Microsoft Word Hazir kitab docx



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə22/50
tarix28.06.2018
ölçüsü3,57 Mb.
#52371
1   ...   18   19   20   21   22   23   24   25   ...   50

 
86 
Bu  fakt  Ə.Qədimovun  istintaqa  doğru  ifadə  verdiyini 
təsdiqləyir. 
Yenidən  istintaq  prosesinə  dönürük.  Əliabbas  Qədi-
mov sözünə davam edərək deyir:  
“İranda  şah  rejiminə  qarşı  yerli  azadlıq  hərəkatında  fəal 
iştirak  etdiyimə  görə  1911-ci  ildə  həbs  olunmuşam.  Rus  baş 
konsulluğunun nəzarəti  altından  qaçaraq  Türkiyəyə  getmişəm, 
orada 1918-ci ilədək qalaraq tibb fakültəsində oxumuşam. 1916-
cı  ildə  tibb  fakültəsini  bitirdikdən  sonra  orduya
36
 həkim  kimi 
səfərbər  edilmişəm  və  ordudan  tərxis  edildikdən  sonra  1918-ci 
ilin sonunda Azərbaycana qayıtmışam. 
Sual:  İstintaqdakı  elə  həmin  bilgilərə  görə,  Siz  Azər-
baycanda  Sovet  hakimiyyəti  qurulduqdan  sonra  əksin-
qilabi  cinayətinizə  görə  cəza  çəkmisiniz.  İstintaqa  hansı 
əksinqilabi  cinayətə  görə,  harada  və  neçənci  ildə  cəza 
çəkdiyiniz barədə məlumat verin. 
Cavab:  1920-ci  il  aprel  inqilabından  sonra  7-ci  Qafqaz 
diviziyasının  Xüsusi  Şöbəsi  məni  həbs  etdi,  əksinqilabi 
fəaliyyətdə  ittiham  edildim,  ancaq  bir  ay  sonra  azad  olundum. 
Elə həmin il Şəki Sovetinin İcraiyyə Komitəsinə seçkilər zamanı 
keçmiş  Az.FK  məni  əksinqilabi  Müsavat  təşkilatına  mənsub 
olmaq  üstündə  həbs  etdi  və  7-8  gündən  sonra  Bakıda  azad 
edildim.  Özü  də  məni  Şəkidə  olduğum  zaman  tutmuşdular. 
Buraxıldıqdan  sonra  Şəkiyə  geri  dönmək  mənə  yasaqlandı  və 
Xalq  Səhiyyə  Komissarlığı  işləmək  üçün  məni  Zaqatalaya 
göndərdi,  1927-ci  ilin  iyuluna  qədər  orada  oldum.  İyul  ayında 
Az.DSİ  orqanları  Zaqatalada  məni  bir  dəstə  adamla  birgə  Az. 
                                                 
36
 Söhbət Osmanlı ordusundan gedir. 


 
87 
SSR  CM-nin  64-cü  maddəsi  üzrə  həbs  etdi  və  ilkin  istintadan 
sonra  ittiham  maddəsi  dəyişdirilərək  ASSR  CM-nin  63-cü 
maddəsi ilə əvəz olundu və mənimlə birgə tutulmuş şəxslərlə bir 
yerdə mühakimə olunaraq 3 il iş aldım. 
Sual:  Siz  ittiham  edildiyiniz  əksinqilabi  fəaliyyəti-
nizin  nədən  ibarət  olduğunu  istintaqa  konkret  şəkildə 
açıqlamadınız. 
Cavab:  Mənə  əksinqilabi  millətçi  nitqlərimə  görə  iş  kəs-
mişdilər. 
Sual: Əksinqilabi millətçi nitqlərinizdə konkret nədən 
danışırdınız? 
Cavab:  Mən  şəxsən  heç  bir  əksinqilabi  millətçi  nitq  söylə-
məmişəm. 
Sual:  Siz  dediyinizi  inkar  edirsiniz.  Yuxarıda  dediniz 
ki,  əksinqilabi  millətçi  çıxışlarınıza  görə  cəzalandırıl-
mısınız.  İndi  isə  bildirirsiniz  ki.  heç  bir  millətçi  çıxış 
etməmisiniz.  Sözlərinizdəki  bu  ziddiyyətin  mahiyyətini 
istintaqa aydınlaşdırın. 
Cavab: Mən guya millətçi çıxışlar etdiyimə görə mühakimə 
olunmuşam.  Ancaq  bildirirəm  ki,  heç  bir  millətçi  çıxış  etmə-
mişəm. 
Sual:  Bəs  siz  hansı  əksinqilabi  fəaliyyətinizə  görə 
cəzalandırılmısınız? 
Cavab:  Ürəkdən  inanıram  ki,    mənə  verilən  cəza  istintaq 
orqanının səhvi idi. 
Sual:  Sizin  cavabınız  kafi  deyil.  İstintaq  sizi  düzgün 
ifadə vermədiyinizə görə xəbərdar edir. 
Cavab: Mənim ifadələrim doğru və səmimidir. 


 
88 
Sual: Siz doğru demirsiniz və artıq cəzasını çəkdiyiniz 
keçmişdəki  əksinqilabi  fəaliyyətinizin  üstünü  malala-
mağa  çalışırsınız.  Biz  Sizdən  doğru  danışmağı  tələb 
edirik. 
Cavab:  Mən  doğru  danışıram  və  bir  daha  bildirirəm  ki, 
mən heç bir günahım olmadan iş almışdım...”. 
İstintaq bir müddət elə bu məcrada davam edir. Müs-
təntiq  S.Məmmədov  Qədimovu  düzgün  ifadə  vermə-
məkdə  günahlandırır,  Qədimov  isə  israrla  cavablarının 
düzgün və səmimi olduğunu bildirir. Müstəntiq istintaqın 
artıq  mübahisə  xarakteri  alan  bu  mərhələsinə  son  qoyul-
duğunu  bildirən  bir  tonla  deyir:  “Siz  düz  danışmırsınız, 
mühakimə  olunmağınız  və  cəzalandırılmağınız  təsadüfi  deyil. 
Sizin  qanunazidd  əksinqilabi  fəaliyyətiniz  istintaq  tərəfindən 
sübuta  yetirilib.  Bir  daha  tövsiyə  edirik  ki,  istintaqa  səmimi 
ifadələr verəsiniz”

Bu  manqurtlaşmış  çekistə  görə,  milli  kimliyə  sadiq 
qalmaq qanunazidd, əksinqilabi əməl törətmək deməkdi. 
Göründüyü  kimi,  müstəntiq  Məmmədov  1923-cü  ildə 
Əliabbas  Qədimova  qarşı  irəli  sürülən  millətçi  ittihamını 
dirçəltmək  və  1937-ci  il  ittihamı  ilə  qovuşdurmaq  niyyə-
tinə  düşmüşdü.  Onun  millətçiliklə  üzvi  surətdə  bağlı 
olduğu  bəyan  edilən  Müsavat  ideologiyasının  daşıyıcısı 
kimi günahlandırılması da bunu sübut edir. 
“Sovet  İttifaqı”  adlanan  imperiyanın  tərkibində  zorla 
bir  yerə  toplanılmış  xalqların  özünəməxsusluğunu  təmin 
edən  milli-mənəvi  dəyərlər  sistemini  sarsıtmaq,  etnik 
strukturunu  dağıtmaq  kommunist-bolşevik  ideologiya-


 
89 
sının  əsas  məqsədlərindən  biri  olub.  Milli  şüurun  daşıyı-
cıları  bu  siyasətin  həyata  keçirilməsi  yolunda  başlıca 
maneə  olduqlarından  1937-ci  ildə  kommunistlər  onları 
kütləvi şəkildə məhv etdilər. 
İfrat beynəlmiləlçiliyə, əslində bu şüar altında aparılan 
ruslaşdırma  siyasətinə  qarşı  yüksək  milli  təfəkkürlü 
insanların  müqavimətini  etnik  şüurun  üsyanı  kimi  də 
dəyərləndirmək olar. 
Ə.Qədimovun  millətçilik  fəaliyyəti  ittihamıyla  3  il 
həbsxanada yatmasını onun suçunu təsdiqləyən fakt kimi 
təqdim  etməyə  çalışan  “sadəlövh”  müstəntiqin  səylərini 
Qədimov boşa çıxarır. 
“Cavab:  Demək  olar  ki,  üç  il  yatmağım  faktdır,  ancaq 
konkret  əksinqilabi  fəaliyyət  üstündə  ASSR  Cinayət  Məcəllə-
sinin 63-cü maddəsinə əsasən üç il azadlıqdan məhrum edilmə-
yim isə fakt deyil?
37
 
Sual: Siz hətta əksinqilabi fəaliyyətdə birgə olduğunuz 
məsləkdaşlarınızla  da  üzləşdirilmisiniz.  Axırı,  doğru 
danışacaqsınızmı? 
Cavab:  1928-ci  ildə  məni,  fikrimcə,  fitnəkar  olan,  üzümə 
yalandan duran Molla Qədir adlı birisiylə üzləşdirmişdilər.  
Sual:  Axı  Sizinlə  Molla  Qədir  arasındakı  münasibət-
lərdə  heç  bir  gərginlik  olmayıb.  Həm  də  o  da  əksinqilabi 
fəaliyyətinə görə  sizin başqa məsləkdaşınızla birgə cəza-
landırılaraq cəzasını çəkənlərdən biridir. 
                                                 
37
 Bu cümlə protokolun özündə belə məntiqsiz qurulub. 
 


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə