Microsoft Word Hazir kitab docx



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə23/50
tarix28.06.2018
ölçüsü3,57 Mb.
#52371
1   ...   19   20   21   22   23   24   25   26   ...   50

 
90 
Cavab:  1927-ci  ildə  tutulmağımıza  qədər  mənim  Molla 
Qədirlə münasibətlərimdə hər hansı bir gərginlik olmayıb. 
Sual:  Deməli,  Molla  Qədirin  istintaqa  verdiyi  ifadə 
düz olub. Hələ istintaqın sizin fəaliyyətinizlə bağlı malik 
olduğu konkret dəlillərdən danışmıram. 
Cavab:  Yox,  mən  Molla  Qədirin  ifadəsini  o  vaxt  da  inkar 
etmişəm, indi də inkar edirəm. 
Sual:  İstintaq  Sizin  təkziblərinizə  o  zaman  da  inan-
mayıb,  indi  də  inanmır,  çünki  Sizin  konkret  əksinqilabi 
fəaliyyətiniz  inkarolunmaz  faktdır  və  cazalandırılma-
ğınıza qanuni əsas verir.  İndi isə həbs olunduğunuz 1937-
ci  ilə  qədər  sizinlə  yaxın  əlaqəsi  olan  adamlar  haqqında 
məlumat verin. 
Cavab:  Mən  öz  ailəmdən  başqa  heç  kimlə  yaxın  əlaqədə 
olmamışam.  Ancaq  həkimlər,  müəllimlər,  qulluqçular  və  başqa 
vətəndaşlar arasında tanışlarım olub və tanıdığım adamlar bun-
lardır:   1) Həkim 
Hacıyev Məhəmməd – Şəkidə olur. 2) Oca-
qov  Qasım – Şəkidə həkimdir, özü lənkəranlıdır. 3) Kərimov 
Teymur -  bakılı, Şəkidə həkim işləyir. 4) Pşenitsina –adını və 
atasının adını bilmirəm; həkimdir; 1929-cu ildə Şəkidə işləyirdi, 
indi  bilmirəm.  5)
  Həkim  Fedorenko  –  adını  və  atasının  adını 
bilmirəm; 1929-cu ildə Şəkidə işləyirdi, indi bilmirəm. 6) Həkim 
Əliyev  Nəcəf  –  bakılıdır,  Balaxana  küçəsindəki  Klinik  İnsti-
tutda  işləyir.  7) 
Xalatyan  Arsen  –  zöhrəvi  xəstəliklər  həkimi, 
hazırda harada işlədiyini bilmirəm. 8) 
Qrızonova – göz həkimi, 
Zaqatalada  işləyir.  9) 
Qayıbov  Əli  –Qazaxdandır,  həkim, 
Klinik İnstitutda işləyirdi. 10) 
Qayıbov  Məhəmməd  – həkim, 
“Leçkomissiya”nın xəstəxanasında işləyir. 11) 
Sipkin – həkim, 


 
91 
deyəsən Bakıdandır, gizli abortlar etdiyinə görə 3 il azadlıqdan 
məhrum olunub. 12) 
Əfəndiyev Əhməd Turan – Qubadandır, 
həkim,  Sovet  küçəsindəki  doğum  klinikasında  işləyir.  13) 
Danilov  Vladimir  İvanoviç  –  Gürgüstandandır,  Qubada 
xəstəxana  müdiri  işləyir.  14) 
Dadaşyan  Arusyak  Arkadi-
yevna – həkim, Gəncədəndir, Qubada poliklinikada işləyir. 15) 
Vasilyeva Zinaida Nikolayevna – Quba poliklinikasında göz 
həkimi  işləyir.  16)  Həkim 
Dadayan  Polina  İvanovna  – 
Qubada  işləyir.  17) 
Hüseynov  Hüseynqulu  –  həkim,  Bakıda 
işləyir. 18) Həkim 
Xasıyev  Nəcəf – Bakıda işləyir. 19) Həkim 
Behbudov  Əli – Qubada səhiyyə şöbəsində işləyir. 20) Həkim 
Rolnikov  İsay  –  Qubada  işləyir.  21)  Həkim  Xanukayeva  – 
Qubada  işləyir;  indi  Bakıda  təkmilləşmə  kursundadır.  22) 
Həkim 
Marqaryan  Armais  Aleksandroviç  –  Volqa-Moskva 
kanalı xətti üzrə işləyir. Arvadını öldürdüyünə görə həbs edilib. 
23)  Quba  Rayon  Maarif  Şöbəsinin  müdiri 
Askana  –  soyadını 
bilmirəm,  qubalıdır.  24) 
Əhmədov  Əliqulu  –  Quba  Rayon 
Maarif  Şöbəsi  müdirinin  müavini,  müəllim,  qubalıdır.  25) 
Şahverdiyev  Hacıbaba  –  Qubada  müəllimdir.  26)  Tacı 
Əfəndiyev  –  Qubada  10-illiyin  müdiridir.  27)  Məhərrəmov 
Sadul – Quba şəhər pedaqoji texnikumunun müdiri, qubalıdır. 
28) 
Rəfizadə  Həmid  –  Quba  pedaqoji  texnikumunun 
müəllimi,  Azərb.  XDİK  İdarəsi  həbs  edib.  29) 
Əliəsgər 
Hacıyev – Quba pedaqoji texnikumunun müəllimi. 30) Musa 
Hüseynov  -  gəncəlidir,  [Qubada]  pedaqoji  texnikumun  tədris 
işləri  üzrə  direktor  müavinidir.  31) 
Məhəmməd  –  soyadını 
bilmirəm,  Quba  pedaqoji  texnikumunun  müəllimi.  32) 
Babaxan – soyadını unutmuşam, qubalıdır, Quba 10-illiyinin 


 
92 
müəllimidir. 33) Qubalı müəllim 
Semaçkov  – adını bilmirəm. 
34) 
Libkina  –  adını  bilmirəm,  Qubada  müəllimdir.  35) 
Babayev  –  adını  bilmirəm,  deyəsən  qubalıdır,  Qubada  kənd 
təsərrüfatı texnikumunda müəllimdir. 36) 
Seyfəddin – Qubada 
müəllimdir,  müəllimlər  birliyinin  sədridir.  37) 
Sona 
Əhmədova – Qubada müəllimədir. 
Başqa  tanışları  xatırlamıram,  özü  də,  yuxarıda  dediyim 
kimi,  xatırladığım  adamların  içərisində  mənimlə  yaxın  və 
səmimi əlaqədə olanı yoxdur”.
 
İkinci  dindirmə  burada  başa  çatır.  Müstəntiq, 
göründüyü  kimi,  müttəhimdən  37  nəfərin  adını  götürüb. 
Onun məqsədi aydındır – bu sadalanan insanların hansı-
nısa  siyasətlə  bağlamaq  və  Ə.Qədimovun  onunla/onlarla 
birgə  hakimiyyətə  qarşı  üsyan  hazırladığını  “sübut  et-
mək”, ya da bu adamların içərisindən müttəhimin üzünə 
durquzmaq üçün şəxs(lər) tapmaq. 
“NKVD”  zindanının  ab-havasına  bələd  olmayan  çağ-
daş  tələskən  oxucumuz  yanlış  nəticə  çıxara  bilər  ki,  “gör 
Əliabbas  Qədimov  nə  qədər  adamı  satdı!”.  Çox  yanlış 
fikirdir!  Ə.Qədimov  yalnız  və  yalnız  tanışlarını,  həmkar-
larını  sadalayıb  və  bunda  satqınlıq  axtarmaq  günahdır, 
axı bizim hər birimiz müstəntiqin sualı qarşısında bundan 
dəfələrlə artıq tanışlarımızı sayıb-tökərdik! 
ÜÇÜNCÜ DİNDİRMƏ 
Ə.Qədimovun  üçüncü  dindirməsi  15  yanvar  1937-də 
oldu.  Bu  “söhbət”i  də  müstəntiq  Məmmədov  aparıb  və 
Qubadlının  baş  çekisti Nizaməddinov yenə onun “qonağ”ı 


 
93 
olub.  Çekistlər  bu  “görüş”ə  artıq  hazırlıqlı  –  yeni  adlarla 
gəlmişdilər. 
Müstəntiq sözə belə başlayır:   
“Sual: Bundan öncəki ifadənizdə Siz istintaqdan yaxın 
əlaqədə olduğunuz adamları gizlətmisiniz. Biz Sizə yaxın 
əlaqədə  olduğunuz  şəxslərin  adlarını  istintaqa  söyləmə-
yinizi təklif edirik. 
Cavab:  Keşən  ifadəmdə  istintaqa  söylədiyim  yaxın  əlaqədə 
bulunduğum  adamlardan  başqa  tanışlarım  yoxdur,  daha  heç 
kəslə əlaqə saxlamamışam.
  
Sual: Bu, doğru deyil. İstintaqa, sadaladığınız tanışla-
rınızdan  da  yaxın  əlaqədə  olduğunuz  şəxslərin  adı 
məlumdur. Yenə təkidlə tələb edirik ki, düz danışasınız. 
Cavab:  Adlarını  çəkdiyim  tanışlardan  başqa,  ola  bilsin  ki, 
digər tanıdıqlarım da var, ancaq indi onları xatırlamıram. Sizə 
məlum olan tanışlarımdan varsa xatırladın, mən onlarla gerçək-
dən əlaqədə olmuşamsa bunu istintaqdan gizlətməyəcəyəm. 
Sual:  Siz  yaxın  əlaqədə  olduğunuz  Şahmuradov  Əb-
dülbaqini  istintaqdan  gizlətmisiniz.  Bunu  etiraf  edirsi-
nizmi? 
Cavab:  Şahmərdanov  Əbdülbaqi  adlı  şəxsi  mən  qətiyyən 
tanımıram. 
Sual:  Siz  doğru  demirsiniz.  Şahmərdanov  Əbdülbaqi 
Qubada  müəllim  işləyərkən  Siz  onunla  əlaqə  saxlamı-
sınız. Bu barədə nə deyə bilərsiniz? 
Cavab: Şahmərdanov Əbdülbaqini mən heç cürə xatırlaya 
bilmirəm. Bu adamın varlığından belə xəbərim yoxdur. 


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə