Microsoft Word Hazir kitab docx



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə30/50
tarix28.06.2018
ölçüsü3,57 Mb.
#52371
1   ...   26   27   28   29   30   31   32   33   ...   50

 
118 
Şahid bildirir ki, mən həkim 
Əliabbas  Qədimovu  1920-dən 
tanıyıram. O, uzun müddət Za-
qatalada  və  Şəki  şəhərində 
işləyib.  1920-də  Şəki  şəhərində 
müsavatçı  kimi  həbs  edilib  və 
10  il  iş  alıb,  2-3  il  yatdıqdan 
sonra  amnistiyaya  görə  azad 
edilib.  1924-cü  ildə  onu  Za-
qatala  şəhərində  yaşayan  bir 
neçə  şəkili  keçmiş  müsavatçı 
ilə,  o  sıradan  Baba  Qəbulov’la 
birgə yenə həbs edərək iş verib-
lər.  Beləliklə,  həkim  Qədimov  4  dəfə  həbs  edilib;  onların 
2-si Şəkidə və 2-si Zaqatalada olub.  
Həkim Qədimov həmişə Baba Qəbulov’la gəzirdi. O da 
fəal müsavatçı idi; əmisi İslam Qəbulov’la birlikdə Müsavat 
vaxtında  Zaqatalada  Müsavatın  qəza  komitəsində  birgə 
çalışıblar.  
Çoxlu fakt yanlışılıqları olan bu qısa izahatda xalqımı-
zın  azadlıq  tarixində  müstəsna  rolu  olmuş  şəxslərdən 
birinin  –  İslam  bəy  Qəbulzadə’nin  də  adı  çəkilir.  Bu  gör-
kəmli insanın həyatı oxucularımız üçün maraqlı olacağına 
görə onun haqqında qısa bilgi verməyi gərəkli sayırıq.  
 
İslam  bəy  Hacı  Pirməhəmməd  oğlu  Qəbulzadə 
(03.05.1879–1920)  XX yüzilin  başlanğıcında  Azərbaycanın 
ən qabaqçıl maarifçilərindən və fəal ictimai-siyasi xadim-
lərindən biri olub.  
 
 
(İslam bəy 
Qəbulzadənin fotosu)
 


 
119 
O,  Zaqatalada  4-sinifli  şəhər  məktəbini  bitirib  (1897). 
Müxtəlif  illərdə  və  müxtəlifn  rayonlarda  Türk  dili  müəl-
limi  işləyib.  Onun  yazdığı  dərsliklərdən  Azərbaycan 
məktəblərində geniş istifadə edilib.  
1903-cü ildə o, öz xərcinə Qaxda 3-sinifli məktəb açıb. 
Akademik  İmam Mustafayev,  xalq  artisti  İsmayıl Dağıstanlı 
İslam bəyin açdığı Qax məktəbinin şagirdləridir.  
İslam  bəy  müəllimliklə  yanaşı,  ictimai  işlə  də  fəal 
məşğul  olub.  1914-cü  ildə  o,  Bakıda  «Səfa»  cəmiyyətinin 
katibi seçilib. 1917-nin fevralında Zaqafqaziya Müvəqqəti 
Hökuməti  (Zaqafqaziya  Komissarlığı)  onu  Zaqatala 
Dairəsinin  komissarı  təyin  edib.  1918-in  başlanğıcında 
Tiflisdə  Zaqafqaziya  parlamenti  –  Seym  yaradılarkən 
İslam  bəy  Zaqatala  Dairəsindən  bir  müsavatçı  kimi 
buraya deputat seçilib, ancaq çox ciddi səbəblər üzündən 
Seym  üzvlüyündən  imtina  edib  və  yalnız  müəllimliklə 
məşğul olub.  
Qurtuluşçu  Türk  ordusu  Azərbaycana  gələrkən  və 
onun  komandanı  Nuru  paşa  Qaxda  olarkən  İslam  bəy 
burada onu öz evində yüksək səviyyədə qarşılamışdı. Bu 
görüşə  yaxın  qohumu,  Qaxın  ən  məşhur  ziyalılarından 
olan  Abdulla  əfəndi  Qəbulzadə  də  qatılmışdı.  Nuru  paşa 
onların simasında bu bölgədə millətin ən qabaqcıl nüma-
yəndələrini tanımışdı.  
Müstəqil  Azərbaycan  dövləti  qurulandan  sonra  İslam 
bəy  Bakıya  köçüb.  1918–1920-ci  illərdə  Azərbaycan 
Cümhuriyyəti  Maarif  Nazirliyinin  keçirdiyi  müşavirə, 
qurultay  və  başqa  tədbirlərdə  fəal  iştirak  edib.  O,  xalqa 


 
120 
xidmətini  yüksək  qiymətləndirmiş  Müsavat  Partiyasının 
başçısı Məhəmmədəmin Rəsulzadə’ylə isti münasibətdəydi.  
1919-un  dekabrında  Müsavat  partiyasının  2-ci  qurul-
tayı  keçirilərkən  o,  qurultayın  katibi  seçilib.  Qurultayda 
təbrik çıxışı söylərkən deyib ki, ermənilər 1918-də “İsmai-
liyyə”ni  yandıran  zaman  partiyanın  1-ci  qurultayının 
materialları  məhv  olsa  da  o,  katib  kimi  qərarın  mətnini 
qoruyaraq  saxlayıb.  Bu  məlumatı  qurultay  alqışlarla 
qarşılayıb.  
İslam  bəy  1919-da  Bakıda  keçirilən  müəllimlərin  1-ci 
qurultayını da protokollaşdırmışdı.  
O,  dövrünün  mətbuat  orqanlarıyla,  o  sıradan  “Molla 
Nəsrəddin”  jurnalıyla  da  əməkdaşlıq  edib.  Burada  onun 
məqalələri çap olunub.  
1920-də  kommunistlər  onu  Müsavat  Partiyasının  fəal 
üzvü kimi güllələyiblər. 
ƏBDÜLMABUD ƏFƏNDİYEVİN İFADƏSİ 
Əsərimizin  qəhrəmanının  tufanlı  həyatının  qaranlıq 
anlarına  yaxından  bələd  olmaq  baxımından  DT  çavuşu 
Xasayevin 1937-ci il fevralın 9-da Əbdülmabud Abdulla oğlu 
Əfəndiyev
’dən şahid kimi aldığı ifadə çox maraqlıdır.  
Öncə  Əbdülmabud  Əfəndiyevin  özü  haqqında.  55 
yaşındadır,  Şəki  şəhər  sakinidir,  Zavod  küçəsi  74-də 
yaşayır,  ailəlidir,  10-illik  məktəbin  müəllimidir,  1921/22-
də  AK(b)P-dən  xaric  edilib,  indi  bitərəfdir,  1923-də  DSİ 
orqanları  onu  həbs  edib,  ancaq  iş  almayıb,  1908-də 


 
121 
İstanbulda seminariya bitirib, cari ildə Pedaqoji İnstitutu 
qiyabi yolla qurtarıb. 
Ə.Əfəndiyevin  ifadəsi  onun  hər  şeydən  öncə  əla 
yaddaşı olduğunu, həqiqətpərəstliyini, Əliabbas Qədimo-
vu  çox  gözəl  tanıdıdığını  və  sevdiyini  göstərir.  Həkimin 
həyatıyla bağlı istintaqa dediyi çox maraqlı faktları yalnız 
ona  ürək  qızdıran  ən  yaxın  dostu  açıb  söyləyə  bilərdi. 
Göründüyü  kimi,  Əfəndiyev  ağzından  çıxanlar  tam 
həqiqətdir və onların arxasında yalnız xoş niyyət dayanır.    
Ə.Əfəndiyevin ifadəsindən oxuyuruq: 
 
“Mən  həkim  Əliabbas  Qədimovu  1918-ci  ildən  tanıyıram. 
Bildiyim qədərincə, onun atası çar hakimiyyəti dövründə xırda 
ticarətlə  məşğul  olub,  [Ə.Qədimov]  bir  müddət  Türküstanda 
yaşayıb.  
Əliabbas  vaxtaşırı  Şəkidə  olarkən  özündən  tez-tez  söhbət 
açardı.  Onun  dediyi  bir  sıra  faktları  hazırda  su  elektrik 
stansiyasında  mexanik  işləyən 
Vahid  Əfəndiyev  və  İpək 
müəssisəsinin direktoru 
Əliəşrəf İsmayılov da təsdiqləyiblər.  
Əliabbas  Qədimovun  söylədiklərinə  görə,  əvvəl  Aşqabad 
gimnaziyasında,  daha  sonra  Qazanda  təhsil  alıb.  O  zaman 
hansısa  bir  siyasi  təşkilatın  üzvü  olub,  bu  təşkilatın  terror 
xarakterli  tapşırıqlarını  yerinə  yetirib,  hətta  jandarmları 
öldürmək  zərurətiylə  üz-üzə  qalıb.  Əliəşrəf  İsmayılovun  təsdiq 
etdiyinə  görə,  Qədimovla  rastlaşan  jandarmların  özlərini 
tamamilə  itirməsi  kimi  hallar  da  müşahidə  edilib. 
O, 
jandarmları  öldürdükdən  sonra  artıq  Türküstanda 
yaşaya bilməyərək Bakıya dönür. Ancaq Ə.Qədimov burada 
da təqib olunur.  


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə