Microsoft Word Hazir kitab docx



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə21/50
tarix28.06.2018
ölçüsü3,57 Mb.
#52371
1   ...   17   18   19   20   21   22   23   24   ...   50

 
82 
daşıyan  adamın  sağ  qalması  mümkün  deyildi.  Azərbay-
can təhlükəsizlik orqanına ağalıq edən ruslar və ermənilər 
belə soydaşlarımızın qanına yerikləyirdilər!  
Ə.Qədimovun  istintaqı  7  yanvar  1937-də  başlandı  və 
fasilələrlə  avqustun  10-nadək  davam  etdi.  Azərbaycan 
tarixi  üçün  də  müəyyən  əhəmiyyət  daşıyan  və  bugünkü 
nəsil  üçün  çox  maraqlı  olan  həmin  dindirilmə  prosesini 
oxucuların diqqətinə çatdırırıq. 
BİRİNCİ DİNDİRMƏ 
Birinci  dindirmə  çox  zaman  müstəntiqin  müttəhimlə 
tanışlığından və müttəhimə verdiyi “Sizə qarşı irəli sürül-
müş ittihamda özünüzü suçlu sayırsınızmı?” sualından və 
adətən, müttəhimin də qəti “yox!” cavabından ibarət olur. 
Əsl dindirmələr yavaş-yavaş sərtləşməyə başlayır və tək-
tük istisnalarla müstəntiqin qələbəsiylə də başa çatır.  
Azərb.  XDİK  DTİ  4-cü  hissəsi  2-ci  bölməsinin  əməliy-
yat  müvəkkili,  DT  kiçik  leytenantı  Məmmədov  7  yanvar 
1937-ci  ildə  Əliabbas  Qədimovu  ilk  dəfə  dindirib.  Bu 
dindirmə  də  “həmişəki”  qaydada  davam  edib  və  onda 
oxucuya maraqlı olacaq bir şey yoxdur. 
İKİNCİ DİNDİRMƏ 
Birinci  dindirmədə  Əliabbas  Qədimov  heç  nəyi 
boynuna  almadı.  Bu,  müstəntiqi  elə  də  rahatsız  etmədi, 
çünki  qarşıda  onun  “dilini  açmaq”  üçün  hələ  yetərincə 
vaxt vardı. Bu müddətdə müstəntiq öz rəisləriylə birgə bu 


 
83 
protokolu  müzakirə  edəcək,  dustağı  “ilişdirməyin”  asan 
yollarını tapmaqdan ötrü onun əleyhinə toplanmış “ləkə-
ləyici”  materialları  bir  daha  saf-çürük  edəcək,  ona  qarşı 
kimlərdən  yararlanmağın  daha  təsirli  olacağını,  zindan-
dakı hansı məhbusu onun üzünə durğuzmağın mümkün-
lüyünü  götür-qoy  edəcəkdilər.  Özü  də  bu  müzakirə 
yalnız Əliabbas Qədimovla bağlı deyildi; o, “NKVD”-nin 
ümumi  iş  prinsipiydi.  Ən  mühüm  məhbuslarla  necə 
davranmaq  lazım  olduğu  müzakirə  edilərkən  pespubli-
kanın  baş  cəlladı  Mircəfər  Bağırov  da  bu  binaya  gəlir, 
onun üçün ayrılmış otaqda göstərişlər verir, hətta özü də 
dindirmə və işgəncələrdə iştirak edirdi.  
Əliabbas  həkim  istintaqa  10  yanvar  1937-də  ikinci 
ifadə verib. Bu ifadədə öncəkilərdə deyilmiş bir çox fikir-
lər  təkrarlansa  da  müstəntiqin  “tələbkarlığı”  sayəsində 
yeni faktlar da ortaya çıxıb. Bu dindirmədən yalnız müttə-
himin cavablarını verməyi məqsədəuyğun saydıq:  
DT  kiçik  leytenantı  Məmmədov  10  yanvar  1937-ci  ildə 
Əliabbas  Qədimovu  ikinci  dəfə  dindirib.  Hansı  səbəbə 
görəsə bu dindirmədə Qubadlı rayon çekistlərinin başçısı, 
DT kiçik leytenantı Nizaməddinov da iştirak edib.  
Müstəntiqlə  müttəhim  arasında  təxminən  aşağıdakı 
məzmunda  danışıq  gedib  (ona  görə  “təxminən”  deyirik 
ki,  adətən,  bütün  istintaq  protokolları  dustağın  verdiyi 
bütün  cavabları  deyil,  müstəntiqin  ondan  almaq  istədiyi 
cavabları əks etdirir):  
“Sual: İstintaqa məlumdur ki, Siz Azərbaycanda Sovet 
hakimiyyəti  qurulanadək  müxtəlif  siyasi  partiyalara 


 
84 
qoşulmusunuz.  Məhz  hansı  partiyaya  hansı  ildə  daxil 
olmağınız haqqında istintaqa məlumat verin. 
Cavab:  1904-cü  ilin  sonundan  1909-cu  ilə  kimi  sosialist-
inqilabçılar  (eserlər)  partiyasının  təşviqat-təbliğat  işi  aparan 
fəal  üzvü  bulunmuşam.  1909-cu  ilin  sonunda  təqiblərə  məruz 
qaldığımdan  Persiyaya  –  İrana  mühacirət  etməyə  məcbur 
olmuşam...”. 
1905-də  Qazan  universitetində  tələbələrin  ictimai 
həyatını əlaqələndirən “Mərkəzi Universitet orqanı” (MUO) 
yaradılmışdı.  Bu  tələbə  təşkilatında  aparıcı  rol  sol 
partiyaların  nümayəndələrinə  məxsus  idi.  1905-ci  ilin 
martında  MUO-nun  sədri  sosial-demokrat  F.V.Yaroşeviç, 
onun müavinisə eser, hüquqçünas tələbə Əliabbas Əli oğlu 
 
 
Rəhim bəy Məlikov 
 
 
Mirhidayət Seyidzadə 


 
85 
Qədimov
  seçilmişdi.  Ə.Qədimov  Rəhim  bəy  Məlikov
34
 və 
Mirhidayət Seyidzadə
’ylə
35
 birgə 18 tələbə, 4 kursçu qızdan 
ibarət  müsəlman  gənclərinin  dərnəyini  yaratmaq  üçün 
fəal  çalışırdı.  Bu  dərnək  inqilabçıların  kassasını  doldur-
maq  üçün  tamaşalar  hazırlamağı  qarşısına  məqsəd 
qoymuşdu (25, 25). 
Qazan  qubernatorunun  universitet  rektoruna  göndər-
diyi məlumatdan aydın olur ki, “tələbələrin 11 noyabr 1907-
ci ildəki yığıncağında yoxsul tələbələrə qarşılıqlı yardım dərnə-
yinin yaradılması məsələsi müzakirə edilib, ancaq tələbələrin bir 
hissəsi,  o  cümlədən  Əliabbas  Əli  oğlu  Qədimov  Universitetdə 
qanunazidd tələbə təşkilatının yaradılması üçün xüsusi qızğın-
lıqla təşviqat aparıb”
 (25, 25).  
                                                 
34
 Məlikov  Rəhim  bəy  Mehrəli  bəy  oğlu  (20.4.1886-23.2.1936)  Həsən 
bəy  Zərdabinin  qardaşı  oğludur,  7  yaşından  onun  himayəsində 
böyüyüb.  Qazan  Universitetinin  fizika-riyaziyyat  fakültəsini  bitirib 
(1912),  bu  universitetdə  müəllim  qalmaq  təklifini  rədd  edib.  Bir  çox 
yerlərdə  müəllimlik  edib.  1923-də  Bakıya  çağırılıb,  Azərbaycan 
politexnik  İnstititunda,  ADU-da,  AzNKİ-da  və  Sovet  Ticarəti 
İnstitutunda, başqa ali və orta ixtisas məktəblərində dərs deyib, 1935-
də  professor  olub.  Türkcəmizdə  istilik  fizikasına  dair  ilk  dərsliyin 
müəllifidir.  Başqa  çoxlu  dəyərli  işləri  var.  1935-də  ermənilər  onu 
tutdurub. Ermənilər onu zəhərləyərək öldürüb. 
35
 Seyidzadə  Mirhidayət  Miradil  oğlu  (1887-23.2.1919)  Qazan 
Universitetinin  hüquq  fakültəsində  oxuyub  (1906-10).  Fəal  el 
adamıydı.  Ordubad  Milli  Şurasının  sədri  (12.1918-dən),  Zaqafqaziya 
Seyminin  (1918),  Azərbaycan  Milli  Şurasının  (1918)  və  Azərbaycan 
Cümhuriyyəti  Parlamanının  üzvü  (1918-1919)  olub.  Xəstələnərək 
dünyasını dəyişib.  
 


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə