Microsoft Word Hazir kitab docx



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə26/50
tarix28.06.2018
ölçüsü3,57 Mb.
#52371
1   ...   22   23   24   25   26   27   28   29   ...   50

 
102 
lərində  yaşayıb.  Bakıda  1932-ci  ildən  onun  özəl  mənzili 
olub.  
Həbs ediləcəyini duyan Baba bəy iki ay yarım müxtəlif 
yerlərdə gizlənib. Çekistlər xüsusi əməliyyat keçirərək 18 
sentyabr  1937-də  onu  Bakıda  həbs  edərək  29  oktyabr 
1937-də güllələyiblər. 1956-da bəraət alıb. 
Baba bəy Qəbulzadə 16 oktyabr 1919-da atası Abdulla 
əfəndinin  yerinə  Azərbaycan  Cümhuriyyəti  Parlamanına 
üzv  seçilib  və  onun  işində  çox  fəal  iştirak  edib.  O,  Parla-
man  kürsüsündən  dəfələrlə  çıxış  edərək  dövrün  ən  mü-
hüm  problemlərinə  toxunub  və  özünün  vətəndaş  möv-
qeyini  ortaya  qoyub.  Onun  çıxışlarında  doğma  xalqına 
hədsiz  sevgisi,  vətəndaş  təəssübkeşliyi  açıq-aydın  görü-
nür.  9  mart  1920-də  Parlamanda  Qars  məsələsi  müzakirə 
edilərkən  Məhəmmədəmin  Rəsulzadə  və  Nəsib  bəy  Yusif-
bəyli
’dən  sonra  Baba  bəy  söz  alaraq  alovlu  bir  nitq  söy-
ləyib. Onun çıxışının stenoqramından bəzi yerləri gözdən 
keçirək:  
“Burada  biz  açıq  danışmalıyıq.  Siz  bilirsiniz  ki,  bu  gün 
ortalıqda bir erməni məsələsi vardır. Və o məsələni Azərbaycan 
milləti  və  Parlamenti,  milli  hissiyyati-vətənpərvəranəsi  çaşqın 
olanlar  həll  etməlidirlər.  Artıq  quru  danışıq  və  alqışlar  ilə  bir 
şey olmaz. Belə şeylər ilə Zəngəzurda qırılan, irzü namusu puç 
olan  müsəlmanların  dərdinə  dərman  olmayır.  Baxınız,  əgər 
İstanbulda  naxoşluqdan  bir  erməni  ölürsə  ermənilər  bütün 
Avropa  əfkari-ümumiyyəsinə  “türklər  filan  qətli-amda  bunu 
öldürdülər”  deyə  qışqırırlar,  Avropa  əfkari-ümumiyyəsi  də 
onları  eşidir,  fəqət  erməni  bandaları,  canavərləri,  mauzeristləri 


 
103 
tərəfindən  tarmar  edilən  xanimanları  Avropa  görmür.  Ərşə 
qalxan ah-nalələri onlar eşitmir”. 
 
Bu  yerdə  zaldakılar  onu  alqışlayır  və  Baba  bəy 
əsəbiləşir:  
“Əl çalmayınız. Əl çalmaq ilə dərdə əlac etmək olmaz. Mən 
hissiyyata  qapanıb  danışmıram.  Bu  cür  məsələləri  müahidələr 
ilə, konfranslar ilə həll etmək olmaz. Artıq biz aldanmamalıyıq, 
çünki  o  qatillərin  şüarı  islamı  qırmaqdır.  Hamımız  bilirik  ki, 
daşnaklar Avropanı qapı-qapı gəzib Türkiyə məsələsinin bir cür 
həll  edilməsi  üçün  hər  alçaqlığı  qəbul  etmişlərdir.  Onlar 
Osmanlı  türk  məsələsindən  sonra  Azərbaycan  məsələsinə 
girişmişlərdir. Onlar süni yollar ilə erməni əksəriyyəti qayırmaq 
istəyirlər;  bu,  inkar  edilməz.  Bunların  darülfünun  görmüşləri, 
alimləri vardır; əcəba bunların heç qəlbi ağrımır, ruhu sıxılmır,  
ürəklərində  şəfqət  və  mərhəmət  yoxmudur  ki,  heç  olmasa 
daşnakların bu zülmünə qarşı protesto etsinlər? Onların rəisləri 
Poqos Nubar paşa və qeyriləri əcəba heç hüquq oxumayıblarmı? 
Hüquq və qanun nə olduğunu anlamırlarmı? Biz quru protesto 
edirik,  fəqət  bunlarla  dərdə  əlac  olmaz.  Bugünkü  gündə 
azərbaycanlılar  öz  müqəddəratını  düşünüb  həll  etmək  üçün 
başqa  yolların  hamısını  bilir.  Qoyunuz  millət  özü  bunu 
düşünüb  böylə  məsələləri  həll  etsin.  Avropadan  isə  şimdiyə 
qədər  bu  fəlakətləri  görmürlər,  çünki  onların  gözlərindəki 
çeşməklər Poqos Nubar paşaların əlilə taxılmışdır. Nə qədər ki o 
çeşməklər  çıxarılmamış,  biz  xilas  olmayacağıq  və  onlar  da 
həqiqəti görməyəcəklər. İş böylə olduqda  biz bilümum təfriqəni 
bir  yana  buraxıb  yığışalım,  tədbir  edəlim  və  çalışalım; 
ölmək 
icab edərsə nə eybi var, qoy desinlər ki, Parlament əzasın-


 
104 
dan  bir  neçəsi  gedib  özünü  millətə  fəda  etdi. Və birdəfəlik 
bu  zalımların  qarşısına  bir  sədd  çəkəlim.  […].  Hökumət  bu 
xəstəliyə  hərgah  əlac  etməyə,  biz  millət  kimi  gedib  intiqam 
alarıq”

26 aprel 1920-ci il tarixli iclas zamanı Parlamentdə Şəki 
şəhərini  daşqından  qorumaq  üçün  Kiş  çayı  qarşısında 
daşdan  bənd  çəkilməsi  üçün  40.460  manat  vəsait 
buraxılması haqqında qanun layihəsi müzakirə edələrkən 
məruzəçi  Abdulla  bəy  Əfəndizadə’dən  sonra  Aslan  bəy 
Qardaşov
  və  Ağa  Eminov’la  yanaşı,  Baba  bəy  Qəbulzadə  də 
çıxış  edir.  Görünür,  elə  onların  çıxışının  nəticəsində 
qanun layihəsi yekdilliklə qəbul edilir. 
Belə  qeyrətli  oğul  olan  Baba  bəy,  yuxarıda  deyildiyi 
kimi,  18  sentyabr  1937-də  Bakıda  həbs  edilib.  Onun 
istintaq  işində  Şəkinin  ozamankı  tarixiylə  bağlı  maraqlı 
detallar var. Məsələn, bu istintaq işində də onun Əliabbas 
Qədimov  və  başqalarıyla  birgə  1923/24-də  həbs  edildiyi 
göstərilib.  Çekistlər  onun  haqqında  “kirləndirici”  məlu-
mat toplamaqçün şahidlər: “Nuxa işçisi” qəzetinin keçmiş 
şöbə  müdiri,  məhbus  Vəlibəyov  Rəşid  Zeynal  oğlu  (1905), 
şəhər  təhsil  şöbəsinin  partkomu  Hüseynov Əbdülrza Qafar 
oğlu (1890), 
pedaqoji məktəbin hərbi rəhbəri Xəlilov Cabbar 
Hacı  Əbdülhəlim  oğlu  (1893), 
bədən  tərbiyəsi  texniku-
munun  müəllimi,  Baba  bəyin  şagirdi  olmuş  Əbdürəhimov 
Məhəmmədəli  Məhəmməd  oğlu  (1905), 
11-ci  məktəbin 
müəllimi  Xəlilov  Məcid  Xəlil  oğlu  (1909)  və  dərzi  Bəşirov 
Qulu Bəşir oğlu
’ndan (1867) ifadə almışdılar. Bu ifadələrin 
necə  alındığını  1958-ci  ildə  yenidən  dindirilmiş  şahid 


 
105 
Cabbar  Xəlilovun  söylədiklərindən  öyrənirik.  1937-də 
ondan necə ifadə alındığını C.Xəlilov belə açıqlayır:  
“...23  sentyabr  1937-ci  ildə  küçədə  işə  gedərkən Şəki  rayon 
milis şöbəsinin yanındakı körpüdə o zaman Şəki redaksiyasının 
direktoru olan 
Hüseynov  Əbdülrza qarşıma çıxdı və əlimdən 
tutaraq  dedi  ki,  Siyasi  idarədə  səni  şahid  kimi  göstərmişəm, 
gedək,  dindirmə  protokolunu  imzala.  Mən  də  getdim  və  sözün 
tam mənasında öncədən hazırlanmış  protokola qol çəkdim. Qol 
çəkəndən sonra mənə bildirdilər ki, “bu protokol Şəki seminari-
yasının müəllimi Qəbulov Baba haqqındadır”.
  
Bu  gün  həmin  şahidləri  kiminsə  suçlamasını  doğru 
saymaq  olmaz  –  onların,  demək  olar  ki,  hamısı  hazır 
protokola  qol  çəkməyə  məcbur  edilib.  O  dönəmdə 
kiminsə imza atmaqdan boyun qaçırması onun özünün və 
ailəsinin labüd fəlakəti deməkdi; bu üzdən də onların bu 
hərəkətinə, əsasən, anlayışla yanaşmaq lazımdır.  
Protokolların  saxta  olduğu,  öncədən  hazırlandığı 
bundan  bilinir  ki,  onların  hamısı  məzmunca  bir-birinin 
təkrarıdır. Protokollarda o sıradan bunlar da göstərilib: 
 
Baba  bəy  1918-ci  ildə  Şəkidə  Müsavat  partiyasını 
yaradanlardandır  (bu,  yalandır,  çünki  o,  “Əhrar”  partiyasının 
üzvüydü); 
 
o,  1923-24-cü  illərdə  Şəkidə  yerli  müsavatçılar 
Məhəmmədəli  Xəlifəzadə  və  Veysəl  Mustafazadə  ilə  birgə 
sovet hakimiyyətinə qarşı təbliğat aparıb (bu, doğrudur); 
 
məktəbdə  müsavat  parlamentinin  sədri  (?!) 
Məhəmmədəmin  Rəsulzadə’nin  redaktorluğu  ilə  Türkiyədə 
çıxan, gizli yolla xaricdən gətirtdiyi 
“Yeni Qafqaziya” jurna-


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə