ki, 
iki keçmiş zaman forması bütün türk dilləri üçün xa-
rakterikdir. Bunlardan birincisi -dı şəkilçili keçmiş za-
man forması bu və ya digər fonetik variantlarla bütün 
türk dillərində çıxış edir. Təbii ki, bu bütün türk dilləri-
nin qrammatik uyğunluğunu şərtləndirən cəhətdir. Di-
gər ikinci forma isə müasir Azərbaycan, türk, qaqauz 
dillərində  -mış, qıpçaq, bulqar, karluq və uyğur-oğuz 
qrupu türk dillərində  -qan  şəkilçisi vasitəsilə  həyata 
keçirilir. Bütün türk dillərinin eyni dil quruluşuna ma-
lik olmasına baxmayaraq fərqli elementlərin aşkarlan-
ması dillərdə qrammatik ayrılmaları şərtləndirir. 


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
189
 
 
 
 
İndiki zaman əksər türk dillərində ifadə forması   
-a, -e, -y  şəkilçisidir. Araşdırdığımız müasir qazax, 
qırğız, altay, noqay, qaraqalpaq, krım-tatar, qaraçay-
balkar, özbək, qumuq, kazan-tatar, başqırd, tuva, xa-
kas, tofalar, barabin-tatar və çuvaş dillərində bu və ya 
digər fonetik variantlarda özünü göstərir. Bu o demək-
dir ki, -a, -e, -y şəkilçili indiki zaman forması qıpçaq, 
bulqar qrupu türk dillərinə daxil olan hər bir türk dili 
üçün xarakterikdir. Karluq qrupu türk dillərindən yal-
nız özbək dilində, uyğur-oğuz qrupu türk dillərində isə 
şor dilindən başqa, digər tuva, xakas, tofalar və barabin 
tatarlarının dilində rastlanır.  
Türk dillərində felin gələcək zaman sistemində 
qrammatik uyğunluqlar və qrammatik ayrılmalar bəzən 
bütün dil qruplarını, bəzən bir neçə dil qrupunu, bəzən 
isə yalnız bir qrupu əhatə edir. Bu baxımdan gələcək 
zaman üzrə bütün türk dillərini əhatə edən qrammatik 
forma -r, -ar, -ər, -ır, -ir, -ur, -ür şəkilçili gələcək za-
man formasıdır. Ayrı-ayrı qruplar daxilində özünü gös-
tərən gələcək zamanın qrammatik göstəricisi isə -acaq, 
-əcək  şəkilçili gələcək zaman formasıdır. Bu zaman 
forması Azərbaycan, türk, türkmən, qaqauz, noqay, qu-
muq, özbək, başqırd, krım-tatar, qaraqalpaq, kazan-ta-
tar, yakut dillərində özünü göstərir. 
3. Türk dillərində zaman formaları ilə  işlənən 
şəxs sonluqları spesifikliyi, variantlılığı ilə seçilir. Belə 
ki, bütün türk dillərində zaman formalarında işlənən 
şəxs sonluqları -m, -қ, (-k), (-q) şəxs sonluqlarıdır. Bu 
da -dı şəkilçili keçmiş zaman formasının mövcudluğu 
ilə bilavasitə  əlaqədardır.Müasir Azərbaycan, türk, 
qaqauz dillərində şəxs sonluqlarında sağır nun (ŋ) mü-


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
190
 
 
 
 
şahidə olunmur. Bu dillər istisna olmaqla, türkmən di-
lində və qıpçaq, bulqar, karluq, uyğur-oğuz qrupu türk 
dillərində ikinci şəxsin tək və cəmində sağır nundan(ŋ) 
istifadə edilir.  
Oğuz qrupu türk dilləri istisna olmaqla, digər qıp-
çaq, bulqar, karluq, uyğur-oğuz qrupu türk dillərində 
şəxs  əvəzliklərilə eyni fonetik tərkibli  şəxs sonluqları 
özünü göstərir. Bu şəxs sonluqları əsasən, -dı şəkilçili 
keçmiş zaman formasından başqa bütün zaman forma-
larına şamil edilir. 
Bəzi türk dilləri vardır ki, burada zaman formaları 
şəxs sonluqları olmadan ifadə olunur. Məhz bu səbəb-
dən felin neçənci  şəxsə aid olduğunu bildirmək üçün 
fel formasından əvvəl şəxs əvəzliklərinin işlənməsi zə-
ruridir. Salar və sarı-uyğur dillərində bütün zaman for-
maları, tofalar dilində indiki və gələcək zaman forma-
ları, türkmən dilində qəti gələcək zaman forması şəxs 
sonluqları olmadan ifadə olunur. 
4. Müqayisə olunan türk dillərində felin hər üç 
zaman formasının – keçmiş, indiki və  gələcək zaman 
formalarının transpozisiyası özünü göstərir. Bu isə türk 
dillərində zaman kateqoriyasının qrammatik cəhətdən 
zənginliyini və inkişafını əks etdirir. Bu xüsusiyyət ey-
ni zamanda semantik əlamətlərin də  zənginliyini  şərt-
ləndirir. 
Türk dillərində -dı<-mış, -ır<-dı, -ır<-mış, -ıb,    
-dı<-ır, -acaq<-ır, -ır<-acaq, -ır<-ar, -ar<-acaq, -dı< 
-acaq, -dı<-ar və s. kimi üslubi məqamlar özünü gös-
tərir.  
5. Həmhüdud kateqoriyalarda zaman məsələsi ilə 
əlaqədar alınan nəticə  ondan ibarətdir ki, feli sifət və 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə